Qara ulduzlar mövcud ola bilərmi?

0

Gecə səmaya baxarkən az qala bütün rənglərdə ulduzlar görürük. İsti olanlar mavi, bir az daha soyuq, amma yenə də Günəşə görə olduqca isti olanlar ağ, Günəş kimi olanlar sarı və ən soyuqları da qırmızı rəngdə görünür. Lakin bu rənglərin arasında yaşıl ya da bənövşəyi rəngi görə bilmirik. Bu vəziyyət cisimlərin yalnız istiliklərinə görə işıqlanmasından qaynaqlanır. Cisim nə qədər istidirsə, o qədər yüksək enerjiyə sahib olaraq işıq saçar. İnsanların infraqırmızı kameralarda parlamasının səbəbi də budur. Bizim sahib olduğumuz istilik infraqırmızı şüalarda gözdə xoş bir parıltı yaranmasına səbəb olur. Lakin ulduzlar bizdən qat-qat daha istidir, bu səbəbdən onlar infraqırmızı şüalara görə daha çox enerjiyə sahib vizual parıltı yaradırlar. Vizual bölgədə qırmızı ən aşağı enerjiyə, mavi isə ən yüksək enerjiyə malikdir. Əgər bu aradakı rənglərin hamısını bir-birinə qarışdırsaq, əldə edəcəyimiz rəng ağdır. Buna görə, istiliyi artan cisim əvvəl qızarır (çünki qırmızı bölgədə daha çox parlayır), sonra ağarır (qırmızı ilə mavi tarazlanır), sonra da maviləşir (ağ rəngə həddindən artıq mavi əlavə olunsa, maviləşməyə başlayar). Bu arada bir yaşıl ulduzun ortaya çıxma ehtimalı buna görə yoxdur. Əslində, ulduzlar daha isti ola bilsəydi, bir şans olaraq bənövşəyi rəngə sahib ola bilərdilər. Lakin ulduzların istilikləri də onların kütlələri ilə məhdudlaşır və ulduzlar müəyyən kütlədən daha çoxuna sahib ola bilməzlər, buna görə, bənövşəyi ulduzlar da yoxdur.

Bəs qara ulduzlar? Oralarda bir yerlərdə var olub da görə bilmədiyimiz ulduzlar olması mümkündür mü? Bəlkə də, haqqında eşitdiyimiz qaranlıq maddə elə qara ulduzlar imiş?

Əslində, bu elə də doğru görünmür. Çünki ulduz dediyimiz cisimlər kütləsi səbəbiylə öz üzərinə çökmüş, buna görə, nüvəsindəki istilik həddindən artıq yüksəlmiş cisimlərdir. Hər cisim təbiətcə sahib olduğu istiliyə görə parlamaq məcburiyyətində olduğu üçün qara bir ulduzun var olmasını düşünə bilmərik. Qara cisim çox soyuqdur və bu da ulduz olmağın tərifinə uyğun gəlmir. Əslində, Günəş kimi ulduzlar ömürlərinin sonunda geriyə sadəcə isti bir nüvə buraxırlar. Bunlara ağ cırtdanlar deyirik və ağ cırtdanlar ömürləri boyunca sahib olduqları istilikdən dolayı parlayaraq enerjilərini itirirlər. Enerjilərini itirdikcə soyuduqları üçün bir gün qara, soyuq bir cisim halına gələcəklərini bilirik (qara cırtdan olacaqlar). Lakin bu, olduqca uzun bir zaman aldığı üçün hələ belə qara cisimlər olmadığını bilirik. Onsuz da parlayan ağ cırtdan belə ulduz deyil, ona cırtdan deyirik. Çünki onlar bir ulduz deyil, ulduzdan geriyə qalan, öz enerjisini yaratmayan, yalnız mövcud enerjisini istehlak edən göy cisimləridir. Deməli, ağ cırtdan ulduz deyilsə, olması ehtimal edilən qara cırtdan da ulduz deyil. Qısaca, qara ulduz deyilən anlayış yoxdur deyə bilərik.

Mənbə:
http://rasyonalist.org/yazi/siyah-yildizlar-olabilir-mi/

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin