Qadın psixologiyasının tarixi inkişafı

0

Psixologiya tarixi araşdırıldıqda digər sahələrdə olduğu kimi edilən əhəmiyyətli işlərin əksəriyyətinin kişilər tərəfindən və kişilər üçün olduğu bəllidir. Kişilərin lehinə olan ictimai quruluşa görə qadın və psixologiya anlayışları bir-birindən ayrı tutulmuş və psixologiya qadınlar üçün uyğun sahə olaraq görülməmişdir. Əvvəllər qadınların gördüyü əhəmiyyətli işləri ciddiyə almırdılarsa, son dövrlərdə qadınlar apardıqları mübarizə sayəsində psixologiya elminin əhəmiyyətli bir parçası olmağı bacarıblar.

TARİXDƏ QADINLAR.

Qadın psixologiyasının tarixinə baxmazdan əvvəl  tarixdə qadının ümumiyyətlə necə xarakterizə edildiyinə baxmaq lazımdır. Ənənəvi yanaşmaya görə, qadın tarixi yalnız müvəffəqiyyətli və qeyd olunmağa dəyər qadınların iştirak etdiyi ” tarazlayıcı tarix”  olaraq görülür.  Bu yanaşma Mary Calkins,  Margaret Floy Washburn və Christine Ladd-Franklin kimi ən köhnə qadın psixoloqların da araşdırılmasını tələb edir.

Qadın tarixinin bir sonrakı mərhələsini ” qatqı tarixi” adlandırmaq olar. Məsələn,  bir qadının davam edən psixologiya sahəsinə necə yardım etdiyi araşdırıla bilər. Lakin Lerner (1992) tarix boyunca qadınların töhfələrini araşdırmaq üçün müəyyən zaman qəlibləri və sərhədlənmiş tək istiqamətli parametrlərdən kənar olan “mərhələli qadın tarixi”  təklif edib. Bu sistem qadının müəyyən kateqoriyalara necə yardım etdiyini, onları necə inkişaf etdirdiyini və onlara necə reaksiya verdiyini əhatə edir.  Bu səbəbdən qadınların psixologiyadakı yeri araşdırıldığı zaman cinsəllik,  artım,  analıq və uşaq böyütmə, etnik mənşə, yarış və din kimi bir çox psixoloji mövzu çox əhatəli bir mövqedə toplana bilər.

QADIN PSİXOLOGİYASINI MÜƏYYƏN ETMƏK.

Qadın psixologiyası cinsi fərqlilikləri əsas götürən və yalnız qadınlara xas hamiləlik,  əmizdirmə və menstruasiya kimi hadisələri araşdıran bir sahədir.  Mednick ( 1976)  qadın psixologiyasını qrup içindəki müxtəlifliyin və zaman ərzində qadın təcrübələrinin işlənilməsi nəticəsində təyin edib.  Russo isə qadın davranışlarının araşdırılması təklifini istifadə etmişdir.  Bu səbəbdən qadın psixologiyası qadınlarla və qadınların təcrübələri ilə əlaqədar olan bütün psixoloji mövzuları özünə daxil edir.  ( Danimarka,  1977)

PSİXOLOJİ ARAŞDIRMALARDA QADINLAR.

Qadınların psixologiyaya töhfələrinə nəzər yetirmədən öncə qadının psixologiyadakı statusunu anlamaq lazımdır. Cinsiyyət dəyişkənliyinin araşdırmalara daxil edilməsi 3 fərqli zamanda tədqiq edilə bilər:

1. Problem olaraq qadın

2.Qadın – kişi fərqlilikləri və oxşarlıqları

3. Feminist mübarizə ilə qadınların həyatı

Köhnə zamanlardan bu günümüzə qədər psixologiyadakı araşdırmalara  baxanda psixologiyanın xüsusilə kişi davranışlarına və erkək heyvanlara fokuslandığını görürük. Qadın təcrübəsinin daxil olduğu ən köhnə araşdırmalarqadınların aşağı dərəcədə olduğu nəticəsinə gəlib. Bundan başqa, qadınların daxil edildiyi təcrübə qruplarında cinsiyyət fərqlilikləri nəzərə alınmamışdır,  kişilər ölçü olaraq götürülüb və yenə də qadınlar daha aşağı səviyyədə qalırdı. Məsələn, Sir Francis Galtonun XIX əsrdəki işi fərdi fərqliliklərə diqqətin olması və qadınların hər mövzuda kişilərdən daha zəif olduğunu ifadə etmişdir ( Levin & Wild, 1991,səhifə 582). Bütün bunlardan başqa, ilk araşdırmaların 95% – i qadın-kişi qarşıdurmasını heç nəzərə almayıb. Buna görə də cinsiyyətdən  qaynaqlanan fərqliliklərə diqqət edilməyib ( Mc Kenna & Kessler, 1976).

Feminizm dalğasının yayıldığı illərdə bir çox psixoloji araşdırmalar qadın və kişi fərqliliklərini araşdırmağa başladı. Ancaq bu araşdırmalar da kişi üstünlüyünü dəstəkləmiş və qadının daha aşağıda olduğuna işarə etmişdir. 1944 – cü ildə  Freydin şagirdlərindən Helene Deutsch  “Qadın Psixologiyası”  adlı iki kitab yazaraq qadınların kişilərdən daha həssas bir psixologiyası olduğunu dəstəkləyərək eyni zamanda analığın əhəmiyyətini və erotizmi müzakirə etmişdir.

Psixologiya tez – tez davranış elmi olaraq vurğulanır.  Ancaq tədqiqatçıların məşhur bir tətbiqi  yalnız ağ kişiləri ya da erkək heyvanları araşdırma qrupuna daxil etməkdir. Bir araşdırma qrupunun ümumiləşdirilə bilən və cəmiyyətin bütövlükdə təmsil edən xüsusiyyətdə olması düşünülsə, yalnız ağ kişi respondentlərin ( təcrübə üzvləri)  araşdırılması psixologiyanı  ağ kişilərin davranış elmi halına gətirir.

QADIN PSİXOLOGİYASININ TARİXİNƏ TƏSİR EDƏN İKİ ƏHƏMİYYƏTLİ MÖVZU.

Qadın psixologiyasının tarixinə baxanda  Çarlz Darvinin 1859-cu il tarixli “Növlərin mənşəyi”  əsəri və Ziqmund Freydin işləri əhəmiyyətli mövzu başlıqları olaraq qarşımıza çıxır.  Bu iki işin ortaq nöqtəsi qadınların alt səviyyədə olduğu fikrini dəstəkləmələri kimi görünür.  Ancaq bu dəstək, qadınların bərabərlik üçün mübarizəsini də gücləndirmişdir.

SOSİAL DARVİNİZM MİFLƏRİ.

Sosial Darvinizm, Darvinin “Növlərin mənşəyi”  əsərindəki ictimai nəzəriyyələrə əsaslanır.  Fərdi müctəlifliyi və növlər arası müxtəlifliyi açıqlamaq məqsədilə, Darvin tibbi və cinsi seleksiya nəzəroyyələrini təklif etmişdir. Darvin,  növlər içindəki üzvlərin həyat üçün mübarizə etmək adına bir – biri ilə rəqabət etdiyini və organizmlərin dəyişkənlik göstərdiyini müşahidə edir və bu tibbi seleksiya düşüncəsini ərsəyə gətirir.  Tibbi seleksiya ən uyğun olanın yaşamağa davam etməsini nəzərdə tutur. Cinsi seleksiya isə kişilərin qadınlara sahib olmaq üçün verdikləri mübarizə olaraq təyin olunur və bu seçkidə müvəffəqiyyətsizlik tibbi seleksiyanın əksinə ölümlə deyil, nəslini davam etdirməklə nəticələnir. Darvinə görə qadınlar kişilər üçün mübarizə etmədiklərinə görə, kişilərlə eyni zəka,  əzm və cəsarətə çatma şansına təkamül edərək sahib olurlar. Bu səbəbdən ictimai Darvinizmin təməl mifi kişilərin qadınlardan üstün olmasıdır.

Herbert Spenser, nəzəriyyələrini Darvinin fikirləri ilə əsaslandırmağa çalışmışdır. Və funksional xüsusiyyətlərin zamanla bioloji quruluşa yerləşdiyini ifadə etmişdir. Məsələn, qadınlar cəmiyyətdə prioritetli olaraq uşaq dünyaya gətirən və böyüdən olduqları üçün zamanla analıq instinkti qadınların bioloji quruluşuna yerləşmişdir.

Darvinin nəzəriyyələri və nəticələri, bir çox qadının sistematik işlərlə Darvinin fikirlərinin səhvini sübut etmə ehtiyacına itələyib.  1970- ci illərə qədər qadın psixologiyası ayrı bir sahə olaraq ortaya çıxmasa da, Leta Hollingworth, Helen Thompson,  Mary Calkins və Mary Putnam Jacobi kimi qadın psixoloqlar ictimai Darvinizm mifini çürütmək üçün təcrübi dəlillər tədqiq etmişlər.

Leta Hollingworth

Leta Stetter Hollingworth qadın psixologiyası ilə əlaqədar mövzulara diqqət ayıran ilk tədqiqatçılardandır.  Qadının ictimai rolu,  aybaşı dövründəki ağıllı və fiziki performans və çüxtəliflik kimi psixologiyadakı köklü mühakimələri araşdırmışdır. Hollingworthun  töhfələrindən biri də aybaşı dövründəki ağıllı və fiziki performans dəyişikliklərinin aybaşı dövrü mərhələləri ilə əlaqədar olmağıdır.  Əlavə olaraq,  Darvinin daha  böyük işi dəyişkənlik fikrinin də doğru olmadığını göstərib.  Hollingwortha görə, qadınların daha az müvəffəqiyyətli olmalarının səbəbini anlamaq üçün ictimai sərhədlər və mədəni maneələr araşdırılmalıdır.  Hollingworth və daha sonrakı qadınlar, tarix boyunca problemin özünün, qadınların uşaq dünyaya gətirməsi və onlara baxması olduğunu deyiblər.

Hollingworth və antropoloq Robert Lowie, 1916-cı ildəki işlərində elmi ədəbiyyatdakı mədəniyyətlərarası, bioloji və psixoloji işləri araşdırmış və qadınlarda doğuşdan gələn (fitri)  bir aşağı səviyyəliyə rast gəlməyiblər.  Qısaca,  Hollingworth qadın psixologiyası üçün yol açan və Mifləri çürüdən, ilk Feminist və məhsuldar tədqiqatçılardan biridir.

Mary Putnam Jacobi və Mary Bissell

Mary Putnam Jacobi (1877) yazdığı kitabda qadınların aybaşı dövründə fiziki fəaliyyətlərdən çəkinmək lazım olduğu fikrinə qarşı çıxmış,  əlavə olaraq məşq etməyin və yüksək bir maarifləndirici biliyə sahib olmağın aybaşı dövrünü daha az narahatlıqla keçirə bilmək olduğunu vurğulamışdır.  Bir başqa tədqiqatçı Mary Bissell isə qadınların romantik həssaslığı normasına qarşı çıxmış və bu həssaslıqda ictimai faktorların təsirini işarə etmişdir.

Helen Thompson və Mary Calkins

Helen T.  etdiyi araşdırmalarla dövrünün tanınmış tədqiqatçılarındandır.  Doktorluq dissertasiyası üçün cinsiyyət fərqlərini araşdıran Helen, fərqliliklərdən çox oxşarlıqlar tapmışdır. Cins fərqləri ortaya çıxdığında isə, bu nəticənin bioloji səbəblərdən deyil, təcrübə və ətraf təsirlərlə meydana gəldiyini göstərmişdir

Mary Calkins də sosial Darvinizm mifini çürüdən tədqiqatçılardan biri olmuşdur.

Qadın psixologiyasın-Freyd

Sosial Darvinizmə əlavə olaraq qadın psixologiyasındakı digər mövzu başlığı Zigmund Freydə olan müqavimətdir.  Psixoanalitik yanaşmanın qurucusu olan Freyd,  şəxsiyyət nəzəriyyəsini şəxsən özünü araşdırmasına və digər fərdi hadisə işlərinə söykənərək etmişdir.  Bu səbəbdən Freydin tapıntıları qiymətləndirilərkən etibarlılıq və ümumiləşdirilə bilən mövzudakə limitlər nəzərə alınmalıdır.  Freyd həm qadın, həm kişi üçün cinsi impulsların şəxsiyyət inkişafında çox əhəmiyyətli bir yeri olduğunu müdafiə edib.  Freydin psixoseksual inkişaf qaydasına görə doğulduqdan dərhal sonra qadın və kişi arasında çox az bir psixoloji fərqlilik vardır.

Freydin nəzəriyyəsinin ən əhəmiyyətli künc daşlarından biri olan Oedipus ( Edip)  kompleksinə görə oğlan uşağı anasına bəslədiyi istəkdən atasına düşmənlik hissi duymağa başlayır.  Ancaq atası tərəfindən xədim edilmə qorxusu ilə, anasına olan təhrikləri imtina edərək özünü atası ilə istinad edərdi.  Buna görə də oğlan uşağı atasının əxlaqi dəyərlərini qəbul edir.  Digər tərəfdən, qız uşaqları penisləri olmadığını fərq etdiklərində oğlan uşaqlarını qısqanarlar və bu əksikliklərinə görə analarını günahlandırarlar. Daha sonra bir penis əldə etməyi xəyal edərək, analarından atalarına romantik yükləməyə keçərlər. Amma burada validrynlərin əxlaq dəyərlərinin daxilən mənimsənməsi yoxdur. Yəni Freydə görə qadınlarda Supereqo inkişafı əksik qalar.

Freyd,  anatomik fərqliliklərin psixoloji və ictimai fərqliliklərə də səbəb olduğu fikrindədir. Sağlam bir qadının əsl motivasiyası bir körpəyə sahib olmaq olduğu üçün ictimai olaraq daxil edilən və müvəffəqiyyət mərkəzi davranışlarda tapılmaz. Yəni qadınlar əxlaqı normaları və mədəni ideaları kişilərə görə daha az özününküləşdirirlər. Freydin nəzəriyyəsinə görə qadınlar əxlaqı olaraq daha az inkişaf etmiş və mədəniyyətdən daha uzaq qalmış olmağa məhkumdurlar. Eyni zamanda qadınlar kişilərə görə qeyri-kafi şəxsiyyət xüsusiyyətləri göstərməyə də məhkumdur. Bu səbəbdən Freyd ” biologiya qismətdir (qədər)”  fikrindən yola çıxaraq bioloji müxtəlifliyin psixoloji fərqliliklərə səbəb olduğunu müdafiə etməkdə və beləliklə ictimai davranışları açıqlayaraq, kişi suveren mövcud vəziyyətin davamını dəstəkləməkdədir.

Qaynaq –  psixologiya – Gender

www.ppd.com –  tarihsel gelişim

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin