NLP – 21-ci əsr falçıları

2

Siz falçı yanında olmusunuzmu? – Bəlkə qohumlarınız? Onlar qayıdandan sonra nələri və “necə etsək düz olacaq” deməyə başlayıblar? Hansı qaranlıq qalmış məsələlərin açıldığını böyük sevinclə danışıblar? – Bizim beynimiz belə şeylərə inanclıdır, axı sual verə bilərsiniz ki, indi heç kim falçı yanına getmir?! Bəli, amma bunun adı dəyişilib – “Neyro-linqvistik proqramlaşdırma, NLP”. XXI əsr falçıları və falçılıq dərsləri.

Kiçik araşdırmama başlamadan öncə, bizi narahat edə biləcək bir-iki suala cavab verim:

  • Falçılığın NLP-ya nə əlaqəsi?

Falçılıq və ekstrasensorika işləmir. Düşünürəm ki, bununla bağlı mübahisə etməyəcəksiniz. Bəs, nəyə görə falçılar var və biznesləri işləyir? Çünki onlar sosial psixologiyanı yaxşı bilirlər , və yaxud təcrübə ilə nəyin harada uyğun olduğunu öncədən təyin etməyi bacarırlar (bura həmdə, sizin əvvəlki seansda danışdığınız hadisələrin təsiri də daxildir). NLP isə fərdin keyfiyyətləri üzrə modelləşdirmədir. Yəni NLP, sosial psixologiyadan istifadə edərək insanı Uğura, Qorxusuzluğa, hər zaman gülümsəməyə aparan açardır. Amma yox!

  • Nəyə görə YOX?

Deyə bilərsiniz ki, yüzlərlə insan NLP-dən faydalanıb və gözəl ailə həyatı, biznes, karyera qurub. Şəxsi araşdırma aparsaz, hətta aprior olaraq düşünsəz, bu ağla batan deyil. Çünki başqa insan modeli mənə tətbiq olunarsa, mənim uğur qazanmağım yalnız və yalnız təsadüfdən asılıdır (burada şəraitlər, hadisələr, insanların fikri tamamilə uyğun olmalıdır). – Həyatın bu tələblərə cavab vermək üçün bu qədər monoton olması, sual altındadır.

  • Bir dəqiqə! – demək sosial psixologiyada işləmir?

Təəssüflər olsun ki, yox, işləmir! Təkrar etmək istəməzdim, amma sosial modellər XXI əsr üçün, onun fərdi üçün uyğun deyil. Hətta yeni modellər belə. Bu heç də insanın ikili standartlı olmasının nəticəsində baş verməyib, sadəcə insanlar müxtəlif qruplarda özlərini müxtəlif görünüşdə və tərzdə apara bilərlər. Ona görə də modelləşdirmə zamanı səhvliklər baş verir (burada modelləşdirmə, şərti olaraq yazılıb; uyğunlaşdırma). Başlıca problem ondan ibarətdir ki, sosial psixologiyanın, müxtəlif zamanlarda apardığı araşdırmalardan aldıqları nəticələr yalnız ümumi baxışı ortaya qoyur: bir fərd, müstəqil test tapşırığını yazanda, müxtəlif səbəblərdən yalan danışa və ya sonradan, fikrini dəyişə bilər. Beləliklə, başqa-başqa insanların subyektiv fikirləri dəyişdirilib obyektivləşdirilərək ümumi və ciddi fikir kimi KİV-lərdə yayılır.

 

Aprior rəy

Burada biz bir neçə rəy verməklə aprior olaraq bu suala cavab verməyə çalışacağıq: “NLP – praktika üçün realdırmı?”

Təxminən 5-7 il bundan əvvəl Space TV-də belə məzmunlu bir reklam materialı yayımlanmışdı: “Televizorunuzda filmləri və verilişləri 3D görünüşlə izləmək istəyirsiniz? Elə isə 3D eynək almağa tələsin! Bununla siz televizorunuzu 3D elementlərlə izləyə bilərsiniz”. Bundan sonra 1 həftə ərzində, 1 manatlıq eynəklərdən, təxmini olaraq 0.8 milyon nəfər almışdı, qeyd etmək istərdim ki, satış yerləri müxtəlif idi: köşklər, küçə al-verçiləri, hədiyyələr dükanları və s.

Razıyam, bəzi NLP-çilər bunun elə NLP ilə qurulduğunu deyə bilərlər, və bu bəzi hallarda doğru ola bilər, amma faktın özü təbii olaraq bunun sadəcə, subyektivlik olduğunu deyəcəkdir. Çünki məndə bunu ilk baxışdan belə qarşılamışdım: “Yəqin neyromarketinqdən istifadə olunub”. Amma yox! Çünki belə reklam üsulları NLP-nin yaranmasından daha əvvəl televiziyada istifadə olunurdu. Sadə marketinq.

Bəs, nəticə nə oldu?

Nəticə aydın məsələdir ki, uğursuzluq! Çünki bu belə işləmir və 3D eynəklər ancaq ikili-kamera üsulu ilə çəkilmiş videofraqmentləri izləmək üçün nəzərdə tutulub. Əgər bu işləsəydi, eynəksiz TV-yə baxmaq mümkün olmazdı.

Amma nəyə görə Space TV bu məsələylə bağlı məhkəmə işinə cəlb olunmadı?

Problem ondadır ki, bəlkə olunub, lakin biz bunu bilmirik. Bəlkədə olunmayıb və insanların 60%-indən çoxu belə fikirləşmişdi: “Mən axı daha yaxşı görürəm və canlılığı hiss edirəm!” – onlar bunu dəyişikliyin olduğuna görə deyirdilər. Dəyişiklik isə yalnız rənglərə aid idi.

İndi isə arqumenti NLP-yə interpretasiya edək: “NLP aprior olaraq bəlkə də, kiminsə ağlında işləyir, amma empirik üsulla yoxlandıqda nəticəsiz qalır”.

NLP-nin işləməsi ilə bağlı ingilis dilli İnternetdə, çoxlu nəticələr haqqında informasiya yerləşdirilmişdir. Və ya bizə ən yaxın araşdırma haqqında məlumata müraciət etsək – bu NLP “ustadlarının” göstərdiyi misallardır. Onları burada yazmaq istəmirəm, özünüz onlara Facabook-da yaza bilərsiniz… Bunu xatırlatmağımın məqsədi isə bundadır, – biz həmin araşdırmalara aprior olaraq inanırıq və dedikləri kimi hərəkət edirik. Material və ya istədiyimiz nəticəni əldə etmədikdə, bunu öz günahımız adlandırırıq ya da nisbətən alındığını düşünür və yalnız ən eqoist adamlar (müsbət) buna şübhələnirlər.

“NLP təlimlərinə gedən insanların bundan xeyir gösməsinə şübhə etməməyimə baxmayaraq, NLP-nin əsasına qoyulan bəzi yalançı və şübhəli fərziyyələr mövcuddur. İnsanların bir-başa şüuraltlarına təsir edərək hipnoza, qeyri-fiziki olaraq təsirə inam, əsassız görünür. Bu məsələ ilə bağlı qoyulan bütün elmi məlumatlar bu iddiaların həqiqətə uyğun olmadığını göstərir. Təəssüf ki, siz “birbaşa şüursuz insanlarla danışmağı” öyrənə bilməyəcəksiniz, – Milton Erikson belə deyir və onunla bərabər, NLP bununla razılaşır. – Təbii ki, əgər təlqin gücünüzü və öz assosiasiyanızı köməyə çağırmasaz”.¹

NLP apologetləri iddia edirlər ki, böyük ağılların düşüncə tərzlərini, uğurlu insanların davranış patternlərini öyrəniblər, onların işləmə modellərini əldə ediblər. “Bu modellərdən düşüncənin, davranışın və əqidələrin tez və effektiv dəyişdirilməsi üçün texnologiyalar hazırlanmışdır”. Lakin Albert Eynşteynin və ya L. N. Toltoyun işlərinin öyrənilməsi onlarla “model” verə bilər ki, NLP-çilər də bunlardan istifadə ediblər. Modellərin düzgünlüyünü yoxlamaq üçün heç bir imkan yoxdur. Bundan əlavə, görəsən, bu ümumiyyətlə varmı. Niyə kimsə qərara gəlib ki, modellərdən düşüncənin, davranışın və müxtəlif inancların tez və effektiv dəyişdirilməsi üçün texnologiya hazırlamaq olar,– bu hələ də sirr kimi qalır. Düşünürəm ki, insanların çoxu intuitiv olaraq anlayır ki, Eynşteynin və ya L. N. Tolstoyun hətta təcrubələrini bizə ötürsələr, biz nə Eynşteyn, nə də L. N. Tolstoy olarıq. Şübhəssiz ki, biz “həqiqi özümüzdən” fərqli olacağıq, amma eynilə belə* beynimiz olmadan, biz çox fərqli inkişaf edərdik”. ²

*Yəni hazırda olan. – Tərcüməçinin qeydi

NLP-nin Elmi və Müstəqil Tənqidi

Bu bölümə keçməmişdən əvvəl, fəlsəfə doktoru Kelton Roads-ın “NLP haqqında nə demək olar?” məqaləsindən bir hissəni qeyd etmək istəyirəm:

“… bir neçə tədqiqatçılar NLP proqnozlarının düzgün olmasına baxmaq üçün, onları araşdırıb yoxladılar. Çoxlu NLP təcrübəçiləri mənə deyirdilər ki, “NLP nəzəriyyəsi, heç vaxt, laboratoriyada yoxlanılmaq üçün nəzərdə tutulmurdu”. (Mən bu fikri anlamıram. Amma, indi, mən – aliməm, və düşünürəm ki, nəzəriyyələr yoxlanılmalıdır.) Lakin, bəzi insanlar, nəzarət şəraitində, NLP proqnozlarını yoxladılar. Bunlar 1997-ci ildə, bu ədəbiyyatı öyrəndiyimdə tapdıqlarımdır:

“Baxmayaraq ki, o şəcərəsində nevrologiyanında olduğunu iddia edir, NLP-də olan koqnitiv üslub və beynin fəaliyyəti arasındakı münasib haqqında köhnəlmiş fikirlər, ən sonda, kobud analogiyalara qədər endirilir. NLP saysız-hesabsız ekspansiv sübutların şüalarında qızınır, amma Milli Tədqiqat Şurası NLP-nin xeyrinə heç bir möhkəm sübut və ya əsas nəzəriyyəsinə qısa izah aşkar edə (qazıb çıxara) bilmədi”.

— Beyerstein, BL. (1990). Brainscams: Neuromythologies of the New Age. International Journal of Mental health, 19 (3), 27-36.

(daha çox ədəbiyyatı mənbədən tapa bilərsiniz – tərc. qeydi.)

Əlbəttə, siz özünüzün şəxsi təcrübənizi aparmalısınız və bu haqqda şəxsi fikirlərinizi dəqiqləşdirilməlisiniz, lakin bu misallar, sizə ilkin vaxtda kömək edəcək.”³

NLP ilə bağlı aparılan müstəqil araşdırmalar çox olub. Onların əksəriyyəti bunun yalan və bəziləri manipulyativ, yəni insanı idarə etmək üçün istifadə olunan üsullar olduğunu deyiblər. Belə ki, ABŞ Milli Araşdırmalar Komissiyasının NLP ilə bağlı araşdırmasının hesabatında deyilir: “Ayrı-ayrılıqda və bir yerdə, bu araşdırmalar NLP iddiaları üçün əsaslandırma vermir… və ya NLP-nin effektliliyi üçün. Kommitet bu, yoxlanış keçməyən texnikaların istifadəsini məsləhət görə bilmir.”

Məqalənin bu hissəsində sizi 1973-cü ildə A. Tverski və D. Kaneman tərəfindən irəli sürülmüş psixoloji fenomen ilə tanış etmək istərdim. “Evristika mövcudluğu”adlanan bu fenomen, insanların sadə izah olunan və xatirələrinə əsaslanan fikirlərə, ideyalara daha tez inandıqlarını göstərir. Bu fenomenin izahı üçün daha çox istifadə olunan psevdoelmlərdən biri də NLP-dir. Büdrəmiş kəndirbaz haqqında olan bu hekayə, daha doğrusu nağıl belədir:

“Sirkdə. Kəndirbaz kəndir üzərində gedir. Büdrəyir. Bu zaman tamaşaçılardan biri qışqırır “Düşmə!” və kəndirbaz bu sözləri eşidəndən sonra yıxılır”.

Bu hekayə insanları əmin etmək istəyir ki, təsir edilməli olan şüursuz (qeyri-şüur), “-mə” şəkilçisini eşitmir. Bu psevdoelmi konsepsiyadan psevdoelmi resept: əgər istəyirsizsə ki, insanlar Sizin sözlərinizi şüursuz səviyyədə qəbul etsinlər, cümlələri pozitiv formada qurun, məsələn, “fikrini yayındırma” demək əvəzinə “diqqətli ol” deyin. Hekayənin təsiri onunla təsdiqlənir ki, hər kəs asanlıqla bir vaxt diqqət etmədiyi “-mə” şəkilçisini, bunun nəticəsi kimi frazanı düzgün anlamadığını yada sala bilər. – Bu isə evristika mövcudluğunun əsasıdır.

 

NLP – 21-ci əsrdə inandığımız yeni şamanlıqlardan yalnızca biridir. Biz gündəlik həyatımızda onlarla psevdoelmi rəylərə və araşdırmalara inana bilərik. – Lakin bunu araşdırmaq bizim özümüzün əlindədir.

 

 

 

Mənbələr:

1: http://evolkov.net/skepdic/neurolin.html

2: http://evolkov.net/skepdic/neurolin.html

3: http://www.workingpsychology.com/nlp.html

  1. http://neveev.ru/Mind%20traps/heuristics/availability%20heuristic/

 

Mirzə İskəndərov

2 ŞƏRH

  1. NLP insan üçün daxili intizamı yüksək səviyyəyə qaldırmağa kömək edən misilsiz vasitədir. Bunu şəxsən sınamışam. Gündəlik praktik məşqlərlə böyük vərdiş dəyişikliklərinə nail olmaqla, xarakterdə güclü intizam yaratmaq olar. Amma kimsə NLP-ni kimsə falçılıq kimi qəbul edəcəksə, yaxud bundan sui-istifadə üçün istifadə edəcəksə bu həmin adamların öz problemidir.

    • Yenidən plasebo effekti. Ya məqaləni tam oxumamısınız, ya da NLP-yə aşırı dərəcə də inanırsınız. Bu məqalədə NPL-nin obyektiv işləməməsi açıqlanır. Subyektiv baxsaq, minlərlə – bizim dinimizdən fərqli – dinlə razılaşmalı olaraq, məsələn Tanrının oğlu olmasına inanmaq və s.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin