Müzakirədə hiylə işlətmək, yoxsa həqiqət axtarışı?

0

Əvvəlcə qeyd etmək lazımdır ki, nitq mübahisələrinin əsas 3 növü vardır: Sofistika, eristika və dialektika.

Sofistika yunan dilində-müzakirələri hiyləgərliklə aparmaq bacarığı, Qədim Yunanıstanda sofistlər tərəfindən yaradılmış fəlsəfi cərəyandır. Məntiq qanunlarının qəsdən pozulmasına, yalançı mühakimələrin işlədilməsinə əsaslanan təlim b.e.ə V əsrin ikinci yarısında maarifçi-filosoflar, ümumi təhsil etibarilə ilk peşəkar müəllimlər olan sofistlər məktəbinin nümayəndələri arasında təşəkkül tapmışdır. “Sofistika” termini yunanca “sofist”(müdrik) sözündən əmələ gəlib, o zaman natiqlik sənətinin pullu müəllimlərini belə adlandırırdılar. Sofistlərin əsərlərindən demək olar ki, heç nə qalmamışdır. Ümumiyyətlə sofistlər müəyyən məqsədli biliklər sistemi yaratmağa cəhd etmirdilər. Onların məqsədi tələbələrinə əldə edilmiş bilgilərdən diskusiyya ve polemikada necə istifadə ediləcəyini öyrətmək idi. Buna görə də ritorikanın üzərinə xüsusi vurğu salınırdı.(Şopenhauer “Eristika haqda” əsərindən istinad)

İlk olaraq sofistlər sübutun və təkzibin düzgün üsullarını öyrətmiş məntiqi təfəkkürün bir sıra qaydalarını kəşf etmişdir. Lakin tezliklə onlar təşkilin məntiqi prinsiplərindən uzaqlaşıb bütün diqqəti təzahürlərin zahiri oxşarlığına bənzəyən məntiqi hiylələrin işlənilməsinə, bir hadisənin  ümumi hadisələr zəncirindən qoparılmasına, sözlərin çoxmənalılığına, anlayışların dəyişdirilməsinə və  s. yönəltdilər.

Böyük sofistlər (Protaqor, Qorgi, Hippi,Prodik) siyasət, etika, dövlət, hüquq problemlərini araşdırırdılar. Onlar bütün əvvəlki prinsipləri şübhə altına alaraq bütün həqiqətləri nisbi elan etmişdilər. Kiçik sofistlərdə sofistika(Frazimaks, Kriti, Alkidam ,Hippodam) söz oyununa eyni vaxtda həqiqətin və yalanın “sübutunun” saxta üsullarına çevrilir. Sofistika yunan dilində hiyləgərlik, uydurma mənasını verən “sophisma” sözündən qaynaqlanıb mübahisə və sübut zamanı məntiq qaydalarının şüurlu şəkildə pozulmasına əsaslanan yalançı dəlillərin sofizmlərin, çaşdırıcı söz oyunlarının qəsdən tətbiq edilməsidir. Sofizmlərin aşağıdakı növləri fərqləndirilir:

1) “Terminin dördləşməsi” sofizmi-sadə əqli nəticə. Məsələn: “Oğru heç bir pis sərvət əldə etmək istəmir. Yaxşı sərvət əldə etmək yaxşı əməldir. Deməli oğru yaxşı əməl törədir”.

2) “İcazəsiz proses” sofizmi- sadə kateqorik əqli nəticə. İstinadların birində bölünməmiş (bütün həcmi etibarilə götürülməmiş) termin “bütün quşların qanadları var-bəzi yumurtalıların qanadları var” nəticəsində bölüşdürülə (bütün həcmi etibarilə götürülə) bilməz.

3)” Məcmu orta termin” sofizmi. Orta termin istinadların heç olmasa birində bölüşdürülməlidir. Məsələn,  “bəzi insanlar skripkada çalmağı bacarır-bütün diplomatlar insandır-bütün diplomatlar skripkada çalmağı bacarır. Sofizmin müasir tərifi belədir-“kimisə aldatmaqçün istifadə edilən dolaşdırıcı yaxud qeyri-məntiqi dəlil”.  Qədim Yunanıstanda isə sofistlər fəlsəfə və ritorika müəllimləri qrupu olmuşdur. Bu təlimin tərkib hissəsi olan tavtologiya söz oyunu, nəticəsiz məntiq onun faydasızlığı fikrini doğururdu. Modern fikir dönəmində sofizmlə yanılma arasında bərabərlik işarəsi qoyulur. Belə bir məşhur ifadə də var “Bu xalis sofistikadır”.Bu zaman mənasız fikir, tavtologiya nəzərdə tutulur.

schopenhauer ile ilgili görsel sonucu

Eristika yunanca (eristike-mübahisə sənəti) sofistlər tərəfindən işlənib hazırlanmış mübahisə disput ve polemika sənətidir. Eristik dəlillər həqiqətən haqlı olub-olmamasından asılı olmayaraq mübahisə edənin haqlı olduğuna inandırmaq üzərində qurulur. Eristika sofistikadan fərqləndirilməlidir. O səhvlər və yanıltmalar üzərində deyil, başqalarını özünün haqlı olduğuna inandırma üzərində qurulur. Eristikanın sofistika ilə eyniləşdirilməsi ənənəsi Aristotelden qaynaqlanır. Eristikanın bu mənasını inkişaf etdirən A.Şopenhaur ona yalnızca haqlı çıxmaq məqsədilə mübahisə kimi anlayış vermişdi. O özünün “Eristik Dialektika” adlı əsərində eristika dialektikanın bir çox prinsiplərini vermişdi. Məsələn, sübut etmək, fikrinin rəqibin üzərinə qoyulması faydalıdır. Mübahisədə gözlənilməlik effektindən də istifadə oluna bilər. Belə ki, ən gözlənilməz və mühüm məlumatlar mübahisənin sonunda istifadə olunur. Mübahisədə dürüst olmayan xüsusi üsul məntiqi “müddəanın dəyişdirilməsi” yolu ilə səhvdən yararlanmadır.Həmçinin mübahisə zamanı iddianın mübahisə predmetindən yayındırılaraq qarşı tərəfin şəxsinə yönləndirilməsi kimi prinsip də mövcuddur. Bu “arqumentum ad personam” və ya “arqumentum ad hominim” adlanır.

engels ile ilgili görsel sonucu

Dialektika metodunun müasir mənada məqsədi iki yerə bölünür:

1)Predmeti hər tərəfdən və bütün mümkün mövqelərdən nəzərdən keçirmək.

2)Bu hərtərəfli təhlilə rasional surətdə əsaslanaraq fəlsəfi problemlərin həllinə çalışmaq.

Mübahisələr zamanı dialektik metodun tətbiqi obyektiv həqiqətin əldə olunmasına yönəlir. Dar mənada dialektika “tezis-antitezis-sintez” sxemi üzrə reallaşan qnoseoloji metodun(metodoloji idrak prinsipinin) adıdır. Bu metoda görə əvvəlcə dərk edən subyekt reallıqda müyyən təzahürü fərqləndirir həmin təzahür üçün anlayış yaxud formul(mühakimə) formalaşdıraraq onları tezis kimi nəzərdən keçirir. Sonra idrak prosesi antitezisin-məzmunu tezisə qarşı qoyulan formulun yaxud anlayışın  formalaşdırılması yolu ilə davam edir. Yalnız bundan sonra subyekt tezis və antitezis arasında qarşılıqlı əlaqənin nəzərdən keçirilməsinə və dərkinə-sintezin dərkinə keçir. Proses sintezin daha yüksək səviyyəli tezis kimi nəzərdən keçirildiyi metasəviyyədə təkrarlana bilər. Bu yolla həqiqət dərk olunur. Dialektika əsas etibarilə münasibətlərin dörd tipinin tapılmasına yönəlmişdir:

  1. Eyniyyət(fərq)
  2. Əksliklərin bir-birinə qarşılıqlı surətdə nüfuz etməsi
  3. Kəmiyyət və keyfiyyət
  4. Ziddiyət

XIX əsrdə Qərbi Avropa fəlsəfəsində Hegel dialektika anlayışını yenidən işləmişdir. Belə ki, Hegel tərəfindən  “Dialektikanın üç qanunu” ifadə olunmuşdur. Bunlar aşağıdakılardır:

  1. Kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid qanunu
  2. Əksliklərin vəhdəti və mübarizəsi qanunu
  3. İnkarın inkarı qanunu

Sofistika Eristika və Dialektikaya ümumilikdə həm həqiqətin obyektiv dərk olunması metodları və həm də nitq mübahisələri kimi yanaşanda qeyd etmək istəyərdim ki, cəmiyyətimizdə bu metodlardan dialektikanın dialektik metodların tətbiqi faydalı olardı. Belə ki, həqiqətin təhrif olunmasına  obyektiv həqiqətin tapılmasına deyil, bir tərəfin haqlı çıxarılmasına yönələn müzakirələr deyil yalnızca obyektiv reallığın dərk olunmasına yönələn metodlar müzakirə tərəfləri üçün faydalı

 

Müəllif: Natiq Əliyev

Redaktor: Lalə Həsənova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin