Rəsm sənətində Sürrealizm və Rene Maqrit

0

Sürrealizm XX əsrin əvvəllərində Avropada ortaya çıxan bir incəsənət cərəyanıdır. Şair və rəssamlar I Dünya müharibəsinin səbəb olduğu fəlakətlər qarşısında dəhşətə gəlmiş, şüuraltının xəyallar dünyasına yönəlməyə başlamışdılar. 1924-cü ildə dərc olunmuş “Sürrealizm bəyənnaməsi”ndə düşüncənin ağlın nəzarəti olmadan və əxlaq kimi əngəlləri heçə sayaraq ortaya qoyulmasını müdafiə etdilər. Əsərlərindəki əşyaları qeyri-ənənəvi şəkildə canlandıran bu sənətçilər, əsasən, xəyalların gizli dünyasını dilə gətirməyə çalışdılar.
Sürrealistlər insanlığın yaranmasından bəri maddi dünyaya paralel olaraq inkişaf edən gizli duyğuların, inancların, mifologiyanın, sehrbazlığın, gizli elmlərin, əfsanələrin, qorxunc xəyal dünyasının rəsm sahəsində təmsilçiləri oldular.

 

“Terapist”, 1937

 

1920-ci ildə “Sürrealizm manifesti”ni dərc edən şair və yazar Andre Breton (André Breton) bu cərəyanı belə dəyərləndirir: “Mənə qalsa, ən qüvvətli sürrealist imic – rəsm, görünüş, hadisə və s. kimi ən yüksək ziddlik dərəcəsinə yüksəlmiş olandır. Sürrealist əsər ziddliklərlə dolu, reallıqla hər tərəfli əlaqəsi kəsilmiş, itirilmiş olaraq özünü göstərir. Sürrealizm xəyal dünyasının əksidir. Sürrealizmdə reallığın normal görünüşü tamamilə bağlanmışdır.

 

“İnsan oğlu”, 1946

 

Sürrealist rəssamlardan biri də Rene Maqritdir (Rene Magritte).

 

“Gənclik”, 1924

 

Rene Maqrit bütün zamanların beynəlxalq sürrealist sənətçisi idi. O, rəsmlərini belə izah edirdi: “Rəsmim heç bir şeyi gizlətməyən vizual şəkillərdir. Sirr oyandırırlar və əslində, rəsmlərimdən biri görüldüyü zaman mənə belə bir sual verirlər: ‘Bu nə deməkdir?’, ‘bu heç bir məna ifadə etmir, çünki sirrin mənası yoxdur, bilinmir’.”

1916-1918-ci illər arasında Rene Brüsseldə olan Gözəl Sənətlər Akademiyasında (Academie des Beaux – Art) oxumağa qərar verdi. Sonra isə məktəbi tərk etdi, çünki zaman itkisi olduğunu düşündü. Bütün rəsmləri daha sonra kübizmi, Pikasso (Pablo Picasso) tərəfindən tanıdılan və o dövrdə çox məşhur olan hərəkətləri ehtiva edirdi.

 

“Pandoranın qutusu”, 1951

 

1927-ci ildə Rene Maqrit Brüsseldəki “La Centaurie” qalereyasında reallaşan ilk kişi sərgisini açdı. Lakin tənqidçilər sərgini mənfi qiymətləndirib, pis istiqamətdə istifadə etdikləri üçün qalereya sarsıntı yaşadı və Parisə köçdü. Parisə köçdükdən sonra, Rene Maqrit sürrealizmin qurucusu olan sənətçi Andre Bretonla dostlaşdı və vizual sürrealist hərəkatın öndə gələn adı oldu. Eyni zamanda, Kirikonun (Chirico) 1910-cu və 1920-ci illər arasındakı tablolarından təsirlənən Maqrit yuxu kimi çevrədə tapılan erotik açıq obyektləri boyamağa başladı. Əsərləri Coan Mironun (Joan Miro) təşviq etdiyi vizual avtomatizm ilə ispaniyalı Salvador Dalinin (Salvador Dali) istifadə etdiyi illüziyalı sürrealizmin yeni bir şəkli arasında bir fərq yaratdı.

 

“Çılpaq”, 1919

 

Maqritdə gizlənənlər görünənlərdən daha əhəmiyyətlidir. Bu, həm öz qorxularının, həm də əsrarəngizin təsvir tərzinin gerçəyidir. “Həyat tapıntısı”, “Sevgili”, “Orta hekayə” onun başlıca əsərləridir.

“Gördüyümüz hər şey başqa bir şeyi gizləyir. Gördüyümüz şeylərin nəyi gizlətdiyini görmək istəyərik. “

– Rene Maqrit

II dünya müharibəsində Belçikanın işğal edilməsi zamanı Maqrit Brüsseldə qaldı və Andre Breton ilə fasilə verdi. Bretonla başlayan macəranın ardından Rene Maqrit 1943-44 -cü illərdə rəngli bir rəssam tərzini qısa bir zaman öncə qəbul etdi. Bu, alman işğalı altındakı Belçikada yaşamaqla birlikdə gələn yadlaşma və tərketmə hisslərinə reaksiya olaraq “Renoir zamanı” kimi adlandırıldı. Bu zaman müddətində Maqrit, Van Qoq (Vincent Van Gogh), Pikasso (Picasso) və Sezanın (Cezanne) yalançı boyama produksiyası ilə özünü dəstəklədi. Bu iş daha sonra qardaşı Paul Maqrit tərəfindən davam edildi.

Yaratdığı əsərlərin bir çoxu bənzər səhnələri və təkrarlanan mövzuları təsvir edirdi. Bir çox cansız obyektləri bir insan fiquru içində istifadə edirdi və digər sənətçilərin vermədiyi fərqli stilləri yaradırdı.

 

“Dəfinələr adası”, 1942

 

Rene Maqrit karyerasının növbəti illərində heykəllər üzərində çalışmağa başladı. 1936-cı ildə Nyu-Yorkda bir sərgisi açıldı. Ardınca iki retrospektiv sərgi açıldı. Biri 1965-ci ildə Müasir sənətlər muzeyində, ikincisi isə, 1992-ci ildə Metropoliten muzeyində keçirildi.

“Əgər yuxu oyanıq bir həyatın tərcüməsidirsə, həyatı oyandırmaq da yuxunun bir tərcüməsidir. “

– Rene Maqrit

Rene Maqritin yaratdığı əsərlərdən təsirlənən çox sayda sənətçi vardı. Lakin sənət dünyası qeyri-adi bir şey etməyə ancaq izləyiciləri özünə xas yaradıcı və bənzərsiz bacarıqları ilə təsirləndirdikdən sonra başlamışdır. Rəqəmləri sorğulayıcı bir şəkildə təqdim etmək bacarığı əsərlərini, xüsusən, 1960-cı illər boyunca son dərəcə arzulanan hala gətirmişdi.

 

“Sevgili”, 1928

 

“Sevgili” II, 1928

 

1967-ci ildə pankreas xərçəngi səbəbilə ölməsinə baxmayaraq, Rene Maqritin əsərləri hələ də öz ölkəsində və dünyada sərgilənməkdədir. O, sadəcə yeni bir stil təqdim etməklə qalmamış, eyni zamanda, sürrealist cərəyanda bir lider olmuşdur.

Mənbə: https://www.renemagritte.org

Tərcüməçi: Bənövşə Soltanova

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin