NASA kosmosda elektronları dinləyir

0

Kosmos nə boş, nə də səssizdir. Məkan texniki cəhətdən vakuum olsa da maqnit və elektrik sahələri ilə idarə olunan enerji hissəciklərini ehtiva edir və bu, Yer üzündə yaşadığımız hər şeydən fərqlidir. Yeri əhatə edən kosmik mühit kimi bir maqnit sahəsi ilə bağlı olan ərazilərdə hissəciklər daim plazma dalğaları kimi tanınan müxtəlif elektromaqnit dalğaları tərəfindən irəli və geriyə atılır. Bu plazma dalğaları, okean dalğaları kimi, ritmik bir kakofoni təşkil edir və biz onları doğru vasitələrlə eşidə bilirik.

Okeandakı fırtına və ya atmosferdəki dalğalar kimi hərəkət edən, kosmosdakı qarışıqlıqlar da dalğaların yaranmasına səbəb olur. Rəqs edən elektrik və maqnit sahələrindən ibarət olan bu dalğalar, plazmanı təşkil edən ion və elektron toplularına doğru süzülərək, elektronların və ionların bir qisminin təcilli sürətlərlə hərəkət etməsinə səbəb olur. Bu qarşılıqlı təsir, yaxın yer mühitinə daxil olan və tərk edən yüksək enerjili zərrəciklərin balansına nəzarət edir.

Yaxınlıqdakı ətraf mühitin formalaşması üçün əsas olan bir növ plazma dalğası Whistler-mode dalğalarıdır. Bu dalğalar, içərisindən keçdikləri plazmaya bağlı olaraq müəyyən səslər meydana gətirirlər.  Məsələn, Yer üzündə ionosfer adlanan bir qat sıx soyuq plazmadan ibarətdir. Bu bölgədə hərəkət edən dalğalar kənarda hərəkət edənlərə nisbətən çox fərqli bir səs çıxarır. Bir ildırım yerə vurduqda, elektrik boşalması mod dalğalarına səbəb olurlar. Dalğaların bəziləri şimal və cənub qütbləri arasında Yerin maqnit sahəsi xəttləri boyunca  toqquşan avtomobillər kimi sıçrayaraq havadan kənara çıxır. Şimşək müəyyən bir tezlik aralığında səs çıxardığından və yüksək tezliklər daha sürətli hərəkət etdiyindən yüksəklikdən düşən daşın sürtünmə nəticəsində çıxardığı səsə bənzər səs çıxardırlar və bu da onlara “fit çalan” adını verir.

İonosfer içərisində hərəkət edən mod dalğaları, ionosferik fit olaraq adlandırılır və radio stansiya cızırtısı kimi səs çıxarır. Bəzi elm adamları fitə eyni zamanda ildırım və şimşəklərin də səbəb olduğunu düşünür. Fit dalğaları içərisində Van Allen radiasiya qurşağının planeti əhatə edən yüksək enerjili  halqaların da olduğu yer mühitini əsas formalaşdıranlardandır. Van Allen Sondas missiyasının köməyi ilə, NASA alimləri, peyk və kommunikasiya siqnallarının zərərli olacağı kosmik hava təxminlərini hazırlamaq məqsədilə plazma dalğalarının dinamikasını başa düşməyə çalışırlar. Müşahidələrdə qeydə alınan səslərin içərisində fərqli plazma dalğlarının çıxardığı qorxunc səslərə rastlanmışıdır.

NASA-nın iki Van Allen Zondu (Van Allen Probes) kosmik gəmisi Yer ətrafında səyahət edərkən elektrik və maqnit dalğalarını ölçmək üçün EMFISIS adlı bir cihazdan istifadə edir. Kosmos cihazı dalğa ilə qarşılaşırsa, qebuledicilər elektrik və maqnit sahələrində tezlik dəyişikliklərini qeyd edirlər. Sonra elm adamları bu səslərin tezliklərini bizim eşidə biləcəyimiz səslərin tezliyinə uyğunlaşdırırlar, beləliklə, biz bu səsləri eşidə bilirik. Dalğalar  və zərrəciklərin necə qarşılıqlı təsirdə olduğunu anlayaraq, elm adamları elektronların necə sürətləndiyini və radiasiya qurşaqlarında necə yoxa çıxdıqlarını öyrənə bilərək kosmosdakı peyklər və onlarla əlaqənin qorunmasını təmin edirlər.

Mənbə:

https://bilimfili.com/nasa-uzayda-elektron-isliklarini-dinliyor/

https://www.nasa.gov/feature/goddard/2017/nasa-listens-in-as-electrons-whistle-while-they-work/

Müəllif: Şıxı Əyyubov

Redaktə: Aytac Şirinova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin