Pablo Neruda şeirləri

Post date:

Author:

Category:

 

Xalq

Xalqam mən!
Sayılması çətin o böyük kütlə!
Dinləmərəm səssizliyi,
Güclü nəfəsimlə deşib keçərəm!
Cücərərəm, boy ataram
Zülmət qaranlıq demədən.

Zülm, ağrı, ölüm və sairə bir anlıq gizlətsə də aydınlıq toxumların,
Ölümsünürmüş kimi görünsəm belə,
Gün gələr, dirçələrəm hansısa bir aprel ayı…

Sonra qovuşaraq baharına torpaq,
Qəzəbli yumruqlar kəsib atar sonbaharı
Və ölümün içindən beçələnər yaşamaq…

******

Birlik

Dərinliyə yerləşmiş sıx və bitişik birşeylər var,
Durmadan təkrarlayır rəqəmini və eyni işarəsini.
Necə qeyd etdiniz daşların zamana toxunduğunu?
Hansı ki onların təməlinə çökmüş nəfis bir yaş qoxusu var
Dənizdən gətilirmiş suyun duzundan
və də yuxudan…

Tək bir şeylə, tək bir hadisəylə qomarlanmışam:
təbii, varoluş ağırlığı, bal rəngi işıq.
“Noche” (mənası: Gecə – red) sözünün səsininə tutunmuşam:
Buğdayın rəngi, fil dişi, göz yaşı, dəridən hazırlanmış əşyalar, oduncaq, yun, antikvarlar,
pəjmürdə, vahid formalı geyimlər…
Hamısını ətrafıma divar kimi toplamışam.

Səssizcə çalışıram öz oxum ətrafında dönərək…
Ölümün üstündə isə bir qarğa, matəmli bir qarğa.
Barışdırıcısıyam birbirindən ayrılmış, küsmüş fəsillərin,
Mərkəzindəyəm məni qomarlamış səssiz çevrənin.
və səmadan natamam bir istilik aşağı doğru sürüklənir,
Qarıxmış birliklərin iraq imperiyası məni yenidən əhatələyir.

******

Müvəffəq xalq

Qəlbim bu döyüşün düz içində gəzir.
Bilirəm, qazanacaq xalqım,
Bütün xalqlar elə qazanacaq bir-bir…
Bütün ağrılar nəm dəsmal kimi
Siləcək kirləri
və qumların arasından keçirmiş kimi,
Şəhit məzarından çıxarırmış kimi,
Süzüb çxaracaqdır
ortaya bütün hərşeyi
Çünki, şanlı günlər olduqca yaxın.
Hökm edən əllər əsməsin deyə,
Günlər tam yaşanmaqlı olsun deyə,
Susacaq bütün kinlər.
Xalq küçələrə axışacaq günəşi görsün deyə.
Bax, o gün elə mənim günümdür, istəyimdir,
Bax, o dayanacaq tək iqamətimdir.

******

Gülüşün

Al bütün çörəyimi məndən,
Lap elə al məndən nəfəsimi də,
amma gülüşünündən məhrum eyləmə məni.

Qoyma gülsüz, çiçəksiz qalım.
Qoyma,
sevincdən coşan parıltılı sudan,
səndən yayılan gümüşü qığılcımlardan
məhrum qalım

Bu uzun və çətin mübarizədən yorğun gözlərlə qayıdaram bir gün,
və görərəm ayaqların altındakı o dəyişməyən torpağı,
amma o möhtəşəm gülüşün də yüksələr səmaya mənim arxamca

Və o uzaq olan yaşamın qapılarını açar taybatay…

Sevgilim, zülmət qaranlıqda belə gülümsə mənə
və ya birdən qanım saçılırsa küçə səkilərinə

Sadəcə gül, çünki gülüşün bərabərdir qınından çıxmış bir xəncərə

 

Payızda
dənizlə birgə coşdurmalı gülüşün
köpüklənən şəlaləni.
Yaz gələrkən gözlədiyim o tumurcuq kimi,
o mavi çiçək kimi,
yurdumdan yüksələn o gül səsi kimi
Sənin gülüşünün axtarışındayam

 

Gül gecənin ziyasında
və gündüzün aydınlığında
Gül səpələnmiş adanın ara dalanlarında,
Gül sənə sevdalanmış
bu heç yerə sığışmayan adamın baxışında
gözlərimi açışımda
və də yummağımda
və ayaqlarımın məni geri aparmasında.

Al məndən çörəyi, havanı, işığı, ziyanı, baharı,
amma
məndən gülüşünü aldığın gün – mənim ölüm günüm…

 

Əlavə oxu üçün: http://rezonanss.com/pablo-neruda-ilk-seirl%C9%99rim/

Redaktə və tərcümə: Etibar Qara

 

 

 

 

STAY CONNECTED

20,764FansLike
2,399FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Günəşin təkamülü: Necə var oldu və necə yox olacaq?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun...

Epigenetika nədir?

İnsan genomunu kodlaşdırarkən dörd hərfdən istifadə olunur. S,Q,A,T.- bunlar DNT-zəncirini əmələ gətirən hərflərdir. Biz bu hərflərdan 3 milyonunu anamızdan, 3 milyonunu da...

“Affiliate” marketinq nədir?

"Affiliate" Marketinq qısaca olaraq məhsulların, xidmətlərin, veb saytların və ya şirkətlərin reklamlarını edərək hər uğurlu satışdan qazanc əldə etməkdir.