Nikola Tesla Nisbilik nəzəriyyəsini qəbul etmirdi

0

“Eynşteynin nisbilik işləri göz qamaşdıran bir riyazi illuziyadan ibarətdir. Bu illuziya insanları ovsunlayıb təsir edir və bir tərəfdən də altında yatan səhvləri gizlədir. Eynşteynin nəzəriyyəsi cahil insanların onu bir kral kimi görməyi üçün bənövşəyi rəngdə geyimlər geyən bir dilənçi kimidir. Nəzəriyyənin tərəfdarları, elm insanı olmaqdan çox metafiziklərdən ibarətdir. “

     (Nikola Tesla, The New York Times11 İyul 1935)

 

Bu sözlər əslində Teslanın Eynşteynə (Albert Einstein) “hücum” üçün yazdığı böyük bir mətnin sadəcə bir hissəsidir. Onun “bənövşəyi rəng” ifadəsi mövzu ilə bağlı deyilə biləcək ən qəddar ifadələrdən biridir. Qərb mədəniyyətində bənövşəyi rəng, İncildə də deyildiyi kimi qədim dövrlərdə çətin əldə edildiyi üçün “səltənətə” işarə edir. Bizim mədəniyyətimizdə məxmər parça demək kimi … Tesla Eynşteyni və nəzəriyyəsini “cəhalət” ilə ittiham etməklə qalmır, bu nəzəriyyənin məqsədinin insanların başını qarışdıraraq səhvlərini gizlətmək olduğunu da açıqca iddia edir.

 

Tesla, 1934-ci ildə yazdığı “İlahi dedi-qodunun Parçaları” başlıqlı şeirində bunları deyir:

“Too bad, Sir Isaac, they dimmed your renown

And turned your great science upside down.

Now a long-haired crank, Einstein by name,

Puts on your high teaching all the blame.

Says: matter and force are transmutable

And wrong the laws you thought immutable.”

 

Şeiri belə tərcümə edək

 

Çox təəssüf edirəm, cənab Isaac,

Sizin şan-şöhrətinizi soldurdular

Sizin böyük elminizi alt-üst etdilər,

İndi Eynşteyn adlı uzun saçlı bir dəli

Sizin bütün qaydalarınızı pozur.

Deyir ki: maddə və qüvvə dəyişə bilər,

Sizin dəyişməz qanunlarınızı yalanlayır. “

 

Tesla 75-ci ad günü şərəfinə verilən yubiley ziyafətində, Eynşteynin “E = mc2” düsturuyla əlaqədar bunları deyir:“Mən bu günə qədər saysız atomu bir-biriylə toqquşdurdum, heç də diqqətə dəyər bir enerji ortaya çıxmadı.” Bunu deyən Tesla ilk zərrəcik sürətləndiricisinin kəşfindən 50 il əvvəl bu iddianı irəli sürür. Təbii ki, həyatında heç vaxt atom “toqquşdurmamışdı” …

 

Eynşteyn bunlara cavab olaraq ona ad gününündə təbrik məktubu göndərir və  məktubda belə yazır:

“Əzizim Tesla,

75-ci doğum gününüz olduğunu və yüksək-tezlikli cərəyanlar ilə əlaqədar işlərinizi eşitməkdən məmnuniyyət hiss etdim. Bunların, bu sahədəki araşdırmalara olduqca çox yardımı dəyəcəkdir. Həyatınızdakı bütün işlərdə uğurlar diləyirəm. Albert Eynşteyn”

 

 

Və Eynşteyn Teslanın da dəstəklədiyi, amma aralarında iştirak etmədiyi “Eynşteynə Qarşı Olan 100 Yazar”  kitabıyla əlaqədar bu şərhi etməklə kifayətləndi:Əgər iddaları gerçək olsaydı, yalnız bir yazarda kafi olardı.

 

Məqalə Evrim Ağacından tərcümə edilib.

 

Mənbələrlə oxuma;

 

Əlavə oxu:  Nikola Tesla haqqında gəzən yalanlar, miflər, saxta iddialar: Uğurları və uğursuzluqları – Həqiqi Nikola Tesla.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin