Qəribə təsadüflər silsiləsi: Sinxronizm

0

Karl Yunq (Carl Jung) tərəfindən önə sürülən bu prinsip təməl məntiq mühakiməsinin “səbəb-nəticə” münasibətinə, görünür ki, əks olan bir prinsipdir. Sinxronizm prinsipinə görə, gerçəkləşmiş bir hadisə hər zaman görünə bilən bir səbəb və nəticə içərisində dönməyə məcbur deyil. Sözgəlişi, bir çox xurafat da sinxronizm prinsipi ilə bağlıdır. Məsələn, bir ağaca dilək ipi bağlamaq, pul qapılarımız açılsın deyə axan suya qəpik atmaq, dolunayda 3 dəfə fırlanaraq bir çevrə yaratmaq – bütün bunlar öz içərisində, bizim daxilimizdə başqa bir hərəkətlənmə yaradır. Beləcə, istədiyimiz nəticəyə çatmağımıza köməkçi olmaq üçün yeni qapılar aça bilir.

Bəzi zamanlarda bu tətbiqlər nəticə verə bilir, bəzi zamanlarda isə vermir. Bunların keçmişdə qalmış, unudulmuş ənənəvi qaydaları vardır. Bu qaydalar araşdırmalardan alına biləcək nəticələr üzərində olduqca böyük təsirə malikdir.

Ritualist formalardan başqa, həm də verilən məsləhətlərdə bunu tez-tez görürük. Mövzu ilə bağlı məsləhət alan birinin öz həyatından verdiyi bu nümunə, çox güman ki, məsələni ən çox işıqlandıran bilgidir:

Danışan adamın öz həyatı ilə bağlı problemlərində, ümumi olaraq, irəliləyiş olmamış, lakin bu dəfə qardaşının məsuliyyətsizliyi, danışanın qardaşına qarşı çox məsuliyyət hiss etməsi və özünün maddi baxımdan istismar edildiyini hiss etməsi ilə başlamışdı. Çox da çətin olmayan tətbiqlə sadəcə qardaşının şəklinə baxaraq “mən sənin anan ya da atan deyiləm, sadəcə bacınam. Sənə bacılıqdan daha artığını etmək istəmirəm. Səni öz həyatına və öz dünyana əmanət edirəm. İndiyədək sənə analıq etdiyim üçün üzr istəyirəm” sözlərini dilə gətirdi. Bundan başqa heç bir şey etmədi.

Bu cümlə iki tərəflidir. Həm qardaşına və ona artıq baxa bilməyəcəyinin işarəsi kimi ruhən deyilmişdi, həm də fərd öz həddi olmayan bir məsuliyyət altında olduğunu anlamağa başlamışdı.

Bu bəsit çalışmadan 2 həftə sonra danışan şəxs 16 illik işindən birdən-birə imtina etmiş və tam bu anda qardaşı da birdən-birə özünə iş tapmışdı.

Yenə başqa bir nümunə vermək olar: Bir zamanlar içində olduğum bir çalışma qrupu nəsnələrin şüuraltına olan təsirləri ilə bağlı araşdırmalar aparırdı və onlar çox vaxt mifoloji elementlərdən istifadə edirdilər. Bu araşdırma üçün ortası təbii bir şəkildə dəlik olan balaca daşlara ehtiyac vardı. Bu daşlara “görücü daşı” və ya “ruh daşı” da deyilirdi. Eyni zamanda, “tanrıça Diana daşı” kimi də tanınırdı. Araşdırma qrupundan bir nəfər sahildə gəzəndə olduqca qəribə görünüşlü, əyri-üyrü, çəhrayı bir daş tapmışdı. Sahilin təbii quruluşundakı bu fərqliliyin bir “işarə” ola biləcəyini düşündü və çəhrayı daşı əlinə aldı. Ardınca zehnini tamamilə boş tutaraq bu daşı çiynindən arxaya atdı və çəhrayı daşın düşdüyü yerdə tam 3 dənə “görücü daşı” tapdı. Ehtiyac duyduğu şey ən lazımlı şəkildə və ən lazımlı anda qarşısına çıxdı.

Yenə başqa bir danışanın hekayəsi doğru nöqtələri tapanda sistemin və həyatın necə də sürətli bir şəkildə bizə cavab verdiyini göstərir:

Danışan 30-lu yaşlarda bir qadındır. Köhnə sevgilisi ilə eyni yerdə işləyir. Müdiri olan qadının köhnə sevgilisi ilə olan yaxınlığı onu narahat edir. Vəziyyəti belə izah edir: “Həqiqətən, dəli olacağam. Bu qadın məndən əl çəkmir, dayanmadan məni danlayır, üstümə gəlir. Hələ bir görəsən, sanki, qadınlığını itirib, heç bir cazibəsi yoxdur və əsəb pozan bir qadındır…”

Bir müddət əsəbini qusmağına icazə verdim. Ardınca ona sadəcə bir sual verdim: “Bəs sən? Sən müdirində özünə aid hansı sevmədiyin cəhəti gördün ki, bu qədər dəli oldun?”

Bu sual onu özünə gətirmişdi. Doğru zamanda verilən doğru suallar hər zaman daha böyük təsir yaradır. Bir müddət düşünəndən sonra özündə olan və müdirində gördüyü “qadınlığını itirmiş, heç bir cazibəsi olmayan, əsəb pozan” tərəfini görə bildi. Bunu anlayanda isə vəziyyət daha bəsit olur. “İndi onu qarşına al və özündə görməkdən qorxduğun şeyləri sənə göstərdiyi ona təşəkkür et! Sadəcə bu qədər!”

Danışan qadın bunu edərkən telefonda başqa birinin zəng etdiyini deyib məni qısa müddətlik gözlətdi. 2 dəqiqə belə keçmədən böyük bir həyəcanla telefona qayıtdı və bunları dedi:

“Aman Allah! İnana bilmirəm… İndicə müdirim bir neçə gündür üstümə çox gəldiyini deyərək məndən üzr istədi!”

Bəhs etdiyimiz sinxronizm prinsipi bu şəkildə ortaya çıxır. Görünən bir səbəb-nəticə yoxdur, lakin “görünməz bağlar” bu anda titrəməyə başlayır. Şüurxarici bir yerdə səbəb-nəticə dairəsi yaranır və dəyişikliklər müşahidə edilməyə başlayır. Bu dəyişiklikləri gözləməyin də, əlbəttə ki, öz qaydaları vardır.

Anlama, güc və dəstəklə bağlı çalışmaları edərkən bu kimi təsadüfi, digər adı ilə “cützamanlı” dəyişikliklər tez-tez yaşanır. Bu dəyişikliklər iş sıxıntılarından xəstəliklərə, sosial münasibətlərdən ruhi hissiyata qədər hər sahədə təsirli olan bir müddətdir. Əsas odur ki, doğru nöqtəni tapa biləcək bir danışan-dinləyən münasibəti olsun.

Bu mövzunu bağlayarkən yenə köhnə bir dostumun çox qiymətli bir vizyon təcrübəsini paylaşmaq istəyirəm. Bu, əslində, sinxronizm prinsipinin necə yarandığını anlamağa kömək edən ən yaxşı vizual məlumatdır. Bu vizyonun içərisində bütün təbiət; heyvanlar, insanlar, ağaclar və buludlar var. Lakin ayrı kimi görünən hər şey bir-birinə o qədər sıx şəkildə bağlanmışdır ki, hər birinin hərəkəti digərinə tamamilə təsir edir. Yerdəki kiçik bir daşa atılan təpiklə, sanki, bir hörümçək torundakı bütün ipliklər titrəyirmiş kimi təbiətdəki hər şey o anda titrəyir. Bu daşa qəzəblə təpik atsaq, daş da qəzəblə hərəkət edəcək və digər qəzəbləri də gətirəcəkdir. Bu daşa sevgi ilə toxunanda isə daş da sevgi ilə hərəkət edəcək və digər sevgiləri də özü ilə gətirəcək. Böyük bir hörümçək toru kimi – bir parçasına toxunanda bütün ipliklərin hərəkət etdiyi kimi – bu sistemdə nəyə, hansı niyyətlə yaxınlaşsaq, öz kosmosumuzu o şəkildə titrətmiş olacağıq.

Əslində, sinxronizm prinsipi təsir və reaksiyanın zaman və məkan hissimizdən çox daha kənarda baş verdiyinin göstəricisidir.

Mənbə:

Garip Tesadüfler Silsilesi: Eşzamanlılık İlkesi

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin