Rəngli görməyimizi meyvə axtaran atalarımıza borcluyuq

0

Məməlilər arasında, primatları ikidən çox üç fərqli işıq tipinə həssas konus hüceyrələrinə sahib olduqları üçün bənzərsiz hesab edə bilərik. Bu insanların və yaxın qohumlarının standart rəng spektri olduğunu düşündüyümüz şəkildə görmələrini təmin edir. (Qırmızı yaşıl rəng kor olan insanlar, təbii ki, fərqli bir spektri görüşünə sahibdirlər.) Primatların niyə üçrəngli (trikromatik) görməyə sahib olduqları, ümumiyyətlə atalarımızın arxa planı çox yaşıl olan meşələrdə rəngli və yetkin meyvə axtarışı nəticəsində yaranan seçim təzyiqi ilə izah edilmişdir.

 

Bir Qədim Dünya meymunu genomu olan resus makakları, bu hipotezi test etməyimizə yarayacaq genetik qurluşa sahibdilər. Genetik müxtəliflik daxilində bəzi dişi makaklar üç tip konus hüceyrələrinə, bəziləri isə iki tip konus hüceyrələrinə sahibdirlər. Makaklar üzərində edilən araşdırmalar, tirkromatik görməyə sahib olan dişi makakların, dikromatik (iki rənkli) görməyə sahib olan dişilərə görə daha sürətli bir şəkildə meyvələri tapdıqlarını göstərdi. Bununla yanaşı təbii həyat sahələrindəki makaklar üzərində bu doğrulama sınaqları olduqca çətin idi, səbəbi isə makakların tapılmasının çətin olması, bununla birlikdə kimin nə vaxt nə yeyəcəyi mövzusunda yaşın və statusunun da çox əhəmiyyətli olmasıdır.

 

Cayo Santiaqo, Porto Rikoda 30 fərqli ağac növündən bəslənən 80 fərqli makak üzərində edilən 20,000’dən fərdi müşahidə ilə reallaşdırılan araşdırmanın tapıntılarını Kanadadakı Calgary Universitetindən Amanda Melin, AAAS * konfransında dilə gətirdi.

 

Araşdırmaların nəticəsində Melin, üçrəngli görməyə sahib dişi makakların, iki rənkli görməyə sahib olanlara görə  daha asan və sürətli bir şəkildə meyvələrin yerini təyin edərək onları yediyini və bu işin ayrıca üstünlük təmin edən bu xüsusiyyətin üçrəngli görməyin insanlarda və yaxın qohumlarında təkamülü fikrini güclü bir şəkildə dəstəklədiyini ifadə edir

 

Mənbə ; American Association for the Advancement of Science

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin