Qarabasma və ya ruh görməyin elmi izahı nədir?

0

“Ruh” gördüyünü düşünmək –  ölü heyvan və ya ölü insan ruhlarının fiziki dünyaya təsir etdiyi düşüncəsidir . Lakin elm və sübutlarla dolu bir dünyada bu paranormal təsirlərin varlığına dair inanclar ümumiyyətlə çox sadə şərhlərlə bir anda anlaşıla bilər. Yaxşı,insanlar niyə “qarabasma gördüm” kimi bir düşüncəyə qapılırlar? Paranormal hadisələrə aid sadə üç psixoloji şərh.

1. Psixoloji Təlqin

Paranormal vəziyyətləri açıqlama səyləri psixoloji faktorlardan (məsələn; təlqin kimi) yararlanır, buna görə də hansısa bir yerlə bağlı əvvəldən ruhlarla bağlı hekayələr eşitmisinizsə, orada ruh (qarabasma) görmə ehtimalınız daha çoxdur. Edilən bir araşdırmada, iştirakçılardan bir teatr salonunun beş əsas hissəsini ziyarət etməzdən əvvəl onların emosiyalarını bildirən bir anketi doldurmaları istənildi. Tur başlamazdan əvvəl, iştirakçılardan ibarət bir qrupa gedəcəkləri yerin qarabasmalı olduğu, digər qrupa isə həmin hissənin təmirdə olduğu deyildi. Gözlənildiyi kimi həmin yerin qarabasmalı olduğu deyilən qrupdakı iştirakçıların paranormal hadisələrə bənzər hadisələr yaşadıqları görüldü.

Digər tərəfdən, ruh çağırma seansları üzərinə edilən araşdırmalarda da alınan nəticəyə görə şifahi təlqinlərin eyni zamanda mövcud paranormal inancla əlaqəli olduqda paranormal hissləri artırdığı görüldü. Lakin həqiqi dünyada araşdırmalar əsassız nəticələri ortaya qoyur. Bu arada təlqinin təsiri inancların müxtəlifliyindən asılı olaraq adamdan-adama dəyişir. Yəni, paranormal inanclara malik insanların öz düşüncələrini dəstəkləyici məsləhətdən təsirlənmələri daha çoxdur, skeptik fərdlərin isə paranormal şeylərin var olmadığına dair düşüncələri bu məsləhətdən daha az təsirlənmələrinə səbəb olur.

2. Elektromaqnit sahələr və qəribə səslər

Bir digər elmi şərhdə isə; elektromaqnit sahələr və səs sonrası ekoloji faktorların paranormal hadisə kimi insanların həyatına təsir etdiyi düşünülür. Kanadalı nevroloq Michael Persinger; beynin gicgah payına müxtəlif elektromaqnit səslərin göndərilməsinin paranormal hissləri, məsələn; görünməz bir varlığın olduğu, tanrının hiss ya da kiminsə toxunması kimi düşüncələri ortaya çıxartdığını demişdir. Və qarabasma görüldüyü iddia edilən yerlər əsasən nizamsız maqnit sahələrinə malikdir.

Bənzər şəkildə, səs diapozonunun -insanın eşidə biləcəyi səs dalğası altında qalan frekanslar da bunun kimi fenomenlərə gətirə bilər. Bir misalda bir musiqi əsərinə aşağı səs tezlikləri əlavə edildi və dinləyicilərdən musiqiyə olan reaksiyalarını təyin etmələri istənildi. Əldə edilən müşahidələr nəticəsində, həmin səslərin əlavə olunduğu dinləmələrdə tüklərin biz-biz olduğu, gərgin, narahat və qorxulu hiss ya da hüznlü duyğular müşahidə edildi.

3. Kimyəvi hallüsinasiyalar

“Fövqəltəbii” hisslər eyni zamanda karbon-mono-oksid, formaldehid və pesdisidlər kimi kimyəvi maddələrdən də ola bilər. Həmçinin, göbələk kiflərinin də paranormal düşüncələrə qapılmamıza səbəb olduğu da məlumdur. Clarkson Universiteti, Shane Rogers və qrupu paranormal təcrübələr və göbələk sporlarınım halüsonogenetik təsirləri arasındakı bənzərlikləri araşdırdı. Belə ki bu, insanların havalandırması olmayan və ya hava keyfiyyətinin pis olduğu köhnə binalarda nəyə görə daha çox “qarabasmalar gördüyü”nü izah edir. Bu təcrübə yeni deyil və tədqiqatçılar köhnə kitabların da insanlara eyni təsiri olduğunu bildirir. Bu araşdırmada kimyəvi maddələrə məruz qalmağın paranormal hisslərin adi həyatda yaşanılan hadisələrə veridiyimiz reaksiyayla bağlı olduğu və mental ya da nevroloji simptomları hərəkətə keçirə biləcəyi sübut olundu.

 

Mənbə:

“Hayalet Görme” Yanılgısına Kapılmanın Bilimsel Açıklaması
http://bilimfili.com/hayalet-gorme-yanilgisina-kapilmanin-bilimsel-aciklamasi/

Əlavə ədəbiyyat:
1 Perceptual and Motor Skills. https://www.ncbi.nlm.nih.gov/pubmed/9229473
2 The Psychologist. https://thepsychologist.bps.org.uk/volume-24/edition-10/new-voices-power-suggestion 
3 http://www.innerworlds.50megs.com/God_Helmet/god_helmet.htm
4 http://www.strangerdimensions.com/2013/06/21/infrasound-the-fear-frequency/
5 Clarkson University. Clarkson University Undergrads Research Link Between Hauntings & Indoor Air Quality. http://www.clarkson.edu/news/2015/news-release_2015-03-31-1.html
6 http://articles.chicagotribune.com/1996-09-21/news/9609210090_1_fungus-books-hallucinogenic

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin