Pozitiv yanaşma.

1

İnsan həyatda-kiçik və ya böyük-daim seçim qarşısında qalır. “Hansı peşəni seçim?” , “şam yeməyinə nə edim?”. Qərarların doğruluğu ilk növbədə insanın ruhi, psixoloji vəziyyəti ilə, qərarsızlıq isə qeyri-obyektiv yanaşma tərzi, özünəinamsızlıq və.s faktorlarla bağlıdır. Əldə olunmuş bu nəticə başqa istiqamətdən təhlil oluna bilər, ancaq dəyişdirilə bilməz. Burada qısaca determinizm prinsipi ilə yanaşaraq nəticənin gedişatla birbaşa əlaqəsini ön plana çəkmək istərdim. Nəticəyə təsir edən amillər; pozitiv və ya neqativ ruh halı, qərarlardır. Pozitiv yanaşma tərzini, düşüncəni, əldə olunacaq nəticə üçün daha dolğun, obyektiv alternativlər toplusu kimi də izah edə bilərik. Pozitiv düşüncənin uğurun açarı olması tezisini 3 əsas yanaşmadan təsdiq etmək olar:

 

1. Rasional yanaşma. Pozitiv insanlar məsələni daha aydın təhlil etmə və daha rasional yanaşma qabiliyyətinə sahib olurlar. Görülən əməyin nəticəsinə görə pozitiv və neqativ düşüncəli insanları ayırd etmək asandır. Neqativ düşünən insanlar bu düşüncələri kollektivə yaymağa daha meyilli olur və iş əmsalı baxımından pozitiv düşüncəli insanlara nisbətən əmək fəailiyyəti daha aşağı olur.
2. Emosiyanal yanaşma. Pozitiv insanların ətrafa ötürdüyü müsbət enerji emosional dəyər kimi də təzahür edir. Uğurlu nəticəni əldə etməyin ən vacib sirlərindən biri də pozitiv enerjini şüuraltında yaratmaq və ötürməkdən ibarətdir.
3. Metafiziki yanaşma. İnsan pozitiv, şən hadisələri yaddaşında saxladıqda, pozitiv enerji artır və uğur üçün təməl yol açır.
Pozitiv psixologiya, psixologiyada yeni bir cərəyan kimi 1990-cı illərin sonunda daha çox araşdırılmışdır. Bir çox psixoloqlar pozitivizmi humanist psixologiyanın ən uzun müddətli qolu kimi izah etsələrdə, digər psixoloqların fikrincə pozitiv psixologiya və humanist psixologiya eyniyyət təşkil edir. Pozitiv psixologiyanın məqsədi fərdlərin, qrupların uyğun şəkildə, qarşılıqlı fəaliyyətinə kömək etmək və onların inkişafına təsir göstərməkdən ibarətdir. Pozitiv psixologiya fərdlərin, qrupların inkişafına dəstək olan faktları təhlil etməyi özünə məqsəd seçir.

 

 

Pozitiv psixologiyanən banisi Martin E. P. Seligman olmuşdur. 1954 cü ildə Maslounun “Motivasiya və Şəxsiyyət” (Motivation and Personality) adlı kitabında ilk dəfə termin kimi işlədilən pozitiv psixologiya 2-ci dünya müharibəsindən bəri davam edən psixologiyanın sadəcə əqli xəstəliklər və patologiyalara yönələn tərəfinə yox, eyni zamanda psixologiyanın 2 qızıl missiyasına; insanlardakı düzgün istiqamətlərə yönəlmək və maraqlanmaq və onları inkişaf etdirməyə yönəlmişdir. İnsan yaratdıqca həyatı daha da dəyərlənir, həyata məna yüklənir, özünəinam artır ki, bu da nəticədə pozitiv düşüncələrin axınına səbəb olur. Bu baxımdan pozitiv düşüncə ilə özünəinam arasında bərabərlik işarəsi qoysaq yanılmarıq. Uğurlu nəticəyə gedən yolda bizim üçün seçimlərimiz əhəmiyyətlidir.

 

 

Doğru qərarlar üçün müddət təyin etmək və müddəti emosiyalarla paralel şəkildə inkişaf etdirməklə daha uğurlu nəticələrin əldə olunması emosiyaların qərarların qəbulunda önəmli rol oynamasından irəli gəlir. Emosiyalar qarışdıqda insanın bir məsələ ilə bağlı obyektiv nəticəyə gəlməsi çətinləşir. Fikirlərin ardıcıllığı, bir-birini tamamlaması, prioritet zəruri fakt kimi özünü biruzə verir. Təbii ki, qərarların doğruluğu şəxsi təcrübədən də qaynaqlana bilər. Uğura gedən yolda qarşıya maneə kimi qorxular çıxa bilir. Qorxunu aradan qaldırmaq üçün yarana biləcək bütün ehtimal və nəticələri götür-qoy etmək və təhlil etməkdə fayda var. Kiçik hədəflərdən başlayaraq əvvəlcə böyük və ya əsas hədəfimizdən əmin olmalıyıq. Sağlam təhlil, pozitiv düşüncə və uğur üçün təməl vasitədir. Çünki insanın şüuraltında hər situasiyadan çıxış yolu var. Fasiləsiz təhlil yuxu prosesində davam edir və səhər şüuraltımız bizə obyektiv və ya optimal seçim imkanı verə bilər.

Redaktor: Nadir İsmayılov

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin