Parlaq rəngli quş tükləri, həm təbii həm də cinsi seçimin nəticəsidir

0

Çarles Darvin, cinsi seçimin bir nümunəsi olaraq tovuz quşlarını araşdırdı və erkək tovuz quşlarının parlaq rəngli quyruğunun dişiləri özünə çəkdiyini düşünürdü. Alfred Russel Wallace, daha rəngsiz dişi quşların təbii seçim nəticəsində meydana gəldiyini düşünürdü. Çünki, parlaq rənglər, yuvalarını qorumağa çalışan quşların yırtıcıların diqqətini çəkməsinə səbəb ola biləcəyi üçün ətraf mühitə uyğunlaşma təmin edənlər həyatda qalmışdılar.

 


Kim haqqlı idi?

27 mart 2015-ci ildə Science Advances jurnalında nəşr olunan bir araşdırma iki elm insanının da haqlı olduğunu ortaya çıxardı. Elm insanları, 900-dən çox quşun rənglərini və fərqli növlərdəki cinsiyyətlər arası rəng fərqini araşdırdılar. Araşdırmanın nəticəsi olaraq, təbii seçimin erkək və dişi quşların rənglərini bir-birinə yaxın olmasını möhkəm bağ olduğunu, lakin erkəyin parlaq rəngli, dişinin solğun rəngli olduğu vəziyyətlərin, cinsi seçimin nəticəsində olduğunu ortaya qoydular. Cinsi seçim, cinsiyyətin rənglərini bir-birindən uzaqlaşdırır, amma təbii seçim onları bir-birinə yaxınlaşdırır.

Mənbə; sciencenews.org

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin