Qədim türk inanc sistemində Ruh anlayışı

0

Türk inanc sistemində canlı və cansız bütün varlıqların ruhu var . Ruh, bütün varlıqları birləşdirən ortaq cəhətdir. Əşyalar , insanlar və digər varlıqlar həyatda sahib olduqları dərəcələrə görə fərqlənirlər. Otlar , ağaclar, daşlar ,dağlar , bir sözlə, hərşey canlıdır.

Dilimizdə işlədilən “ruh” sözü ərəbcə ,onunla eyni mənaya gələn “can” kəliməsi ilə farscadır. Qədim türk dilində “ruh” a “tin” və ya “tın” deyilirdi. Canlı mənasında isə “tinliq” sözü işlədilirdi.

Tin sözü geniş məna kəsb edir , bu söz ruhdan başqa , zehin, nəfəs , həyat, xəyal,tale mənasında da işlədilir. Tibet dilində ruh “ nyams su “ , monqolca isə “ nemsu” sözləri ilə ifadə edilir. Manqolcada “ ruh” mənasında “ amin” sözü də yer alır. Bu kəlmə kalmıkçada “emin , amin” şəklində keçir və dilimizdə şəxs adı kimi ( Emin) işlədilir. Yəni , “Emin” adı “əmin” mənasında ərəbcədən yox , “ həyat, nəfəs, ruh” mənasında monqolca “ amin, emin”dən yaranıb. Kəlmə türk ləhcələrində “yer,məkan,həyat və ölümdən sonrakı həyat” mənasına da gəlir. Amin sözü ,əslində, “yaşam nəfəsi” , “həyat nəfəsi” deməkdir.

Uyğur və Orta Asiya türklərində ruh mənasında “sün” sözünə də rast gəlirik. Sün “ətrafda dolaşan ruh “ ,”ölünün bədənindən ayrılan ruh” u ifadə edir. Dilimizdə “ruh”mənasında işlədilən digər söz isə “öz” dür. Qədim türk dilində “öz”  , “şəxs , bədən həyat və ruhu “ ifadə edirdi. Qaşqarlı Mahmudun divanında , “Kodeks Kumanikus”və  “Kitab əl –idrak” kimi lüğətlərdə bu kəlmə “nəfəs ,ruh,qəlb” mənasında izah edilir. Bundan başqa dilimizdə birdə “ yek” kəlməsi vardır. Ehtimalki, sanskrit dilində “yakka” sözündən törənən bu kəlmə qədim türk dilinə  “yak” şəklində girmiş, Azərbaycan türkcəsində “yek “ şəklində tələffüz edilir. Bu söz bizdə “ bir” (farsca “yek”) mənasında tələffüz edilsə də, əslində, “ şeytan,dişi şeytan,xəyalət” deməkdir. Qədim türk inancında “yek” adlanan şeytanın bir başqa adı “abacı, abasi” dir. Qaşqarlı Mahmudun “ Divani –lüğət-it-türk” əsərində “abaci-uşaqların qorxduğu xəyalət, ruh və xəyal “ mənasında açıqlanıb.

Ruhun yaranması.

Türk inanc sistemində ruhun məkanı , necə yarandığı haqqında tam fikir əldə etmək çətindir. Ruhun mütləq sahibini Tanrı olduğuna şübhə yoxdur. Amma Tanrının varlıqlara necə ruh verdiyi mübahisəlidir. Altaydağı ətrafında yaşayan türklərin inancında ruhların bədənə daxil olmazdan əvvəl göy üzündə quş kimi yaşadıqları qeyd edilir. Bu inam, ehtimalki , ruhun quş kimi uçub getməsinə işarədir. Türklər cənnətə “uçmaq” deyirdi. Ruhun ölümdən sonra göy üzünə uçub getməsi ruh üçün işlədilən quş təsvirinə olan inamı gücləndirir. Türk kitabələrində “xaqan olan atam uçduqdan sonra” , “ əmin xaqan uçub getdi” , “ siz uçdunuz “ “ atam xaqan uçub getdi” , “ Kül Tigin qoyun ilinin 17-ci günündə uçdu” şəklində ifadələr var.

Quş şəklində təsvir olunan ruhlar gözlə görünmürlər. Bunlar göy üzünün dərinliklərində uçurlar. Abbasi xəlifəsi Mehdinin ( 775-785) əmri ilə yazılan ovçu quşalrı haqqında əsərə “ Türk xaqanının kitabı” və “ Türk tarxanlarıın rəvayətləri” adlı bölümlər də əlavə edilmişdi. Bu rəvayətlərin birində ovçu quşlar qış vaxtı yerə düşən ağ rəngdə səmavi varlıqları yeyirlərmiş. Xəlifə harun ər-Rəşid dövrünə aid , türklərdən alındığı aydın olan hakimiyyətlə bağlı bir inancda “ ağ bazı” ( toğrul çağl və ya qırğı  cinsindən yırtıcı quş) adlanan göy quşun dərinliklərində süzərkən burada qanadlı balıq və ya qanadlı ilan şəklində canlıları yeyirmiş.

Göydə yaşayan bu canlılar “ evrən” ( kök luu-göy əjdahası) adlanırdı və türklərdə hakimiyyət simvolu hesab olunurdu. Türk inanc sistemində onqon (totem) qəbul edilən yırtıcı ovçu quşlar səmavi varlıqları yeməklə bir növ ilahi hakimiyyəti (kutu) Tanrıdan qəbul etmiş sayılırdı. Bu qular Azərbaycan və digər türk xalqlarının nağıllarında “ dövlət quşu” adlanır və kimin başına qonarsa o , hökmdar seçilirdi.

Ovçu quşların yediyi bu səmavi varlıqlar ruhlardır. Türk inanc sistemində ruhu yemək başqasının ruhunu ələ keçirmək güc , qüdrət rəmzi idi. Ruhu ələ keçirmək türk sosial həyatında dərin izlər buraxmışdı. Kəllə sümüyündən qədəh düzəltmək, baş dərisini üzmək, baş və saç kəsmək türk siyasi , sosial və dini həyatında dərin mistik anlamlar ifadə edirdi.

Ruhlar göy üzündən başqa yerdə də yaşayırlar. Türk və monqol xalqlarının inancında “ruhların getdiyi dağlar” dan bəh sedilir. Amma bu , ölümdən sonra gərçəkləşən prosesdir. Oğuzları ulu babaları olduqları iddia edilən ruhuanların inancına görə ölən insanın ruhu Qzıl dağa çıxırdı. Dağa çıxan ruhlar geri çağrıla bilirdi.

Ruh və bədən

Şamanizm və qədim türklərin əsas dini hesab edilən tenqriçilik inancı təbiət dinləri kateqoriyasına daxil edilir. Amma qədim ürk inancı ilə səmavi dinlər arasında yalnız İslamda öz əksini tapmış bəzi eyniliklər diqqəti çəkir. Misal üçün ,İslamdan başqa dinlər və inanclar ölümdən sonra yenidən dirilişi qəbul etmirlər. Halbuki qədim türk inanc sistemində təkcə insanların deyil ,digər varlıqlarında yenidən diriləcəyi haqqında inam vardır.  Bu inam oqədər güclüdür ki, türk sosial –dini həyatına dərindən təsir etmişdir. Qədim türklər bütün varlıqların öldükdən sonra eyni formada və eyni bədəndə yenidən yaranacağına mütləq şəkildə inanırdılar.  Dədə Qorqud oğuznaməsində belə deyilir : “ Allahın sənə verdiyi şirin ruh səfərə çıxdı, onu bədəninə yenidən sox”

Ölümdən sonra yenidən dirilişə inamın buqədər güclü olması istisna hallarda intiharlara yol açmışdı. Hətdamüsəlman olduğu halda ,bir çox türk hökmdarlarının intihar etdiyi qeyd edilir. İntihara cəhdin başlıca səbəbi ölümdən sonra yenidən yaranma inamı ilə əlaqədər idi. Çünki əsir düşən insanın yenidən yarandığı zaman əsir olacağı inancı vardı.

Türk inanc sisteminə görə , ruhun yeri bədən olsa da ,bədənin bəzi orqanları ruhla birbaşa əlaqəli idi. Ruh bədəndə əsasən qanda ,saçda ,başda (kəllə sümüyündə) , baş dərisində , skletdə, cinsi orqanda bərqərar idi.

 

Qaynaq : Əkbər N.Nəcəf -İnanc yaddaşı

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin