Piter Brügel və məşhur 11 tablosu

0

Hollandiya əsilli renessans rəssamı, Piter Brügel tanınmış rəssam Peter Rubens ilə bərabər XVII əsrdə bir çox Flamand rəssamı da daxil olmaqla bir çox şəxsə ilham mənbəyi olmuşdur. Brügelin qarışıq tərzini təsvir edən ən diqqətçəkən 11 tablo var:

“İcarusun gözü ilə mənzərə” (1558)

Mifdə İcarus və atası Daedalus Giritdən qaçmağı planlaşdırır və qaçmaq üçün mumdan və tüklərdən qanadlar düzəldirlər.  Daedalus oğlu İcarusa Günəşə çox yaxın uçacağı halda düzəltdiyi qanadların dayanıqlı olmayacağını bildirir. Atasının sözlərinə əhəmiyyət verməyən İcarus Günəşə yaxın uçur, onun qanadlarındakı mum əriyir. Beləliklə, İcarus dənizə düşür.
Brügelin bir təsviri olan “İcarusun düşməsi” bu hekayənin tam kulminasiya nöqtəsini estetik olaraq yaxalayır: Tamaşaçılar rəsmin ön planında dənizə  açılan bir cüt ayaq görə bilərlər.
İllər ərzində “İcarusun düşməsi”  əsərinin Brügelin orijinal bir əsəri olub-olmamasına dair sənət tənqidçiləri tərəfindən bir çox təhlillər edilmişdir. Çox sayda testlər qarışıq nəticələrə gətirsə də, təxmin olunur ki, əsər tablodan kətana köçürüldüyü üçün korlanıb.

 

 

“Ölüm  zəfəri” (1562)

“Ölüm zəfəri” Brügelin qarışıq tərzini göstərən müharibə dolu bir mənzərə təsvir edir. Arxasındakı simvolu anlamaq üçün ona bir qədər zaman ayırın. Bir – birinə qarşı döyüşən iki ordunun birinin tamamilə skeletdən olduğunu fərq etdinizmi? Bundan başqa, rəsmdə XVI əsrdə gündəlik həyatı təsvir edən əşyalar və fəaliyyətlər də yer alır, ancaq taleyin qəribə bir görünüşü, sakit bir mənzərə skeletlərin kəndi ələ  keçirməsi kimi qarışıqlıq dolu bir səhnə halına gəlib.  Əsər 1827-ci ildən etibarən Madriddəki Prado muzeyində saxlanır.

 

Babil qülləsi (1563)

Brügel köhnə İncildə etimoloji bir əfsanə olan Babil qülləsindən üç fərqli rəsm çəkib. Üç rəsmdən biri itmiş, geriyə qalan ikisi isə Brügelin ən yaxşı əsərlərini təmsil edir.
Rəsmdə Roma Kolizeyinin göstərilməsi  insanlığın birləşməsini, Babil qülləsi isə kilsəyə olan bağlılığı, dini inancları təmsil edən bir simvol olaraq təsvir edilib. Əsər hələ də Vyana mədəniyyət sənət muzeyində sərgilənir.

 

Konki sürənlər və quş qaçaqları mənzərəsi (1565)

Bu rəsmdəki gözəllik, sakit rənglər olan sarıya çalan boz rənglərin ağ və fərqli kölgələrində harmoniya və istifadəsində özünü göstərir. Bu sənət əsəri Brüsseldəki Kral İncəsənət Muzeyində nümayiş etdirilir.

 

Üsyan mələklərinin düşməsi (1562)

Brügelin bir çox əsərləri kimi bu qarışıq əsər də dindən ilhamlanaraq çəkilib. Əsərin mövzusu Brügelin karyerası boyunca istifadə etməyə davam edəcəyi bir fəzilət və günah mövzusuna dayanır. Sərgilənən bu əsər baş mələk Mikayıl tərəfindən cənnətdən qovulan mələkləri göstərən Vəhy kitabından bir keçidi təsvir edir. Bu səhnənin qarışıqlığı, günahkarların detalları ilə də vurğulanır.

 

Misirə uçuş edən mənzərə (1563)

Misirə uçuşla peyzaj, Brügelin təbiətin gözəlliyi ilə əlaqəli dərin anlayışını ortaya qoymağı bacardığı ən diqqət çəkici peyzaj rəsmlərindən biridir. Mavi və yaşılın saysız tonları bir – birini olduqca gözəlliklə tamamlayır və tamaşaçını heyran edir.

 

“Biçən döyənlər” (1565)

Bu əsərdəki mənzərə Brügelin digər əsərlərində olduğu kimi olduqca diqqət çəkəndir. Üzləri həqiqi insan üzlərindən fərqlənən insanları nəzərə almasaq, bu rəsm də şəkil ola bilər. Altı hissəli bir kolleksiyanın bir parçası olan “Məhsul maşınları” Niclaes Jongelinck tərəfindən hazırlatdırılmışdır.  Rəsm Hollandiyanın erkən dövr rəsmlərinin başlıca nümunəsidir.

 

Saulun intihar edilməsi (1562)

“Saulun intihar etməsi”  əsəri öz mövzusunu İncildən götürsə də, müasir bir problemi canlandıran, əsgərləri zireh olaraq təsvir edən bir başqa rəsmdir. İncildə Saulun hekayəsindən alınan bu nağıl, Saulun fələstinlilərlə qarşılaşmadan əvvəl necə intihar etdiyini danışır.  Bu rəsm Brügelin Saulun şərəfini qorumaq arzusunun göstəricisi olaraq göstərdiyi bir fəaliyyətdir. Bu rəsmldə heyranedici məqam əsgərlərin göstərildiyi və göstərilən geniş mənzərənin daxil edildiyi texniki detallardır. Bu sənət əsəri Avstriyanın Vyana İncəsənət Muzeyində nümayiş etdirilir.

 

 

“Soyuqla çay mənzərəsi” (1557)

Bu rəsmin xüsusi gözəlliyi kontrastdadır. Rəsmin sağ hissəsindəki rənglər soyuq və mavi rənglərdə olsa da, rəsmin sol tərəfinə doğru rənglər daha isti olur. Rənglərin keçidi, əlaqəsi çox mükəmməl təsvir olunub. Düşünülür ki, Brügel səyahətlərinin birində olarkən bu rəsmi çəkmək üçün ilham alıb. Rəsmi izləyən insan kəndlinin işlədiyi  yerdəki peyzajın yaşıllıq olduğunu görməklə bərabər, digər tərəfdə qayalıq və tənha ərazilər görür, onları müqayisə edir, rəsmdəki dərin mənanı duyur. Bu rəsm hazırda San Dieqoda Timken Sənət Muzeyində sərgilənir.

 

“Erkən ilk bahar” (1565)

Başlıq bu rəsmdə öz sözünü deyir. Çünki bu əsərdə ümumilikdə dominant yaşıl rəng tonuna malikdir, kədərli atmosferi tamaşaçıya göstərir. Bu əsərin gözəlliyi digər rəsmlər kimi heyranlarına müəyyən hisslər çatdıra bilməsidir. Bu əsər Avstriyada Vyana Sənət Qalereyasında sərgilənməkdədir.

 

“Dar ağaclarda Magpie” (1568)

Brügelin ölümündən əvvəl son əsərlərindən biri olan bu rəsmin, xristianlıqda din ayrımı və protestantların Hollandiyadakı rolunu göstərən bir mövqe daşıdığı düşünülür. Bu sənət əsəri Almaniyanın Darmstadt bölgəsində Hessisches muzeyindədir.

 

Mənbə: https://theculturetrip.com/europe/belgium/articles/the-11-most-beautiful-paintings-by-pieter-bruegel-the-elder/

Tərcüməçi :Bənövşə Soltanova

Redaktə etdi:  Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin