Panteizm Nədir?

0

Panteizm Nədir?
Panteizm yunanca “hər şey”anlamına gələn Pan və Allah anlamına gələn “ Theos” kəlimələrinin birləşməsindən əmələ gəlmişdir . Panteos anlayışından əldə edilən və daha sonra Panteos sözünün sonuna- izm şəkilçisinin əlavə olunması ilə fəlsəfi bir sistemin adı olmuşdur .
Konseptual olaraq Panteizm
Müxtəlif formalarda ifadə olunan Panteizm haqqında mütəfəkkirlərin razılaşdığı yeganə məqam, bu sistemin Tanrı-Aləm əlaqəsi nəticəsində ortaya çıxan ikililiyin (duallığın) həll edilməsidir. Bu kontekstdə Panteizmə uyğun gələn ən yaxşı ifadə “Hər şey O’dur” ifadəsidir. Yəni sonsuz olanın sonluda yox olması , sonlu olanın da sonsuzda yox olması mümkün deyildir. Bu məlumatlar çərçivəsində Panteizm anlayışını bu şəkildə ifadə etmək mümkündür .
Tanrının hər şeyi əhatə edən, Tanrı-Aləm ikililiyini aradan qaldıran və hətta Tanrının hər şey olduğuna inanan və bu səbəbdən nə insanın , nə də təbiətin müstəqil varlıqlar kimi görülməsinin mümkün olmadığı ,onların sadəcə varlığın fərqli formalarda təzahürlərindən ibarət olduğunu önə sürən fəlsəfi və dini bir doktrinadır.
Bu tərifin məzmununu ələ alsaq , Tanrının hər şeyi ehtiva etməsi anlayışı teizmdə rastlaşılan bir fikirdir . Lakin Panteizmin son məqamda kainat ilə Tanrını eyniləşdirməsi onu teizmdən ayırır .
Panteizmdə vurğulanmalı olan bir önəmli məqam da , monist bir sistem olsa da , hər monist sistemi Panteizm hesab etməyin yanlış olmasıdır. Monist ruhçuluq ya da ateist materializm bir monist sistemdir. Amma bunları Panteizm olaraq xarakterizə etmək doğru deyildir.
Bütün Allahlılıq ya da kamyu allahlığı olaraq da adlandırılan Panteizm , eynən Tanrı və kainata bərabər olaraq qəbul edən bir fəlsəfi sistemdir .
Tanrının kainatdan ayrı bir varlığının olmadığını müdafiə edən Panteizmə görə təbiətdəki varlıqların ilk qaynağı Tanrıdır və Tanrı təbiətdədir. Yer üzündə var olan hər şey Tanrının bir parçasıdır və Tanrıdan əmələ gəlmişdir . Eyni zamanda yer üzündə olan varlıqların hamısı birlikdə Tanrını əmələ gətirir. Panteizmə görə kainat Tanrının özüdür .
Panteistlər kainatda var olan hər şeyin, məsələn , fizika qanunları ,ulduz sistemi , insan ,təbiət , atom , hərəkət və bunun kimi birçox şeyin bir bütün halında Tanrını əmələ gətirdiyini söyləyirlər. Bu düşüncənin nəticəsi olaraq da , kainatda yaşanılan hər hərəkət , hər hadisə əslində Tanrının bir hərəkətidir.
Panteizmin ən təəccüblü , qəribə və fərqli fikri isə insanın da Tanrının bir parçası olduğu fikridir. Çünki kainatdakı hər şey Tanrıdan törəyərək çoxalmışdır və insan da buna daxildir . Tanrı hər şeydir və her şey Tanrı ilə birlikdə təkamül etmişdir .
Panteizm ilk olaraq Hinditanda Buddistlər , Aryalar və Brahmalılar tərəfindən , Yunanıstanda Yeni Platoncular , Stoalılar və Elealılar tərəfindən , Yeni dövr Avropasında Bruno kimi bəzi filosoflar tərəfindən , yeni yüzillikdə isə Fichte və Spinoza kimi önəmli filosoflar tərəfindən qəbul edilmişdir. Burada diqqət çəkən ən önəmli məqam da Panteizmin Hindistanda ilk olaraq dini inanc olaraq ortaya çıxması və sonra Yunanıstanda fəlsəfi bir baxış olaraq qəbul edilib mənimsənilməsidir. Bu səbəbdən Yunan fəlsəfəsinin ilk dövrləri bilinməyən bir Panteist anlayış içində olmuşdur.
Fəlsəfi anlamda Panteizmin ilk təmsilcisi Elea məktəbinin qurucusu olan Kseofa-nesdir. Kseofa-nes çoxallahlılığa və Allahın insan kimi olduğunu düşünən , Ona bütün insan istəklərini yükləyən fikirlərə qarşı mübarizə aparmışdır. Kseofa-nesə görə Tanrı təkdir və heç bir insanla qarşılaşdırılmayacaq qədər yüksəkdədir. Hərəkətsiz və dəyişməz olan bu Tanrının istədiyini həyata keçirməsi üçün sağa-sola hərəkət etməsi və ya başqa birşey etməsinə ehtiyac yoxdur . O hər şeyi heç bir çətinlik çəkmədən , düşüncəsi ilə idarə edərək əmələ gətirər. Bütün bu məlumatlara əsaslanaraq Kseofa-nesin əslində Monoteizmə inandığı görünür. Lakin onun inandığı Monoteizm , Xristianlıq və İslamınkindən fərqlidir. Kseofa-nesin tək Tanrı təsəvvürü təmamilə Panteist xarakterlidir.Yəni Tanrı kainatla bərabər və bir olan varlıqdır. Tanrının bir forması yoxdur.Əgər tanrının bir forması olsaydı, onu kainat formasında ,yəni kürə şəklində düşünmək lazım gələrdi. Öz hərəkətini yaradan kainat, tanrının məhz özüdür.
Kseofa-nesdən sonra 1548-1600-cü illərdə Giordano Bruno, kainatın hərəkət etdiricisi və yaradıcısı olmayan, yalnız ruhu olan bir Tanrı inancının olduğunu müdafiə etdi. Giordano Bruno da bir Panteizm müdafiəçisidir. Ona görə tanrı və kainat eyni şeydir. Bu fikrini müdafiə edərkən , tanrıtanımazlıqla günahlandırılmamaq üçün Tanrı və kainatı eyni və bir saymağın, Tanrını inkar etmək üçün yox, əksinə Tanrını ucaltmaq və yüksəltmək üçün olduğunu deyər.
Bütün bu düşüncələrdən sonra Panteizmin Tanrının əşyada və hərşeydə olduğu fikrini müdafiə edən bir anlayış olduğu ortaya çıxır. Nəticədə Tanrını kainatdakı bütün əşyaların sayları qədər parçalara bölən bu düşüncə tərzi bizi materialist anlayışa gətirib çıxarır. Çünki Tanrının kainatdakı hər şeydə olduğunu söyləmək, onu maddi və konkret varlıq olaraq qəbul etmək deməkdir. Belə olduqda da bu düşüncə İslam anlayışındakı Vəhdəti-Vücud anlayışının tam əleyhdarı halına gəlir. Çünki Vəhdəti-Vücud anlayışı hər şeyin Allahda olduğunu , Allahın varlığını və birliyini müdafiə edir.

Bu iki düşüncə şəklinin qarşılaşdırılması İslam və Qərb düşüncəsi arasında böyük fərqi ortaya çıxarır. Çünki Qərb düşüncəsinin təməli ən mücərrəd olan mövzuları belə maddi və konkret bir şəkilə saldıqdan sonra anlayabilməsi üzərinə qurulmuşdur. İslam düşüncəsində isə Vəhdəti-Vücud  anlayışında heç bir zaman tək bir şey olaraq görünməyən Allah və Aləmin əksinə Allah bütün əşyanın və kainatın yaradıcısı olaraq görülmüş və qəbul olunmuşdur.
Panteizmdə təkallahlahlı dinlərdəki kimi ‘Tanrı -Aləm’ ayrımı və ‘Yaradan- Yaradan’ deyə bir dilemma yoxdur. Tanrı və təbiət təkdir və eyni şeydir. Tanrı var olandır, yaradan deyildir və bütün kainatdır.  Kainatda var olan və görünən şeylərdən başqa bir Tanrı yoxdur. Kainatdakı bütün varlıqların cəmi olan Tanrı ,canlı və cansız olan hər şeyin bütünüdür. Kainatın bir başlanğıcı və sonu yoxdur.
Panteizm müxtəlif fəlsəfi formalara bürünmüşdür. Bunların bəziləri ; Yeni Platonçular , Qədim dövr Grek Stoacıları , Şərqin Vəhdəti-Vücud anlayışı və Yəhudilərin Kabalasıdır. Yaşadığımız müddətə qədər davam edən panteizm üç səmavi  din tərəfindən rədd edilsə də, bəzi müsəlman, yəhudi və xristian mütəfəkkirlər  tərəfindən qəbul edilmişdir.
Kainatı qavrayış şəkli olaraq Panteizm ,Budda və Hinduizm dinlərində xəyal gücü ənənəsinə uyğun bir anlayışa sahibdir. Keçmişi Qədim dövr Yunan Stoacılığına söykənən Panteizmin önə sürdüyü “Kainatın ruhu anlayışı ” Hegelciliyi və Spinozacılığı doğurmuşdur.
Ərəbcə qarşılığı “Vücudiyyə” olan Panteizm , qısaca hər şeyi  Tanrı hesab etmək , varlığı sadəcə Tanrıya vermək olaraq da təsvir edilə bilər .
Panteizmdə kainatın cəmi Tanrıdır anlayışı anlayışı vardır. Mistiklərin müdafiə etdiyi kimi kainatın xaricində bir Tanrı yoxdur. Kainatın hər zərrəsi Tanrının özüdür.Mistisizmdə isə hər zərrə ilahi gözəlliyi yansıdan bir aynadır. Kainatın əsl yaradılış səbəbi də Tanrının bu ilahi gözəlliyini göstərmək və əks etdirməkdir .
Panteizmin 3 növü vardır :
Təbiətçi Panteizm
Təbiətçi Panteizmdə tək gerçək təbiətdir. Tanrı da təbiətin içində vardır. Dideron ,Boron və d’Holbach bu növün müdafiəçiləridir.
Idealist Panteizm
Idealist Panteizmdə isə Tanrı ruhun özündədir və bu səbəbdən ruh tək gerçək olandır. Hegel , Fichte və Brunschicg ıdealist panteistlərdir.
Teolojik Panteizm
Teolojik Panteizmdə tək gerçək Tanrıdır . Hər şey Tanrının törəməsidir və heç bir şey Tanrının xaricində deyildir .Kainat ,insan, ruhlar, dünya ,təbiət və s. Hər şey Tanrının varlığında meydana gəlmişdir.
20-ci əsrin sonlarına doğru neopaganizmin mənimsədiyi teolojik bir yanaşma olaraq elan edilən Panteizm üçün , Panteistlər üçün xüsusi təşkilatlar qurulmağa başlanılmışdır.

Müəllif : Lalə Yusifova

Redaktə etdi: Ziya Mehdiyev

Mənbə: makaleler.com

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin