Normal insanlardan 99 milyon daha çox rəng görə bilən insanlar: Tetraxromatlar

1

25 illik bir araşdırmanın sonunda ingilis nevroloqların gəldiyi nəticə: Artıqdan bir növ kolbacığa sahib olan və gözləri bizim gördüyümüzdən 99 milyon ton fərqli rəngi daha ayırd edə bilən insanlar var. Elmdə belə insanlar tetraxromat adlanırlar. İnsanların çoxu trixromatdır və bu da kolbacıq (tr.koni hücre və ya ing.cone cell) 3 tip olduğunu göstərən bir termindir.

Hər bir kolbacıq, hər 3 tipə daxil olan hər hüceyrə öz özlüyündə 100 fərqli tonu görməmizə şərait yaradır və bu 3 tip kolbacıq arasında olan kombinasiyaları düşünəndə normal bir insanın 1 milyon fərqli rəngi görə biləcəyi təxmin edilir.
Rəng korluğu olan insanlarda bu huceyrənin cəmi 2 növü fəaliyyət göstərir və bu vəziyyət onların yalnız 10.000 fərqli tonu ayırd edə bildiyinin göstərir. İtlər və meymunlar daxil əksər məməlilərin dikromat olduqları bilinməkdədir.

Lakin İngiltərənin şimalında bir həkimdə aşkarlanan 4 tip kolbacıq onun 100 milyon rəng tonunu ayırd edə bildiyini ortaya qoymuşdur. Bu rəqəm bir çoxumuzun xəyal belə edə bilməyəcəyimiz dərəcədədir.
Kimliyi gizli tutulan sadəcə cDa29 kod adı ilə qeyd edilən və iki il əvvəl aşkarlanan bu qadında tapılan hüceyrə çeşidi üzərində 25 ildən artıq bir vaxtda çalışan elm adamları daha çox insanların belə tip olduqlarından əmindirlər.

Bəs 4-cü tip kolbacığa necə sahib olublar?

Tetraxromatların kəşf olunduqlarına dair şübhələr 1948-ci ildə Hollandıyalı alim HL de Vries tərəfindən başladılmış və özü rəng korluğu olan insanlarda maraqlı xüsusiyyətlərə rastlamışdır.
Rəng koru olan kişilərin 2 normal, 1 mutant, yəni yaşıl və ya qırmızıya qarşı daha az həssas olan kolbacığa sahib olması ilə birgə rəng koru kişinin anasının ya da qızının 1 mutant kolbacığı ilə 3 normal kolbacığa (toplamda 4 ) sahib olduqları aşkarlanmışdır.
Hollandiyalı alim bu kəşfdən əvvəl belə bir şeyin ola biləcəyini heç düşünməmiş və onun 4 kolbacıq tipinə sahib insanların varlığı haqqında şübhələri ortaya çıxmışdır.

Görəsən gözlərində 4 tip kolbacıqların hamısının birdən çalışdığı insanlar varmı?

Kembric universitetindən Con Mollon (John Mollon) qadınların gözlərində  4-ü birdən fəaliyyət göstərən kolbacıqları varmı deyə düşünüb araşdırana qədər bu tapıntının önəminə qarşı olaraq tetraxromatlar 80-ci illərin sonuna qədər diqqət mərkəzindən kənarda qaldılar.
Rəng koru olan kişilərin bu 4 kolbacıq çeşitliyi genini qızlarına ötürmələri nəticəsində toplam 12% civarında qadında tetraxromat göz xüsusiyyəti olmalıdır deyə hesablayan Con Mollon çalışmalarına davam etdi.

Qabriele Jordan

Ancaq tetrakromat olan qadınlar aşkar etsələr də sadəcə 3 kolbacıq çeşidi aktiv olaraq fəaliyyət göstərdiyi, 4-cü çalışmadığı üçün nəticədə bizlər kimi gördükləri məlum oldu.

Ancaq 2007-ci ildə Nyukasl universitetinin nevroloqu və əvvəllər Con Mollon ilə birlikdə işləmiş Qabriel Cordan (Gabriele Jordan) bu məsələdə bir az daha fərqli bir test etməyə qərar vermişdi.
Qabriel bu 4-cü kolbacıq tipi də gözlərində olan 25 qadını qaranlıq otaqda yerləşdirmiş və bir işıq qaynağına baxmaqlarını istəmişdi. Qadınların gözlərinin önündən 3 rəngli işıq halqaları keçirmişdir. Bir trixromata (normal insan) görə bunların hamısı eyni ikən Qabriel Cordanın hipotezinə görə həqiqi bir tetraxromat rənglər arasındakı fərqə sahib olduqları 4-cü növ kolbacıqlar sayəsində asanlıqla görə biləcəkdir. Və inanılmaz bir şəkildə test edilən qadınlardan biri- kod adı cDa29 hər testde bu 3 fərqli rəngli halqaları görməyi bacarmışdı.
“Sevincdən atılıb düşməyə başladım!” deyir öz müsahibəsində Qabriel.

Əgər bu üç rəngdəki dairələrin içində eyni rəngli nöqtələr görürsünüzsə normal görməyə sahibsizniz, yəni trixromatsınız. Əgər içlərində fərqli rənglər də görürsünüzsə böyük ehtimal ki, tetraxromatsınız (mutant) .

Rəng koru kişilərin 4 tip kolbacığa birdən sahib olan o qədər qızı varkən nəyə görə yalnız bir nəfər
gerçək tetrakromata rast gəlindi?

Başlanğıcda bu tədqiqatçılar sadəcə Ingiltərə ərazisində bu vəziyyəti araşdırırdılar. Ancaq Cordana görə daha önəmli olan mövzu bir çox gerçək tetraxromatın 4-cü tip kolbacığın özündə var olmasından xəbərsiz olmuş və nəticədə bu özəlliyə sahib olduqlarının heç fərqinə varmamışdılar.

Qabriel Cordan öz müsahibəsində demişdir:

“Bilirsiniz ki, cəmiyyətdə tetraxromatlar mövcuddurlar. Lakin bir insanın həqiqətən bir tetraxromat olması üçün məqbul şərtlər hansılardır bilmirik; 4 tip kolbacıqlı bir çox qadının geçək olmadıqları kimi”.

cDa29 kod adlı qadının üzərində aparılan araşdırma (2016) tam yoxlanılmış vəziyətdədir, ancaq Qabriele Cordan tetrakromatlar üzərində araşdırmalarına son vermir və tədqiqatları davam etdirir. Daha çox tədqiqata və Cordanın araşdırmasının təsdiq edilib daha çox dəstəklənməsinə ehtiyacı var. Əgər tetrakromatların həqiqətən var olduqları isbat olunsa, bu bizə sadəcə insanın görmə hissinin sərhədləri haqda yox, həm də elm adamlarına daha həssas sensorlar və s. tipli əsasən robottexnikada müxtəliv növ cihazların daha da mükəmməlləşdirilməsi üçün imkanlar yaradıb görmə qabiliyyətimiz və gözlərimiz haqqında daha dərin məlumatlara sahib olmağımıza imkan verəcək.

Kədərli olan təkcə bir şey var. O da bizim cDa29 kimi dünyanı görə bilməməyimizdir və tam olaraq digər rənglərin necə olduğu haqqında heç bir fikrimizin olmamasıdır.
“Bu özəl bacarıq hər kəsdə maraq doğuran bir şeydir. Dünyaya onlar kimi baxmağı çox istərdim” deyir Qabriel Cordan.
Aşağıdakı şəkildə bir tetrakromat rəssam qadının çəkdiyi iki fərqli tovuz quşu əks olunmuşdur.

Bir tetraxromat rəssam qadının çəkdiyi 2 fərqli tovuzquşu

Mənbə:

http://www.sciencealert.com/scientists-have-found-a-woman-whose-eyes-have-a-whole-new-type-of-colour-receptor

http://www.matematiksel.org/gozleri-bizden-99-milyon-renk-fazla-goren-kadin/

Redaktə etdi: Lalə Yusifova

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin