Qadın və kişi beyinləri arasında fərq varmı?

1

Qadın və kişi beyinləri düşünüldüyü qədər eyni deyillər.

Rosalind Franklin universitetinin neyroloqu Lise Eliotun araşdırmasında qadın və kişi beyin quruluşlarının bənzər olduğu fikri irəli sürüldü. Araşdırma, “Wired” adlı web-saytın bir paylaşımında beynin Hipokampus bölməsinin qadınlarda kişilərə nisbətən daha böyük olduğu fərziyyəsini hədəfə aldı. Hipokampus beynin yaddaş və emosiyalarla əlaqəli bölməsidir. Bu hissə qadınların sahib olduğu emosiya meyillərini açmaq üçün istifadə olunur. Lakin Eliot və komandası təxminən 6000 beyin üzərində etdiyi araşdırma ilə Hipokampus bölgəsində qadın və kişilər arasında nəzərə çarpan fərq olmadığını sübut etdi.

İlgili resim
Eliot 2010-cu ildə nəşr edilmiş “Pink brain, blue brain” kitabında cinsiyyət fərqinə əsaslanan təhsil və yetişdirmə fərziyyələrinə dair şübhələrini dilə gətirmişdi. O, illərini bu qəlibləşmiş, geri düşüncənin cəmiyyətdəki yerini çürütməyə sərf edib, lakin Amerikan ailələri bu konservativ düşüncələrlə övladlarını böyütməyə davam edir.
2011-ci ildə Eliot və bir neçə uzman konservativ təhsili ifşa edən bir məqaləni “Science” dərgisində yayımladılar. 2013-cü ildə isə o, feminizm məktəblərində “kişilərlə savaş” başlatdığını iddia edən Kristina Hoff Somers-ə qarşı tənqidi yazı yazdı.
Eliot, həmçinin, bu elmi iddiaların anlaşılmasının əksər oxucular üçün imkansız olduğunun da fərqindədir. Məsələn, Leonard Sax-ın arqumentlərinə görə kişi beyninin hipokampusları, qadınlara nisbətən stresə və rəqabətə daha dözümlü olurlar. Onun kolleqası olan Maykl Gurian oğlan uşaqlarında beynin sözlərə deyil, söz yaddaşına, bədənsəl zəkaya malik olduğunu, qızların isə daha çox sözlərdən istifadə etməyə meyilli olduğunu düşünür.
Eliotun da qəbul etdiyi kimi, bu iddialar oğlanlar və qızlar arasında doğuşdan fərqlər olduğu fikrini bizim düşüncəmizə aydın şəkildə yeridir. Bunlar da gerçək, məntiqli bilgilər kimi beynimizdə yer alır.
Bu fərziyyələr ardıcıl və düzənli ola bilər, fəqət bu onların doğru olması anlamına gəlməz. “Science” məqalələrinin birində deyildiyi kimi : ” Yanlış, zəif bilgilər araşdırılmış və keçərli elmi sübutlardan daha çoxdur”. Təəssüf ki, bu iddiaların Amerikan mədəniyyəti ilə uyumlu olması, həmin fikirlərin əksəriyyət tərəfindən qəbul edilib populyar qalmasına zəmin yarada bilər. Eliotun “Wired” adlı web-saytında söylədiyi kimi: “Beyində cinsiyyət fərqlərinin olması fikri köhnə stereotiplərə tam uyğundur. Bu, konservativ düşüncəli insanların öz fikirlərini haqlı hesab etmələri və yaymaları üçün əla fürsətdir. Bir çox insan ” qadın beyni” və “kişi beyni” kimi fərqli terminlər olduğuna inanır, lakin məşhur araşdırmalar onu göstərir ki, qadın və kişi beyinlərindəki fərqlər minimal səviyyədədir.

Redaktor:Vəliyeva Fatimə

1 ŞƏRH

  1. Müəyyən qədər fərqin olmasının mənfi tərəfi nədir axı ?
    Bu fərqliliy kiminsə üstünlüyünün və ya zəifliyinin göstəricisi ola bilməz .

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin