Qədim dövr insanlarının tərəvəz menyusu

0

Yaxın zamanda  780 min illik yeməli bitki qalıqları ilə qədim dövürlər də yaşayan insanların bitki mənşəli bəslənməyə dayanan yeməkləri haqqında yeni tapıntılar əldə edildi.

Hula Gölü sahilində, Daş Dövrünə aid bir arxeoloji sahədə olan 780 min illik kiçik bir üzüm çəyirdəyi (1mm), eyni bölgədə olan 9 mindən çox yeməli bitki qalığından yalnızca biridir. Tapılan qalıqlar 1,75-0,25 milyon il əvvəlki Avropa paleolit dövrünə aiddir. Burdakı bitki kolleksiyası, qədim dövürlərdə yaşamış insanların bitki mənşəli qidalarına dair zəngin dəlillər ortaya çıxarır.

 

Dünya üzərində paleolit bitki qalıqları olduqca az olduğu halda, araşdırma edilən bölgədəki makrobotanik ümumi, İsraildəki araşdırmaçıların yaxın-orta buzlaq dövürdəki insanların tərəvəz yeməyini araşdıra bilmələri, bu səbəbdən də təkamül, adaptasiya və qədim dövür insanlarının ətrafdan necə faydalandıqlarını başa düşməyimizi təmin etmişdir. Tapıntılar, paleo yeməyin ət qədər yeməli bitkilərə də söykənən olduğunun dəlili ola bilərlər.

 

Tapıntılar, yaxın tarixlərdə qərbi Asiyadakı insan əliylə edilən oda dair ilk dəlillərin olduğu Gesher Benot Yaaqov sahəsində edilən arxeoloji qazıntılarda kəşf edilmişdir.Araştımanı edən elm insanları, bu bölgədə toxum, meyvə, quru yemiş, yarpaq, bitki gövdəsi, kök və yumru kök kimi 55 növ yeyinti bitkisi kəşf etmişdir. Araşdırmaçıları çaşdıran şey bu bitkilərin müxtəlifliyinin yanında olan qalıqlar arasında qədim dövürlərdə olan amma artıq yetişmeyen 10-dan çox növün tapılması olmuşdur

 

Araşdırmaçılara görə bu nöqtədə oddan istifadə edilməsi həyati bir əhəmiyyət daşıyır, çünki bir çox bitki zəhərli və ya yeyilməyən cinsdəndir. Yemişlərin və ya bitki köklərinin qovrulması üçün odun istifadə edilməsi, Avropa paleolit dövrü insanlarının bitkilərin müxtəlif qisimlərindən faydalanaraq öz yeməklərindəki müxtəlifliyi artırdığını göstərir.

 

Tapılan bu antik makrobotanik qalıqlar, ilk insanların Afrika yeməyindən Avropa yeməyinə keçişləri əsnasında, çox geniş bir bitki növünə çata bildiklərini və bəslənmə şəkillərini dəyişdirə bildiklərinə dair ilk dəfə bu qədər böyük bir dəlillər təşkil edir. Araşdırmaçılara görə bu arxeoloji sahədə həm oddan istifadə edildiyinə dair tapıntılar həm də yeməli bitki müxtəlifliyi, qədim dövür insanlarının yeni bir ətrafa uyğunlaşa bilmə bacarıqlarını, öz həyatlarının davamı üçün olduqları ətrafdan faydalana bilmə bacarıqlarını və Afrika xaricində necə yaşaya bildiklərinə işarə edir.

 

 

Mənbə; sciencedaily

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin