Orta Əsrlərdə hər kəs Dünyanın düz olduğuna inanırdı?

0
Mif: “Orta əsrlədə Dünyanın düz olduğuna inanılırdı. Hətta Kristof Kolomb səyahəti nəticəsində Dünyanın kənarından düşəcəyindən qorxurdu. Avropalı elm insanları Kolombun səfərinin müvəffəqiyyəti sayəsində Dünyanın düz olmadığını, kürə formasında  olduğunu anladılar “
 
 
Həqiqət: Orta əsrlərdə hər kəsin Dünyanın düz olduğuna inandığı fikri XIX əsrdə törəmiş bir uydurma məlumatdır. Avropa xaricində, xüsusilə İslam coğrafiyasında əldə edilən mətnlərdə orta əsrlərdə Dünyanın şəklinə istiqamətli əsas görüşün “yumru Dünya” olduğu aydın bilinir. Düz dünya inancı böyük nisbətdə avropalılarla məhdud olan və olduqca qısa bir müddət hakim olan bir fikirdir. Hətta Avropadakı filosoflar və alimlər arasında da heç bir zaman “düz Dünya” fikri qəbul edilməmiş, yalnız xalq arasında qismən məşhur olan bir inanış olaraq qalmışdır. Ancaq sanki orta əsrlərdə davamlı və bütün dünya səviyyəsində, elm insanlarını da əhatə edəcək şəkildə inanılan bir fikirmiş kimi deyilir.
 
Məlumat-1: Dünyanın dairəvi olduğuna dair ilk fikirlərə e.ə. VI əsrdə Pifaqorun kitabələrində rast gəlirik. Sonra isə Aristotel və Evklidin də bundan bəhs etdiyini görürük. Ptolemey Kolombun səyahətə çıxmasından 1300 il əvvəl, Roma İmperatorluğunun ən ehtiramlı olduğu dövrlərdə yazdığı “Coğrafiya” adlı kitabında, Dünyanın yumru olduğunu və bunun aydın şəkildə qəbul edilən bir həqiqət olduğunu yazmışdır.
 
Məlumat-2: Orta əsrlərin əvvəllərində, xüsusilə Avropadakı bir çox insanın düz bir dünya üzərində yaşadığımıza inandığı doğrudur. Ancaq bu, Avropanın problemi idi. Bu dövrdə İslam alimləri, yunanlardan mənimsədiyi məlumatları qoruyub inkişaf etdirmələri sayəsində Dünyanın kürə formasında olduğuna dair çox əhatəli məlumatlara sahib idi və Dünyanın düz olduğundan söz etmirdilər. Onsuz da Avropa da, orta əsrlərin ortalarında İslam elminə çatdı və keçməyi də bacardı. Beləcə, Avropada da Dünyanın düz olduğuna inanan bir kimsə qalmadı.
 
Məlumat-3: Avropada orta əsrlərdən qalma mətnlərdə belə hər zaman düz Dünya görüşünə rast gəlinmir. Məsələn, 1200-dən 1500-cü illər arasında yazılan universitet kitablarında Dünyanın bir kürə şəklində olduğu açıqca ifadə edilir. Bu səbəbdən bu “düz Dünya” fikri, orta əsrlər Avropasında belə akademiyada qəbul edilən bir görüş olmamışdır. 1995-ci ildə Stanford Universiteti riyaziyyat professoru Robert Osserman, yazdığı “Kainatın Şeiri: Kosmosun riyazi analizi” başlıqlı kitabında, Kolombun “Dünyanın kənarından düşmək” kimi bir narahatlığının əsla olmadığını açıq şəkildə bildirir.
 
Mifin qaynağı: 1991-ci ildə yazdığı “düz Dünyanı icad etmək” başlıqlı kitabında Kaliforniya Universitetinin professorlarından Jeffrey Burton Russell, orta əsrlərdə hər kəsin “düz Dünya”ya inandığı fikrinin XIX əsrin yazarları olan Washington Irving və Antoinne-Jean Letronne tərəfindən uydurulduğunu ifadə edir. 1828-ci ildə Irving tərəfindən yazılan “Kristof Kolombun həyatı və səfərləri” başlıqlı  kitab bir bioqrafiya dilində yazılmış olsa da, çoxu fantastikadan ibarətdir. İlk dəfə bu kitabda avropalıların Kolombun gəzintiləri vasitəsilə Dünyanın kürə formasında olduğunu fərq etdikləri izah edilir. Bu, uydurma bir iddiadır və heç bir elmi və tarixi əsası yoxdur. Eyni şəkildə, Letronne tərəfindən yazılan kitablarda xristinaların hamısının Dünyanın düz olduğuna inandığı yazılır. Bu o demək olar ki, tamamilə səhv olmasına baxmayaraq Letronne, çox miqdarda istinadlar almışdır.

Mənbə; washington post

Redaktə: Nadir İsmayilov

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin