Qolları kəsilsə də, musiqisinə davam edən sənətçi – Victor Jara

1

Viktor Xara (VİCTOR JARA) (1932-1973)

Victor Lidio Jara Martinez, 28 sentyabr 1932-ci ildə, Çilidə yerləşən kiçik bir kənddə, Loquen’də yoxsul bir ailədə dünyaya göz açır. Daha kiçik yaşlarındaykən atası evi tərk edir. Anasının böyük əmək və güc sərf edərək böyütdüyü Jaranın, mahnı oxumasında da anasının rolu böyükdür. Anası da musiqi ilə məşğul olmuş və oğluna da Çili xalq musiqisini öyrətmişdir.

Jara anası öldükdən sonra, muhasibat üzrə aldığı təhsili yarım buraxıb, ilahiyyat üzrə təhsil almağa başlamışdır. Kilsənin xorunda musiqi biliklərinin ilk təməlini qoymuşdur. Lakin kilsədəki təhsili sona çatdıqdan sonra, dinə olan inancını itirən Jara, başqa kiçik işlərlə məşğul olmağa başlayır. Qısa bir müddət sonra isə əsgərliyə gedir. Geri döndükdən sonra, Çili Universitetində Teatr məktəbinə qəbul olur. İşlərində uğur əldə edən Jara, tamaşalara rejissorluq edir və Çili Universitetinin xorunda ifa etməyə başlayır.
Nueva Cancion (Yeni Mahnı) axınının qurucusu olan Violeta Parra ilə tanış olur və Afrika mədəniyyəti ilə birləşdirərək “Yeni Mahnı”nı ərsəyə gətirir. “Yeni Mahnı” qısa vaxt ərzində imperializmin qarşısında bir simvol halına gəlir. Bu axın həmçinin o illərdə bir çox sənətçinin də iştirak etdiyi inqlab hərəkatıdır..
Viktor Xaranın çox təsirləndiyi Violeta Parra, Santiago’da kiçik kafe sahibi, Çili xalq musiqisinin heyranı olan sənətçidir. Həyatı mübarizə ilə keçən bu qadın gənc yaşında intihar edər. Onun intiharı Victor Xaranı çox dərindən kədərləndirir..

Vaxt keçdikcə, Jaranın mahnıları xalq arasında yayılmağa başlayır və 1966-cı ildə Jara ilk albomunu çıxarır.

Jara, 1970-ci il seçkilərində Çilidəki sol müxalifəti Unidad Popular’ı (Xalqın Birliyi) və Salvador Allendeyi dəstəkləyir. Xalq sənətkarı olmağına baxmayaraq ölkəsində baş verən siyasi hadisələrə əsla kənardan izləyici qalmırdı.
Seçkilərdən 3 il sonra, 11 sentyabr 1973-cü ildə General Pinoçetin (Augusto Pinochet) başçılığı ilə hərbi çevriliş baş tutur. Bu çevriliş ilə birlikdə, Çilidə ilk dəfə seçim ilə iqtidara keçmiş sosialist höküməti devrilir və yerinə 17 il davam edəcək olan diktatorluq rejimi qurulur.
11 sentyabr 1973-cü ildə olan hərbi çevrilişdə Viktor Xara “Texniki Universitet”də iş başındaykən həbs edilir və digər yoldaşları ilə birlikdə “Çili Milli Stadionu”na gətirilir. Burada o, qorxunc işkəncələrə məruz qalır və bir daha gitara çalmaması üçün barmaqları qırılır. Hətta bu dəhşətli işkəncələr zamanı belə Jara, Unidad Popular’ın mahnısını (Venceremos) ifa etməyə çalışır..
Vəhşicəsinə döyülən Jara, tüfənglə öldürülür və cəsədi Santiago məzarlığının yaxınlığında tapılır. Lakin həyat yoldaşı yenə də, onu şərəfli şəkildə dəfn edə bilir. Həyat yoldaşı, 1994-cü ildə Jaranın şərəfinə “Fundación Víktor Xaranı düzəltdirməyə nail olur.

Çilidə olan jurnalistlərdən Vladimir Çernisev, Jaranın son anları haqqında bunları deyir;

” Viktor Xara dodaqlarında mahnı ilə öldü. Onu yanından heç ayırmadığı dostu, gitarası ilə birlikdə stadiona gətirdilər və o, mahnı oxumağa başladı. Digər həbs edilənlər də gözətçilərin onları susdurmaq istəməsinə baxmayaraq, mahnını onunla birlikdə oxuyurdular. Sonra bir zabitin əmri ilə əsgərlər Jaranın əllərini qırdılar. O, artıq gitaradan istifadə edə bilməməsinə baxmayaraq, hələ də mahnını pıçıltıyla oxumağa davam edirdi. Onun başına güclü zərbə endirərək parçaladılar və digər həbs edilənlərə ibrət olsun deyə, qollarını kəsib stendlərin qabağına asdılar.”

 

Yazı RezoMusic Facebook səhifəsi üçün hazırlanmış, Rezonanss.com-da arxivlənmişdir

 

Altyazı ilə musiqiləri:

Victor Jara – Zamba del ‘Che’  – https://www.youtube.com/watch?v=S6gHBP3noxY

Victor Jara Manifiesto –https://www.youtube.com/watch?v=DeT_wc4sdVk

Tərcümə etdi : İsmət Məmmədova

Redaktə: Ziya Mehdiyev

1 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin