Qafqaz incəsənəti: Azərbaycan rəssamları və önəmli əsərləri (XV əsr – XX əsrin əvvəlləri)

0

Azərbaycan rəssamları və önəmli əsərləri (XV əsr – XX əsrin əvvəlləri)

 

Əbdul Baqi Bakuvi

(Müəllif qeydi: İlkin araşdırma nəticəsində Azərbaycanın 15-ci əsrdə yaşayan bir rəssamının adı ilə qarşılaşanda təəccübləndim və araşdırmağa çalışdım. Ancaq təəssüf edirəm ki, Azərbaycan dilli internet resurslarında çox kiçik bir məlumata rast gəldim. AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI-nın İncəsənət Tarixi dərsliyində aşağıda qeyd etdiyim qısa mətnlə izah verilir)

“XV əsrdə Bakı rəssamı Əbdul Baqi Bakuvi miniatür sənətində mühüm yer tuturdu. Təbriz məktəbi –
Şərqi Türküstan – Çin-Uyğur rəssamları vasitəsilə (Təbrizdə-Monqol elixanlərı ilə gətirilən)  ə Ərəb-Mesopotam rəngkarlığı – Bağdad məktəbi vasitəsilə formalaşır. Emalatxanada gözəl xəttatlar, rəssamlar və kitab incəsənətinin ustaları toplanırdı.”

Təəssüflər olsun ki, yerli araşdırmaçılar tərəfindən araşdırılmayan rəssamın miniatür əsərlərindən bir qismi İstanbul Topkapı Muzeyində , bir qismi isə (“Şərq Şeiri Antologiyası” və “Şirvan Şeiri Antologiyası”na aid çəkdiyi illustrasiyalar) Britaniya Muzeyində (British Museum) saxlanılır.

Topkapı Muzeyində saxlanılan Miniatürləri aşağıdakılardır:

Rəssam:Əbdül Baqi Bakuvi
Rəsm: İki Əmir
Muzey:Topkapı

 

Rəssam: Əbdül Baqi Bakuvi
Rəsm:Mehtər
Muzey:Topkapı

Rəsmlərə baxdıqda Uzaq Şərq incəsənətinin təsirləri ciddi şəkildə hiss olunur. Ancaq gələcək dövrlərdə Qafqaza xas üslub kimi dərk ediləcək üslubun da izlərini görməmək mümkünsüzdür.

Xəmsə – Mir Seyid Əli, Mir Müsəvvir, Müzəffər Əli, Sultan Məhəmməd , Ağa Mirək

 

Miniatürçü,rəssam olan Mir Seyid Əli, Mir Müsəvvir, Ağa Mirək, Müzəffər Əli və Sultan Məhəmməd XVI əsrdə yaşamışdır. Miniatürçülər Şah Təhmasibin saray xidmətçiləri olmuşdur və elə buna görədir ki, onların adı Azərbaycan incəsənətində o dönəmdə yazılan Nizaminin “Xəmsə” əsərilə anılır.

Mir Seyid Əli məşhur miniatürçü Mir Müsəvvirin ailəsindən idi. Mir Müsəvvirin əsərlərinin bəziləri günümüzdə çox önəmli əsərlərin toplandığı Metropolitan Muzeyində toplanıb.(Bəzi mənbələr onu fars sənətçisi kimi qiymətləndirir)

Rəssam: :Mir Müsəvvir                                                                Rəsm:Zahhakanın zülmü
Rəssam:Mir Müsəvvir
       Rəsm:Bəhram aslanı öldürür
       Muzey:Metropolitan

Mir Seyid Əlinin miniatürü:

Həmzanamədən miniatür:Elias və Şəhzadə Nur ad-Dahr
Muzey: Britaniya(British Museum)

Ağa Mirək miniatürü:

Rəssam: Ağa Mirək Rəsm:Şəhzadə istirahətdə Muzey:Freer gallery of Art

Müzəffər Əli miniatürü:

Rəssam:Müzəffər Əli Rəsm: Məhəmmədin göyə yüksəlməsi Muzey:Britaniya kitabxanası

Sultan Məhəmməd miniatürü:

File:Miraj by Sultan Muhammad.jpg
Rəssam: Sultan Məhəmməd Rəsm: Məhəmməd göyə yüksəlir(Xəmsə) Muzey:Britaniya kiotabxanası

Mirzə Qədim İrəvani

Mirzə Qədim İrəvani (1825-1875) — XIX əsrdə yaşamış azərbaycanlı rəssam və nəqqaş.

Mirzə Qədim İrəvani Qərbi Azərbaycanın İrəvan şəhərində doğulub. O, rəssamlıq sənətini ağac üzərində bədii oyma ustası olan atasından öyrənib. Yaradıcılığının ilk dövründə dekorativ sənətlə məşğul olmuş, nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərmişdir. Azərbaycanda dəzgah rəngkarlığının(rəssam dəzgahında (molbertdə), kətan üzərində işlənən əsər) əsasını qoyan ilk sənətkarlardandır. Onun yaratdığı “Süvari”, “Rəqqasə”, “Dərviş” portretləri doğma incəsənətimizin fəxridir. İrəvaninin əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində bu gün də nümayiş etdirilir.

O, İrəvan sərdarının sarayındakı panno və süjetli kompozisiyaları bərpa etmiş, sarayın “güzgülü zal” adlanan otağının divarında hökmdar Fətəli şah Qacarın və vəliəhd Abbas Mirzənin monumental(irihəcmli memarlıq tikililəri ilə sıx bağlı olan rəngkarlıq əsərləri) portretlərini yağlı boya ilə çəkmişdir. İrəvan şəhərində yerləşən bu memarlıq abidəsi erməni təcavüzü nəticəsində dağılmışdır.

Onun yaratdığı “Vicihulla Mirzə”, “Molla”, “Qadın”, “Gənc oğlan” Azərbaycan Dövlət İncəsənət Muzeyində, “Mah Tələt xanım” əsəri isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Portretlər ifadəliliyi, zəngin koloriti ilə bu gün də seyrçiləri heyrətə gətirir.

Rəssam “Şahzadə Aleksandr arvadı ilə”, “Şah və vəziri” əsərlərinə məişət səhnələri əlavə etmişdir. Onun “Çiçəklər və quşlar” adlı əsəri Rusiyanın Sankt-Peterburq şəhərinin “Ermitaj” muzeyində sərgilənir.

Şərq miniatür üslubunu, xalq sənətini və Avropa rəngkarlıq ənənələrini öz yaradıcılığında birləşdirən ustadın əsərlərində dekorativlik və real üslub bir-birini tamamlayır.

M.Q.İrəvani Azərbaycan təsviri sənətinin inkişafına təkan verən və onu yeni istiqamətə yönəltməyə nail olan böyük sənətkardır.

Oturmuş qadının portreti. XIX əsrin 70-ci illəri
Oturmuş qadının portreti. XIX əsrin 70-ci illəri
Fətəli şahın portreti. İncəsənət muzeyi. XIX əsr

M.Q.İrəvaninin “Qacar şahzadəsi Məculla Mirzənin” portreti Azərbaycan incəsənətində dönüm sayıla bilər. Çünki bu rəsmdə ənənəvi miniatür üslubu olsa da, rəssam  üz cizgilərinin dəqiqliyinə və üç ölçülü olmasına diqqət etmişdir. Rəsm akvarellə çəkilib və haı-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Qacar şahzadəsi Məculla Mirzənin portreti

Usta Qənbər Qarabaği

Usta Qənbər Qarabaği (1830-1906) – Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası.

Rəssam Şəki Xan Sarayının tavan və divarlarındakı rəsmləri ilə Azərbaycan tarixinə iz qoyub.

File:Shakikhanpalace3.jpg

Shakikhanpalace2.jpg

 

 

Bəhruz Kəngərli

Bəhruz Kəngərli (22 yanvar 1892, Naxçıvan – 7 fevral 1922, Naxçıvan) – rəssam, boyakar və qrafik. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır.
Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyl göstərmişdir. Tiflisdə Qafqaz Incəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxumuşdur (1910–1915). Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur.
Yaradıcılığının ilk dövründə müəllimi – mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D. Qudiaşvilinin portretlərini çəkmiş, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaratmışdır (“Qoca kişi”, “Toy”, “Elçilik” və s.). 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri həmyerlilərini heyran etmişdi. O vaxt “İqbal” qəzeti yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”. Kəngərlinin zəngin bədii irsi qalmışdır. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkmişdir. Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (“Yaşlı kişi”, “Gürcü” və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri (“Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və s.), mədəniyyət abidələri (“Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri”), ilin fəsilləri (“Payız”, “Bahar”) əks olunmuşdur.

O, 1922-ci ildə fevralın 7-də 30 yaşında xəstəlik səbəbiylə vəfat etmişdir

Rəsm:Qaçqın xanım
Rəssam:Bəruz Kəngərli
Muzey: Milli İncəsənət
Rəsm:Qaçqın xanım
Rəssam:Bəruz Kəngərli
RƏsm: Tatar
Rəssam: Bəhruz Kəngərli
File:Bahruz Kengerli Nakhchivan.jpg
Rəsm:Naxçıvan haqqında xatirələr (XX əsr) Rəssam:Bəhruz Kəngərli Muzey: Rəngkarlıq Muzeyi
Rəsm:Qız portreti (XX əsrin əvvəli)      Rəssam:Bəhruz Kəngərlı                      Muzey: Rəngkarlıq Muzeyi

 

 

 

Rəsm:Dağ mənzərəsi, (1916) Rəssam:Bəhruz Kəngərli  Muzey:Azərbaycan Milli İncəsənət Muzeyi

 

 

 

 

 

 

Abbas Hüseyn

 

Abbas Hüseyn — XX əsrin əvvəlində Tiflis şəhərində fəaliyyət göstərmiş azərbaycanlı rəssam. Rəsmləri əsasən 1903-1923 illərdə yaradılmışdır. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycan ailəsi (1914)
Su daşıyan (XX əsrin əvvəli)
Rəsm:Azərbaycanlı qadın(1908)                                        Rəssam:Abbas Hüseyn                                                    Muzey:Milli İncəsənət

Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral 1864 —17 mart 1940) — Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist.

Biz onu daha çox “Füyuzat” kimi publisistik fəaliyyətdə görsək də, ədibimizin əslində rəssam kimi də çox önəmli fəaliyyəti olmuşdur. Çəkdiyi əsərlər arasında babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin portreti və “Bibi-Heybət məscidi” adlı əsərləri diqqət çəkir.

Şeyxülislam portreti
Bibiheybət

 

Azərbaycanlı rəssamlar mənbə:

Abdulbagi Bakuvi

Metropolitan Mir Musavvir

Mir Musavvir 

Sultan Məhəmməd

Müzəffər Əli

Mirzə Qədim İrəvani

 

Bəhruz Kəngərli

 

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin