Neandertallar 430 min il əvvəl Avropada yaşayırdılar

0

Antik DNT analizlərinə görə, Neandertallar 430 min il əvvəl Şimali İspaniyada yaşayırdılar. Bu tarix bir çox araştırıcının düşündüyündən ən az 30 min il daha erkən bir dövrə işarə edir.

“Sima de los Heusos” adındakı İspaniyadakı bir mağarada olan diş və digər bədən sümüklərindən alınan nüvə DNT’si parçalarından əldə edilən analizlər Nature adlı akademik jurnalda nəşr olunmuşdu.

Almaniyda yerləşən Max Planck Təkamül Antropoloji İnstitutundan paleogenetik Matthias Meyer və həmkarları, bu antik fosillərdən artıq DNT nümunəsi xilas edilmədiyini ifadə edirlər. Meyerin qrupu tapılan sümüklərdən Neandertal və Denisovan nümunələriylə müqayisə ediləcək miqdarda DNT qalığı əldə etdilər.

Bu erkən dövrə aid genetik tapıntılar, daha əvvəl ortaya atılan “Sima de los Huesos” tapıntılarının bəzi elm insanlarına görə Neandertalların və Homo sapiensin ortaq atası sayılan Homo Haidelbergensis növünə aid olduğu fikrinə meydan oxumaqdadır.

“Sima de los Huesos” tapıntılarından antik sirlər ortaya çıxmaqdadır. Bir tərəfdən həm anadan həm də atadan uşağa köçürülən nüvə DNTsi Neandertal xüsusiyyətləri göstərdiyi halda, yalnız anadan köçürülən mitoxondriyal DNT isə Denisovan nümunələrinə daha yaxın görünür.

Denisovanlar ən erkən 44 min il əvvəllə qədər Şərqi Asiyada yaşadılar, lakin təkamül keçmişləri bu an üçün geniş şəkildə bilinmir.

Meyerin görə, əgər Neandertallar təxminən 430 min il əvvələ qədər Şimali İspaniyada yaşadılarsa, Neanderthallerle Denisovanların ortaq atasına çata bilmək üçün tarixdə daha da geriyə getməliyik.

 

Qaynaq;  sciencenews.org

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin