Pozitivizm Fəlsəfəsi Və Elmi Metodlar

0

Pozitivizmin banisi böyük fransız filosofu və sosiologiyanın qurucusu Ogüst Kont sayılır. O, fikrini XIX əsrin əvvəllərində sistemləşdirdi. Daha sonra XX əsrdə “Vyana çevrəsi” neopozitivizm və ya başqa adı ilə məntiqi pozitivizm cərəyanı inkişaf etdi. Hətta, deyə bilərik ki, məntiqi emprizmlə mütləq şəkildə ayıran sərhədləri yoxdur.

Pozitivist fikrə əsasən, gerçək bilik ancaq və ancaq elmi metodlarla əldə edilmiş bilik sayıla bilər. Elmi metodlar dedikdə nə nəzərdə tutulur? Əsasən, təcrübə və müşahidələr. Elm özü təcrübə və müşahidələrlə maddi və təbii aləmi araşdırma yoludur. Yəni fiziki olmayan qeyri-maddi və ya fövqəltəbii deyə adlandırdığımız aləm əsla elmi həqiqət kimi göstərilə bilməz, çünki elmin metodları “xəyali” aləmə tətbiq edilə bilməz. Pozitivist metodların xaricində qalan (təcrübə və müşahidə edilə bilməyən), amma məntiq xətası olmayan bir çox fikir var ola bilər. Pozitivist insanlara görə, bu halda həqiqəti bilməyin tək yolu onu təcrübəyə və müşahidəyə tabe etməkdir. Yuxarıda da bildirildiyi kimi, fövqəltəbii (fizika qanunlarının olmadığı) bir aləmdə bu cür metodlar əsla tətbiq edilə bilməz. Başqa yöndən məsələyə yanaşsaq, qeyri-maddi və qeyri-fiziki aləm üzərinə müəyyən qanunlara tabe olmadığı üçün çox söz deyilə bilər. Pozitivizmdə məntiq, ancaq təcrübəylə, müşahidələrlə, təbii hadisələrlə, maddi aləmlə bağlıdır və bunlarla isbat edilə bilər. Buna görə, pozitivistlərə fövqəltəbii varlıqların (tanrılar, cinlər, mələklər və.s kimi) olduğuna inanmır və ya bunun bilinməyəcəyini söyləyirlər.

Qısa şəkildə ümumiləşdirib nəticə çıxarsaq, pozitivizmə bu tərifi rahat şəkildə vermək olar: Pozitivizm həqiqi gerçək biliyə maddi-təbii aləmin təcrübələr, müşahidələr əsasında araşdırılması nəticəsində yetişə biləcəyimizi bildirən düşüncə şəklidir. Və rahatlıqla deyə bilərik ki, müasir elmin əsas baxış tərzidir.

Yazar: Sübhan Qulu

İstifadə edilmişdir: plato.stanford.edu/entries/logical-empiricism/ və www.britannica.com/topic/positivism#ref68571

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin