Ölümcül xəstə yaxınları və yas prosesi

0
Copyright 2009 DrAlzheimer Explorations of Beauty and Decay http://gallery.dralzheimer.stylesyndication.de All rights reserved. This image may not be published or redistributed in whole or part with out the express written permission.

Yas – şəxslərin yaşadıqları itkilər qarşısında verdiyi reaksiyadır. Bu itkilər fiziki və yaxud emosional ola bilər. Yaşadığımız müddət ərzində itirdiyimiz hər şey üçün müəyyən bir müddətdə və intensivliklə yas tuta bilərik. Bizim üçün dəyərli olan bir əşyamızı itirdikdə, bir dostumuz uzaq bir yerə köçdükdə, yaxud da bir münasibətimiz (mis: sevgililik, dostluq) sonlandıqda yas prosesi yaşaya bildiyimiz kimi, sevdiyimiz birinin ölümü də yasın əsasını qoyur. Bir yaxınımızın ölümü qarşısında keçirdiyimiz yas prosesi həm fiziki, həm də psixososial itki olduğuna görə şəxslər üçün daha ağır olur.

Yas itkimizi yaşadığımız və bu itkinin gətirdiyi hisslərin öhdəsindən gəlməyi öyrəndiyimiz bir prosesdir. Bu prosesi yaşamaq hər nə qədər mənfi və əzabverici duyğular yaşatsa da, itkidən əvvəlki həyatımıza geri dönə bilmək baxımından böyük əhəmiyyət daşımaqdadır. Klayton (Klayton) (1990) ölümün ardından baş verən yas prosesinin üç mərhələdən ibarət olduğunu bildirmişdir: hissizlik, depressiya və bərpa. İlk mərhələ olan hissizlik dövrü itkinin ardından gələn bir neçə saatla, bir neçə gün arasında davam edir, nadir hallarda bir-neçə həftəyədək uzana bilər. Bu müddət ərzində hər şey fərdlərə qarmaqarışıq gəlir, etmələri lazım olan işləri avtomatik olaraq edirlər və yaşadıqları itkinin fərqində belə olmurlar. Hissizlikdən sonra, adətən, depressiya müddəti başlayır. Bu proses bir neçə həftə ilə, bir il arasında davam edə bilir. Depressiya simptomları, əsasən, yuxusuzluq, yorğunluq və narahatlıqdır. Duyğular zaman keçdikcə azalsa belə, ildönümləri, ad günləri, bayramlar kimi şəxslər üçün xüsusi məna ifadə edən günlərdə yenidən arta bilər. Çoxları itkidən sonrakı 6 ay içərisində yaxşılaşma yolunda böyük irəliləyişlər əldə edir. Bəzi şəxslər itkinin ardından yeni rollar, yeni münasibətlər axtarışına başlayarkən, bəziləri itkini yaşadıqları andan əvvəlki vaxtlarına geri dönürlər. Belə vəziyyət itki yaşayan fərdin yaşına, cinsiyyətinə, sağlamlıq vəziyyətinə, itirdiyi şəxslə olan yaxınlığına, öz həyat təcrübələrinə görə dəyişiklik göstərir.

Ölümcül xəstəliyə sahib şəxslərin yaxınlarında bu proses bir az daha fərqli baş verməkdədir. Kübler-Ross modelinə (1997) görə belə bir yas prosesinin 5 mərhələsi var: inkar, qəzəb, sövdələşmə, depressiya və qəbuletmə.

İnkar: “Yox, belə bir şey ola bilməz.”

Yas prosesinin mərhələləri bəzən yer dəyişdirsə belə, prosesin başlanğıcı, əsasən, inkardır. Bu müddətdə şəxslər yaxınlarından birinin ölümcül xəstəlikli olduğunu qəbul etməz və xəstəlik heç yoxmuş kimi davranarlar. Bu, bir növ şok halıdır. Bu müddətdə fərdin duyğuları qarışıqdır. Vəziyyət qarşısında necə hərəkət etməsi gərəkdiyini bilməz, hissizləşib içinə qapana bilər. Xəstəlik barədə danışmaq istəməz, sanki heç yoxmuş kimi davranar, xəstə olan yaxınıyla görüşməkdən qaça bilər.

Qəzəb: “Niyə mən?”

Şəxslər ilk inkar müddətini keçirdikdən sonra qəzəb müddəti gəlir. Fərdlər bu hadisənin niyə məhz onların başına gəldiyini sorğulamağa başlayır və bu mövzuda bir çox şeyə əsəbləşə bilərlər. Sevdikləri şəxsi itirmə qorxusu qəzəb yaradan əsas duyğudur. Xəstəliklə bağlantısı olan şəxslərə – özlərinə, taleyə, Tanrıya və xəstə olan şəxsə hirslənər, hətta, bunu göstərə bilərlər. Əsəbiləşməyin qarşısını almaq yas prosesinin normal davam etməsinə mane olur və bu prosesi tam yaşaya bilməmiş şəxsin sonrakı həyatını narahatlıq, əsəb və kədər içərisində keçirməsinə səbəb olur. Vacib olan qəzəb hissini boğmaq deyil, onun öhdəsindən gəlməyi öyrənə bilməkdir. Bu müddət ərzində şəxs qəzəbin özünə və xəstəyə zərər verməsinin qarşısını almaq və sağlam bir şəkildə özündən xaric etmək üçün terapevtlərdən dəstək ala bilər. O, bu hissləri atmağın qeyri-dağıdıcı yollarını tapmalıdır.

Sövdələşmə: “Əgər sən elə etsən, mən də belə edəcəyəm.”

Yas prosesinin bir digər mərhələsi də sövdələşmə dövrüdür. Bu mərhələdə xəstə yaxınları xəstənin sağalması üçün xəstəylə, həkimlərlə, özləri ilə və hətta, Tanrıyla belə “danışıqlar aparmağa” hazır olurlar. Bu mərhələdə şəxslər yaxınlarının tamamilə sağalması ya da ağrılarının azalması üçün müxtəlif fədakarlıqlar və razılaşmalar etməyə hazırdırlar.

Depressiya: “Baş verənlər həqiqətdir!”

Şəxslər inkar, qəzəb, sövdələşmə mərhələlərini yaşayıb, yaxınlarının xəstəliyini və onları itirəcəklərini qəbul etməyə başladıqda özlərini depressiv, çarəsiz, gücsüz və qəmgin hiss etməyə başlayırlar. Prosesin bu mərhələsində xəstə yaxınları özlərinə yaxşı baxmalı, yuxularına və qidalanmalarına diqqət etməli, özlərini psixoloji və fiziki mənada rahatlaşdıracaq fəaliyyətlər yerinə yetirməlidirlər.

Qəbuletmə: “Bəli, olan bu idi.”

Bu mərhələ şəxslərin yaxınlarının xəstəliklərini və onları itirəcəklərini qəbul etdikləri mərhələdir. Proses xəstəni itirdikdən sonra onlarla yaşadıqlarını və paylaşdıqlarını xatirəyə çevirməklə bitir.

Yaxınlarının xəstənin ölümündən sonra yaşadıqları yasın nə qədər müddət ərzində davam edəcəyi şəxslərin psixi olaraq nə qədər sağlam olması ilə əlaqədardır. Edilən araşdırmalar nəticəsində, bəzi şəxslərin sevdikləri bir nəfəri itirdikdə normal əhaliyə nisbətən daha uzunmüddətli və daha çətin bir proses yaşadığı, bu itkinin onların həyatına daimi olaraq təsir etdiyi bilinir. Bir çox araşdırma yas prosesinə təsir edən müxtəlif amillərin olduğunu, bu amillərdən bəzilərinin şəxsin itirdiyi yaxını ilə əlaqəsi, bu şəxsə bağlılıq dərəcəsi, şəxsi mental və fiziki sağlamlığı, ətrafından necə dəstək aldığı, xəstəlik və xəstənin ölümüylə əlaqədar hallar olduğunu göstərmişdir. Xəstə yaxınının xəstəylə əlaqəsi nə qədər güclüdürsə, yas prosesi də onun üçün o qədər uzun və ağır olur. Şəxsin daha əvvəl yaşadığı itkilər və bu itkilərin öhdəsindən necə gəlməsi də bu yas prosesinin necə keçəcəyini bildirən əsas amillərdəndir. Xəstəlik müddətində xəstəylə yaxından maraqlanan fərdlər də prosesi yaşamaqda sıxıntı çəkirlər. İtki ardından ailədən, dostlardan və ətrafdan gələn ictimai dəstək xəstə yaxınlarının yas prosesini daha rahat yaşamalarına və itki ardından köhnə həyatlarındakı funksionallıqlarına daha tez dönə bilmələrinə kömək etməkdədir. Xəstəliyin hansı mərhələsində diaqnozun qoyulması, xəstənin bu vəziyyəti qəbul edərkən nələr yaşadığı, xəstənin ölüm anının necə və yanında kimlər olarkən gerçəkləşdiyi kimi mövzular da xəstə yaxınlarının yaşadığı prosesə təsir edən faktorlardandır.

Fərdin yaşaya biləcəyi ən konkret itki sevdiyi bir şəxsi itirməkdir. Ölümcül xəstə yaxınlarının yas prosesi xəstəliyin inkişafına görə uzun bir zamana yayıla bilər. Ani baş verən ölümlər xəstə yaxınları üçün travmatik iz buraxa bildiyi kimi, yaxınınızı itirəcəyinizi bilmək və bu halda bir müddət yaşamağa çalışmaq da öz içində travmatik bir hadisə ola bilər. Vamık Volkanın (Vamık Cemil Volkan) da bildirdiyi kimi, yaxınını itirmək şəxsdə qarşısıalınmaz bir kədər yaradır və hər itki keçmişdə yaşadığımız itkilərin dərdini, kədərini təzələyir. Əgər şəxs özünə yas prosesi yaşamağa icazə verərsə, lazım gəlsə, çevrəsindən və bu sahədə çalışan profesionallardan kömək istəyərək prosesi sağlam bir halda keçirərsə, hər itki şəxsə psixoloji böyümə və yenilənmə şansı tanıyar.

Mənbə: Psikolojik Travma

References

 

Åberg, C. A., Sidenvall, B., Hepworth, M., O’Reilly, K., & Lithell, H. (2004). Continuity of the self in later life: Perceptions of informal caregivers. Qualitative Health Research, 14, 792-815.

 

Bass, D. M., Bowman, K., & Noelker, L. S. (1991). The influence of caregiving and bereavement support on adjusting to an older relative’s death. The Gerontologist, 31(1), 32-43.

 

Brazil, K., Bedard, M., & Willison, K. (2002). Correlates of health status for family caregivers in bereavement. Journal of Palliative Medicine, 5(6), 849-855.

 

Brown, M.-A., & Stetz, K. (1999). The labor of caregiving: A theoretical model of caregiving during potentially fatal illness. Qualitative Health Research, 9, 182-197.

 

Cannaerts, N., Casterlé, B. D. d., & Grypdonck, M. (2004). Palliative care, care for life: A study of the specificity of residential palliative care. Qualitative Health Research, 14, 816-835.

 

Clayton, P. J. (1990). Bereavement and depression. Journal of Clinical Psycology;51(7), 34-38.

 

Kubler-Ross E. (1997). On Death and Dying: What the Dying have to Teach Doctors, Nurses, Clergy, and their Own Families. New York, NY: Touchstone.

 

Cleiren, M. (1993). Bereavement and adaptation: A comparative study of the aftermath of death. London: Hemisphere Publishing.

 

Dumont, S., Turgeon, J., Allard, P., Gagnon, P., Charbonneau, C., & Vézina, L. (2006). Caring for a loved one with advanced cancer: Determinants of psychological distress in family caregivers. Journal of Palliative Medicine, 9(4), 910-919.

 

Ferrario, S. R., Cardillo, V., Vicario, F., Balzarini, E., & Zotti, A. M. (2004). Advanced cancer at home: Caregiving and bereavement. Palliative Medicine, 18(2), 129-136.

 

Prigerson, H. G., & Jocobs, S. C. (2001). Traumatic grief as a distinct disorder: A rationale, consensus criteria, and a preliminary empirical test. In M. S. Stroebe, R. O. Hansson,W. Stroebe, & H. Schut (Eds.), Handbook of bereavement research (pp. 613-646). Washington, DC: American Psychological Association.

 

Volkan, V. (1993). Life after loss. New York: Charles Scribner’s Sons Inc.

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin