Qədim simvollar və onların mənaları #1

0

Yin və Yang

Yaranma tarixi: Məşhur rus şərqşünası A. Maslovun fikrincə yin və yang I-III əsrlərdə doslar tərəfindən buddistlədən götürülmüş ola bilər. “Onları buddist tərəfində çəkilən simvolika maraqlandırıdı-  və dosizmdə özünün “mandalası” yarandı:  məşhur ağ-qara yin və yang balıqları”

Harda istifadə onunurdu: Yin və yang konsepsiyası dosizm və konfutsizm üçüm açar rolunu oynayırdı,  yin və yang təlimi ənənəvi çin təbabətinin əsası olmuşdur.

Mənası: “Dəşikliklər” kitabında yin və yang aydınlıq və qaranlığı ifadə etmək üçün istifadə olunurdu. Çin fəlsəfəsinin inkişafı nəticəsində yin və yang daha çox ziddiyyətlərin qarşılıqlı əlaqəsi mənasında simvolizə etməyə başladılar: işıq və zülmət, günəş və ay, göy və yer, isti və soyuq, müsbət və mənfi, cüt və tək və s.

İlk formada “yin”  ” şimali, kölgə düşən” mənasında , “yang” isə “cənubi, dağın gün tutan tərəfi” mənasında işlədilirdi. Daha sonra isə “yin” neqativ kimi başa düşülməyə başladı, soyuq, qaranlıq və qadın cinsi, “yang” isə pozitiv kimi- aydınlıq, isti və kişi cinsi kimi başa düşülməyə başladı.

Hər şeyin fundamental mənbəyi mənasında olaraq, yin və yang konsepsiyası Daonun təbiətini aydınlaşdıran iki vəziyyəti özündə cəmləşdirir. Birincisi hər şey dəyişkəndir, ikincisi isə ziddiyyətlər həmişə qarşılıqlı əlaqədə olur (qaranlıqsız aydınlıq ola bilməz və ya tərsi) . İnsanın mövcudluğunun mənası ziddiyyətlərin balans və harmoniyasıdır. Heç vaxt “bitirici qələbə” ola bilməz, çünki heç bir bitirici yoxdur və onun sonu yoxdur.

http://www.ancient.eu/Yin_and_Yang/

Davud ulduzu

Yaranma tarixi: Məlumdur ki, heksoqramma Bürünc dövründə (b.e.ə IV əsrin axırı III əsrin əvvəli) böyük türitoriyada: Hindistandan Yaxın Şərqə qədər geniş miqyasda istifadə olunurdu.

Harda istifadə olunurdu: Qədim Hindistanda heksaqramma Anaxata və ya Anaxata-çakra adlandırılırdı. Altıgüşəli ulduz Qədim Yaxın və Orta Asiyada məşhur idi. İslam ənənələrində, müsəlmanların Məkkədəki əsas müqəddəs yeri olan Kəəbəni ənənəvi olaraq altıgüşəli və üzərində altıgüşəli ulduz olan ipək örtük ilə örtürlər.

Altıgüşəli ulduzu yəhudulər ilə əlaqələndirməyə yalnız Orta əsrlərdə başladılar, lakin yenə də Orta əsrlərdə ərəb kitablarında heksoqramma yəhudi kitablarından daha çox təsadüf edilirdi. İlk dəfə yəhudi yazılarında heksoqramma elə müsəlman ölkələrində təsadüf edilməyə başlamışdı. Altıgüşəli uduz müsəlman ölkələri olan Karamana və Kandaranın bayraqlarında da vardır.

Belə bir fikir vardır ki,  heksoqramma İranda yaşamış Davud Əlroyun ailə simvolu olmuşdur. Bununla bəzən heksoqrammanın adının, “Maqen Davudun” yanamasını əlaqələndirməyə çalışırlar.

Rotşildlər ailəsi əsilzadə titulunu alandan sonra Maqen Davudu öz ailə qerblərinə saldılar. Henrix Hayne öz qəzet məqalələrində imzanın yerinə heksoqramma qoyurdu. Bundansonra o sionist hərəkatinın simvoluna çevrildi.

Mənası: Hindistanda Anaxat heksoqramması ürək çakrasını, kişi (Şiva) və qadın (Şakti) başlanğıcına keçidi simvolizə edirdi. Orta və Yaxın Şərqdə heksoqramma tanrıça Astartanın simvolu idi. Altıgüşəli ulduz Kabbala simvolikası ilə əlaqədardır: bir-birinə əks qoyulmuş iki üçbucaq görünən Sfirot simvolu kimi başa düşülür.

XX əsrin 20-ci illərində Frans Rozensveit Maqen Davudu öz fəlsəfəsinin simvolu kimi götürmüşdü.

Altıgüşəli ulduzun yəhudilər ilə əlaqəsi rəsmi şəkildə nasist siyasəti sayəsində öz yerini tapdı. Sarı Maqen Davud Xolokostum simvolu oldu.

http://www.newworldencyclopedia.org/entry/Star_of_David

Kadusey

Yaranma tarixi: Kaduseyin yaranma tarixi haqqında düzgün bir mənbə yoxdur. Aydındır ki. bu çox qədim bir simvoldur. Ona Qədim Hindistan və Qədim Misir, Finikiya və Şumer, Qədim Yunanıstan, İran, Roma və hətta Mezoamerika  heykəllərində rast gəlinmişdir.

Harda istifadə olunur: Kadusey bu gün də heraldikada ən qədim simvollardan biridir. Kadusey formasında qlataşların və romalıların və yunanların əsaları olmuşdur. Onları dost olayan ordu gərəgahına gondərəndə, kadusey toxunulmazlıq üçün istifadə olunurdu.

Okkultizmdə kadusey qaranlıq və aydınlığın , həzyat və ölümün sərhəddi kimi açar simvolunda işlədilirdi.

XIX əsrdən kadusey tez-tez tibbin simvolu kimi istifadə olmağa başladı, bu da  onun Asklepiya çubuğu ilə oxşarlığından yaranan səhv idi.

Kaduseyin ticarət tanrısının atributu kimi ənənəvi olaraq ticarət palatalarının simvolikasında istifadə olunur.

İndi məşəl ilə birləşdirilmiş kadusey Federal gömrük idarəsinin embelmi kimi istifadə edilir və arbitraj məhkəmələrinin heraldik simvolu sayılır.

Mənası: Kaduseydəki çubuq simvolik olaraq həyat ağacı ilə bağlıdır, ilanlar isə təbiətin siklvari yenidəndoğulması, universal müvazinat pozulduqda onun yenidən yaradılmasıilə bağlıdır.

http://www.newworldencyclopedia.org/entry/Caduceus

Xrizma

Yaranma tarixi: Dəqiq bilinmir, lakın mütəxəssislər düşünürlər ki, apostolların yaşadığı dövr, yəni b.e. I əsrində yaramışdır. Xristian məzarlarında bu simvol b.e. III əsrindən təsadüf edilməyə başlayıb.

Harda istifadə olunurdu: Simvolun ən çox məşhur olan istifadəsi Roma imperatorunun bağrağında istifadəsi olmuşdur. Simvoldan ilk dəfə Roma imperatoru Böyük Konstantin Milvia körpüsündəki müharibədən (312-ci il) qabaq göydə xaç işərəsi görməsilə istifadə olmuşdur.

Konstantinin labarumunda ucunda xrizma var idi və ortasında isə latınca “Hoc vince” (hərfi mənada “bununla qazan”) yazısı var idi. Labarum haqqında ilk yazılar Laktansiyada (təqribən 320-ci il) vardır.

Mənası: Xrizma yunan hərfləri ilə yazılmış (yun. ΧΡΙΣΤΌΣ) İsa Məsihin adının monoqrammasıdır- bir-biri ilə birləşdirilimiş X (xi) və P (po). Monoqramın uclarında tez-tez yunan hərfləri α və ω da yerlədirirlər. Onlar Apokalipsisdən gəlir: ” Alfa və Omeqa , başlanğıc və son, deyir Tanrı, hansı ki, var və gələcək, Güdrətli”

Son araşdırmalar P və X hərfinin çevrə ilə bağlanmasının qədim paqanizm simvolu Günəş ilə əlaqələndirirlər. Bu səbəbdən protestantlar labarumu xristian simvolu kimi qəbul etmirlər.

http://www.newworldencyclopedia.org/entry/Christogram

Mənbə: http://russian7.ru/post/kultovye-simvoly-v-istorii-cheloveche/

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin