Qədim Romada Seksualizm

0

Roma imperiyası , Cümhuriyyətin qurulmasından, qərbdə imperatorluğun çöküşünə qədər 1000 il davam eden böyük bir imperiyadır. Bu uzun dövr ərzində, Roma hər şeyə həddən artıq sahib olduğu kimi seksualizmə də həddən artıq sahib idi.

Romanın qarmaqarışıq və cinsi əlaqəyə meyilli cəmiyyətində, xüsusilə də, üst təbəqələrdə təmamilə sonsuz bir seksual sərbəstlik olduğu hesab olunur. Bu Romaya dini bir propaqanda ünsürü ola bilər , çünki imperatorluğun son illərində Katolik kilsəsi idarəetmədə təsirliydi və kilsə, cinsi istək, saysız – hesabsız təcavüzlərlə nəzarətdən çıxmış bu qədim paqan – yeni xristian cəmiyyətini, xristianlığın yayılmasını sürətləndirmək məqsədi ilə nəzarətdə saxladıqlarını göstərmək istəmişdir.

Romanın Əxlaq Qanunu

Romalılar , mos maiorum ( müdriklərin yolu) olaraq anılan , xalqın böyük ölçüdə qəbul etdiyi və yazılı olmayan bir sıra əxlaqi qanunlara riayət edirdilər. Bu adət-ənənələr seksualizmdəki ifratçılığı ideal davranış hüdudları və  “özünə nəzarət edən ideal bir kişilik halı” olan ” virtus” qavramının xaricində tutulurdu. Eyni zamanda, qadınların da bu əxlaq qanunlarına riayət etməsi gözlənilirdi. Həmçinin, yazılı qanunlar arasında təcavüz daxil olmaqla, ölüm cəzası verilə bilən cinsi cinayətlər də yerini almışdı. Ancaq fahişələr ( və bəzən aktyorlar kimi şou biznesdə işləyənlər) bu hüquqi qorumaya alınmadı və qul təcavüzləri, yalnız qul sahibinə qarşı maddi ziyan olaraq qəbul edilirdi. Romalılar uşaq sahibi olmaq üçün evlənirdilər. Bir kişinin həyat yoldaşına ömür boyu sadiq qalması gözlənilmirdi, ən azından, cinsi əlaqəyə girməli olduğu biri ilə əlaqəyə girənə qədər etdiyi normal qəbul olunurdu. Məsələn, Yuli Sezarın Kleopatraya olan uzun münasibəti Kleopatranın Roma vətəndaşı olmamasına görə zina sayılmamışdı. Boşanmaq isə nisbətən daha asan idi, qadınlar da kişilər qədər evlənməkdə sərbəst idilər.

Həddən artıq sərbəstliyin əsasları

Romalılar seksualizmdə bir çox cəhətdən günümüzdəki əxlaq anlayışına görə daha çox sərbəst idilər. Roma dövründə bir çox dində güclü bir cinsi ünsür var idi. Məsələn, Vestal Bakirələri olaraq bilinən inanc qrupu , kişi nəzarətindən azad olmaq üçün subay olmağı seçmişdilər. Ancaq digər dini mərasimlərdə cinsiliyin də mərasimin bir parçası olaraq şənliklərdə rol oynadığını görə bilərsiniz.

Homoseksuallıq, oğlanlar arasında diqqətəlayiq bir xüsusiyyət olaraq qəbul edildi. Əslində, homoseksuallıq və fərqli cinsiyyət arzusu arasında ayrı seçkilik etmək üçün heç bir latınca ifadə yoxdur.

Yalnız  azad olaraq doğulmuş bir romalıdırsa, uşaqlar cinsi həyatdan uzaq tutulurdu.

Fahişəlik hüquqi idi və geniş yayılmışdı. Qullar isə sahiblərinin cinsi və iqtisadi olaraq bir mülkü hesab edilirdi.

Bu məlumatları haradan bilirik?

Seksualizm haqqında romalıların açıq olmasının ölçüsü , onlarin cinsi həyatları haqqında olan məlumatlarımızdan ortaya çıxan bir ölçüdür. Romalılar ədəbiyyatı, komediyaları, məktubları və şeirlərində seksuallıq haqqında xeyli yazıb yaratmışdılar. Açığı, seksualizm haqqında yazmağın ya da açıqca seksualizmin təsvir edilməsinin mədəni tabu olmadığını görürük. Roma sənəti bu gün pornoqrafik olaraq qəbul ediləcək görüntülərlə doludur. Romanın günah şəhəri olan Pompeydəki fahişəxanalarda, hamamlarda və hətta şəxsi evlərdə belə erotik mezoikalara, heykəllərə və freskalara rast gəlinir. Şəhərdə, demək olar ki, hər nöqtədə cinsi bir məna ehtiva edən əşyalara rast gəlinir. Bu, romalılar üçün olduqca təbii idi . Bu tip cinsi məna daşıyan əsərlərin çoxu 2005-ci ilə qədər Napoli muzeyində saxlanılırdı.

En Eski Takıntı: Antik Roma’da Cinsellik

Hazırladı:         Lalə Yusifova

Redaktə etdi:   Lalə Yusifova

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin