Picasso və “GUERNİCA”

0

İspan rəssamı Pablo Picassonun ən məşhur əsəridir “Guernica”. Geometrik çizgilərdən ‘kubik’ bir eser olduğunu rahatlıqla görüb anlaya biləcəyimiz bu əsər, anlam etibarilə də ‘kubik’dir. 1937ci ildə, rəssam 56 yaşındaykən 349.3 x 776.6 sm.lik kətan üzərinə yağlı boya ilə işlənən “Guernica“nın hekayəsindən danışaq.

İspaniya, 1936cı ildə bir vətəndaş müharibəsi yaşadı. Milliyətçilər Cümhuriyyətçiləri vurdu; xalq özü özünü yox etdi. Biscay bölgəsində olan Gernika qəsəbəsi bu vətəndaş müharibəsindən böyük yara alan yaşayış yerlərindən biri idi.1937ci ildə milliyətçilər daha da güclənmək naminə xaricdən yardım aldılar. Nazi Almaniyası ve İtalyan təyyarələri, İspaniyanın bu zəif dönəmindən faydalanaraq Milliyətçiləri bombardıman təyyarələri ilə təmin etti. Beş min nəfərdən az nüfuza sahib olan Gernika qəsəbəsində bombaların çıxardığı yanğınlar 3 gün sönmədi ve qeydlərə əsasən 1654 nəfər həyatını itirdi. Bu vəhşətin ən acı tərəfi isə o idi ki, qəsəbə camaatının kişiləri milliyətçilərə qarşı savaşmaq üçün qəsəbədən kənarda idilər. Yəni ölən 1654 nəfər qadınlar, uşaqlar və yaşlılar idi.
Cümhuriyyətçilərin tərəfində olan Pikasso qəsəbənin başına gələn fəlakəti qazetdən oxudu ve təsirləndi. Eyni il hökümət tərəfindən Parisdə açılacaq olan “Sənət ve Texnologiya” sərgisi üçün bu müharibəni anladan bir əsər yaratması istənildi və Pikasso, diktator Francis Franconun arxadan vurma taktikasını istifadə edərək qazandığı müharibəni “Gernika” adlı əsərində anlatdı.
Rəsmə baxın. Bu rəsim bir müharibə kompozisiyasıdır. Dolayısıyla xaos var əsərdə. Ancaq bu rəsmə bir sənət əsəri olaraq baxdığımızda qarmaqarışıqlıq göz yorur və haraya diqqət verəcəyimizi bilmirik. Öncəliklə, rənglərimizin ağ, qara,boz olduğunu və buranın bir otaq olduğunu bilin. Rəsmdə mərkəz yox, kubizmə yaraşan geometrik şəkillər görürsünüz. Pikassonun nə anlatmaq istədiyi bizə bağlıdır.
Rəsimdəki seçiləbilən hissədəm başlayaq; ən soldakı öküz. Sola doğru baxsa da gövdəsi sağa doğru irəliləyəcəkmiş kimi duran öküzün quyruğu bir alov şəklində çəkilmişdir. Bu, Gernikada 3 gün sönməyən yanğına göndərmə ola bilər. Öküzün tam altında duran bir qadın fiquru var. Qollarındakı cansız körpəsinin acısını yuxarı, göylərə doğru hayqıraraq yaşayan bu qadın, Gernikadakı bombardımanda ölənlərin qadın və uşaqlar olduğunu xatırladır. Bu fiqur çarmıxdan endirilən İsanı qucaqlayan Məryəmi andırır. Bir digər ayrıntı da ‘dil’dir. Əzab çəkən qadının ve öküzün dilləri xəncər biçimindədir. Xəncər isə acı qışqırığı, əzab dolu hayqırtını simvolizə edir.
Rəsmin mərkəzinə olduqca yaxın olan at fiquru eynən körpəsini tutan qadın kimi hayqırır. Atın ağrısının qaynağı isə gövdəsində gizlidir. Qarnına saplanan nizə və çətin seçilsə də arxa tərəfində (boz rəngli) bir öküz var. Rəsimdəki bu ikinci öküz fiquru çətin fərq edilir. Bu öküzün buynuzu ata sancılıb. Atın çəkdiyi ağrının bir səbəbi də bu buynuzdur. Buraya diqqət edək; üst paraqrafda bəhs edilən alov quyruqlu öküz, Gernikanın çəkdiyi əzabı paylaşır. Buynuzu ata sancılan bu ikinci öküz isə ata hücum edər pozadadır. İspan mədəniyyəti üçün önəmli bir heyvan olan öküz, yaşanan müharibənin insani və heyvani yönlərini bu tabloda bir araya toplayıb.
Soldan sağ ortaya qədər uzanan parçalanmış bədəniylə bir kişi fiquru görürsünüz. Qopmuş sağ qolunun əliylə bir qılınc tutur. Qılıncın ucu qırılıb. Kişinin qılıncla bərabər tutduğu isə bir çiçəkdir. Çiçək gözəllikdir, sülhdür və eyni xarakteristik özəlliklərə sahib iki öküz kimi Pikasso yenə bir ziddlik verməkdədir əsərə. Kim bilir əsərdə bizim görmədiyimiz, fikir vermədiyimiz daha nələr var, çıxara bilmədiyimiz daha nə mənalar var…

 

 

Müəllif: Günay Bağırova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin