Mühəndis kimdir? – Sənaye mühəndisliyinin yaranması və inkişafı

0

Zamanla ehtiyac səbəbi ilə bir çox peşə yaranıb. Cəmiyyət üçün önəmli peşə halına gələn sənaye mühəndisliyi nədir? Bu peşə necə yarandı? Və necə inkişaf etdi?

Mühəndislərin cəmiyyətdəki yeri və əhəmiyyəti

Cəmiyyətin həyat səviyyəsinin yüksəlməsi, sosial həyatın inkişafı, texnologiyanın istehsalı və gündəlik həyatda istifadə edilməsi ilə birlikdə inkişaf edən ölkələrdə (informasiya və texnologiya istehsalçıları olan) yaşayan insanların həyat standartları dəyişir. Texnologiyanın istehsalında və tətbiqinə görə mühəndislər məsuliyyət daşıyırlar. Hər sahədə informasiya və texnologiya hazırlayan, tətbiq edən mühəndislər inkişaf edən ölkələrdə söz sahibidirlər.

Mühəndislik 19-cu əsrdə müəyyən standartlara və şərtlərə uyğun peşə halına gəlsə də, mühəndislik fəaliyyəti ilk mədəniyyətin formalaşması ilə birlikdə başlayır. Peşə şərtləri göz önünə alındığında, ilk mühəndislik peşəsinin maşın mühəndisliyi olduğu sübut edilib. Mexanika mühəndisliyinin qurulmasının ardından elektrik mühəndisliyi 1884-ci ildə, kimya mühəndisliyi isə 1908-ci ildə qurulub. Bu gün digər mühəndislik fənləri tərəfindən mühəndislik olaraq qəbul edilməyən sənaye mühəndisliyinin dünyanın ən qədim (bu yöndə inkişaf edən) peşələrindən biri olduğu bəllidir.

Bəs sənaye mühəndisliyi necə inkişaf edir?

• Sənaye inqilabı ilə birlikdə ölkələrin də kənd təsərrüfatı iqtisadiyyatına nisbətən daha kompleks bir sənaye iqtisadiyyatına keçməyə başlaması;

• Texnologiyalardakı irəliləyiş istehsal prosesinin mürəkkəbliyi ilə sürətlə artması;

• Əməliyyatları planlaşdırmaq və idarə etmək üçün texniki məlumata sahib insan qaynağına olan ehtiyac;

• Məhsuldarlığı artırmağa olan ehtiyac sənaye mühəndisliyinə gətirib çıxardı.

 

 Sənaye mühəndisliyinin təməlləri

1750 və 1850-ci illər arasında, əmək bölgüsü anlayışı irəli sürüldü. 1776-cı ildə İngiltərədə Adam Smit (Adam Smith) nəşr etdiyi ‘The Wealth of Nations’ adlı kitabında istehsalda iş bölümünün iqtisadi faydalarından söz edərək, fabrik sisteminə istiqamətli bir model təqdim etmişdi. Şotlandiyada tekstil emalatçısı olan A. Robert Owen 1813-cü ildə nəşr olunan “Zavod rəhbərlərinə səsləniş” adlı kitabında işçilərə də ən az maşınlar qədər əhəmiyyət verilməsinin vacib olduğunu ifadə etmişdi. Həmçinin günümüzdə istifadə olunan kompüterlərin inkişaf etdirilməsinə əhəmiyyətli töhfə verən Owen, “Difference Engine” (az. “Fərq mühərriki”) adını verdiyi dörd hesab əməliyyatı həyata keçirə bilən mühərriki inkişaf etdirmişdi. ABŞ-da bir hərbi liman idarəçisi olan kapitan Henry Metcalfe tərəfindən yazılan “İstehsal xərcləri, cəmiyyət və xüsusi atelye rəhbərliyi” adlı kitabda müşahidə və təcrübələrin qeyd olunmasını və bunun idarəçilər tərəfindən rəhbər olaraq istifadə olunmasını təqdim olunmuşdu. 19-cu əsrdə sənaye inqilabının formalaşması ilə planlaşdırmaq, təşkil etmək və idarə etmək daha çətin olan və idarəetmə üçün xüsusi bacarıqlar tələb edən istehsal sistemləri inkişaf etməyə başladı. Xülasə, maşın, maddi və pul sistemlərinin dizaynı, inkişafı və qurulmasında mühəndislik intizamına ehtiyac yaranmışdı. Elə bu səbəbdən sənaye mühəndisliyi üzrə araşdırmalar bu dövrdə başladı.

Sənaye mühəndisliyinin atası – Fredrik Teylor (Frederick W. Taylor)

Sənaye mühəndisliyi mövzusunda ilk intizamlı işlər 1856-1915-ci illər arasında yaşayan və əksəriyyət tərəfindən sənaye mühəndisliyinin qurucusu olaraq qəbul edilən amerikalı maşın mühəndisi olan Frederick W. Taylorun adı ilə bağlıdır. Taylor fabrikdə şəxsən çalışan, davamlı müşahidə və analiz edən, düşündüklərini tətbiq və inkişaf etdirən bir adam idi. İşləri 1881-də metal seqmenti mövzusuyla başlamış və 25 il davam etmişdi. Nəticə olaraq 1907-ci ildə 200 səhifəlik məqalə nəşr etdirən Taylor və köməkçiləri sözü gedən mövzuya elmi xüsusiyyət qazandırmışdılar.

1911-ci ildə Taylor tərəfindən nəşr olunan “Elmi idarəetmə prinsipləri” kitabı belə icmal oluna bilər:

• Təşkilat fəaliyyətinin yerinə yetirilməsində işçilər və rəhbərlər elmi prinsiplərə uyğun işləməlidirlər.

• Təşkilat fəaliyyəti təsadüfi və nizamsız deyil, ardıcıl və uyumlu şəkildə həyata keçirilməlidir.

• Təşkilat məqsədlərinə nail olmaq üçün səy göstərən şəxslər bir-biri ilə müstəqil və şəxsi iş aparmaqdan savayı, qarşılıqlı kömək və əməkdaşlıqda hərəkət etməlidirlər.

• Təşkilatlar və onların idarə heyəti aşağı məhsuldarlığı qəbul etməkdən imtina etməlidirlər və ən yüksək nailiyyətlərə nail olmağa çalışmalıdırlar.

• Təşkilatın bütün üzvləri ən yüksək səviyyədə səmərəliliyin əldə olunması üçün işlə təmin edilməlidir.

Bu prinsiplər, eyni zamanda ümumi idarəetmə, gündəlik fəaliyyətlərin aparılması üçün əhəmiyyətli bir işıq yaradıb. Prinsiplərin işə köçürülməsi aşağıdakı addımlarla həyata keçirilə bilər:

• Keyfiyyətli və elmi cəhətdən seçilmiş şəxslər təlim keçərək müəyyən edilən qaydada iş görməyə qadir olmalıdır.

• Əməliyyatın bütün işləri planlaşdırılmalıdır. Hər bir fəaliyyət müvafiq vaxtda və müvafiq şəraitdə həyata keçirilməlidir.

• Təşviq haqqı sistemləri inkişaf etdirilməlidir. Müəyyən olunan standartları aşan işçilər üçün müəyyən bir bonus ödənilməlidir.

• İdarəetmə sistemi bu addımlardan ibarət olan sistemin işini davamlı şəkildə izləməlidir və müəyyən edilmiş problemlər yenidən nəzərdən keçirilməlidir və yenidən elmi yanaşma ilə həll olunmalıdır.

 

 

İkinci Dünya müharibəsi dövründə və sonrasında sənaye mühəndisliyinin araşdırma başlıqları:

• Zaman etüdü

• İşlərin sadələşdirilməsi

• Keyfiyyətə nəzarət

• Əmək haqqı

• İşin qiymətləndirilməsi

• Subsidiyalı ödəniş (prim) sistemləri

• İş yerlərinin tənzimlənməsi və materialların idarə edilməsi sistemləri

• İstehsalı planlaşdırma və nəzarət

II Dünya müharibəsi, Amerikan tank fabriki. 1940.

Sənaye mühəndisliyi sahəsindəki mühüm inkişaflardan biri elmi metodologiyanın riyaziyyata tətbiq olunmasıdır. F.W. Taylor texniki alətlərin, F.H. Harris (1914) iqtisadi istehsal miqdarlarının, F.E. Raymont (1931) inventar nəzarət modellərinin və E.L. Grannt və GW Ireson (1930) mühəndislik iqtisadiyyatının formullarında riyaziyyatdan sıx istifadə etmələrinə baxmayaraq, əsas inkişaf II Dünya müharibəsi zamanı oldu. İlk dəfə riyaziyyat, fizika, ehtimal və digər ədədi analizlə əlaqəli olan elmlər, fəlsəfə mühitində qərar qəbul etməyə kömək etmək üçün istifadə edilib. Böyük Britaniyada 1940-cı ildə hərbi problemləri həll etmək üçün riyazi əməliyyatların öyrənilməsi tətbiq edilmişdi. Eyni tətbiq 1942-ci ildə, ABŞ silahlı qüvvələrində  həyata keçirilir.

Sənaye mühəndiliyinin inkişaf etməsinə ən böyük yardımı kompüterlər edir. Biznesin idarə edilməsində kompüterlərin istifadəsi idarəetməni informasiya sistemi halına çevririr. 1954-cü ildə ilk dəfə kommersiya məqsədi ilə bazara çıxardılan kompüterlər günümüzdə belə müxtəlif mövzulara qabaqcıl yeniliklər gətirməkdə kömək edir.

Bəs bütün bu yeniliklər insan həyatına mənfi təsirlər göstərə bilərmi?

Müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri Stephen Hawking:  “Texnologiya insanlardan daha yüksək bir nöqtəyə gələcək və insanlar bundan xilas ola bilməyəcək” deyir.

Bənzər iddia Tesla və Space X-nin yaradıcısı Elon Muskdan gəlir.

Musk keçən günlərdə yaradılan süni intellektin inkişafından narahat olduğunu deyir. O,  süni intellektlə bağlı  ABŞ-ın sərhədləri  çərçivəsində bəzi  qanunların qəbul edilməsinin vacibliyini vurğulayır. Əks təqdirdə, bu insan sivilizasiyasının gələcəyinə ciddi şəkildə təsir edə bilər.

Mənbələr:

https://www.slideshare.net/dousunum/muhendislerin-isletme-ve-toplum-acsndan-onemi

http://endustri.ogu.edu.tr/bolum_hakkinda/emtarih.htm

https://ie.yasar.edu.tr/wp-content/uploads/2016/06/Tanitim_EM_2016.pdf

Bilimsel Yönetim İlkeleri (Taylorizm)

Müəllif: Turqut Ağayev

Redaktə etdi: Şəfiqə Babayeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin