“Qoy nə düşünürlər düşünsünlər,lakin mən batmaq fikrində deyildim,

Mən batana qədər üzmək istəyirdim, lakin bu eyni şey deyil.”

Cozef Konrad – “Gizli ortaq” 1910-cu il.

 

Tetsuya İşida (ing. Tetsuya İshida) 16 iyun 1973-cü ildə Yadzu şəhəri, Şizuoka prefekturası, Yaponiyada  anadan olmuşdur.  O, dörd qardaşdan ən kiçiyi olmuşdur, atası parlamentin üzvü, anası evdar qadın idi. Tetsuya uşaqlıqdan həmişə şəkil çəkirdi. 11 yaşında “İnsan hüquqları haqda manqa” adlı uşaq rəsm festivalında ilk premiyasını almışdır. 1992-ci ildə Yaizu Central High Schoolu bitirmişdir. Daha sonralar İşida intervyusunda danışmışdır ki, o zaman onun valideynləri və məktəb direktoru ondan akademik müvəfəqiyyət və müəllim və ya kimyaçı olmağını tələb edirdilər. Bu perioddan keçirtdiyi stress daha sonra onun yaradıcılığında yeni nəslə göstərilən təzyiq kimi əks olunmuşdur.

Elə 1992-cı ildə İşida Tokioya köçür və Musaşıno İncəsənət Universitetində (Musashino Art University) dizayn fakültəsinə (Visual Communication Design) daxil olur. Tetsuyanın valideynləri onun seçimindən razı qalmadıqlarından onun təhsilini maddi cəhətdən təmin etməkdən imtina etdilər.

İşida və kinorejissor İsamu Hirabayaşi (ing. İsamu Hirabayashi) universitet illərində dostlaşdılar və müxtəlif art-proyektlər üzərində işləmək üçün müasir multimedia kompaniyası yaratdılar. 90-cı illərdə Yaponiyada iqtisadi düşüş illəri idi, buna görə də, firma qrafik dizayn firmasına çevrildi. Beləliklə, İşida bu proyekti yalnız rəssam kariyerası üçün tərk etdi.

1995-ci ildə 6-cı Hitotsubu sərgisində qran-pri, həmçinin Mainichi Design Award premiyasını qazandı. 1996-cı idə universiteti bitirdi, elə bu ildə onun Tokioda “Guardian Garden Gallery” galareyasında  “Tadayou Hito” adlı sərgisi nümayiş etdirildi. 1997-ci ildə JACA Japan Visual Exhibition qran-prisi,1998-ci ildə Kirin Contemporary Award premiyasını qazanmışdır. 1999-cu ildə Tokioda “İshida Tetsuya” adlı şəxsi sərgisini nümayiş etdirmişdir. 2001-ci ildə VOCA Exhibition sərgisində priz qazanmışdır.

23 may 2005-ci ildə Maçida prefekturasında qatar yolunun üstündən keçən şoseni keçərkən Tetsuya İşida qatarın altında qaldı. O, yerindəcə öldü. Onun 31 yaşı var idi.

2006-cı ildə rəssamın ölümündən sonra onun əsərlərindən ibarət yığmaya onun ölümünə ithafən “Bədbəxt hadisə” adı qoyulmuşdur. Lakin bir çoxu onun əsərlərindəki tutqun xarakterə diqqət edərək İşidanın ölümünün əsl səbəbinin intihar olduğunu deyirlər.

Tetsuya İşida rəssam-kamikadze idi. Frida Kahlonun kişi versiyası. Toxunduqda həqiqi olduğu bilinirdi, düşünülmüş tragizm deyildi. Onun dünyasına daxil olan kimi, sürünən melanxoliyadan qorxuya düşüb tez ordan çıxmaq istəyirsən. Yapon rəssamının əsərləri qorxuducu və təsiredicidir. Onun əsəs iş mövzusu adi yaponiyalının məişət həyatı idi. Əsərlərində “şəhər-insancıq”, “canlı konveyner”, ruhun standartlaşması motivləri görülür. Rəsmlərin ba şqəhrəmanı – bu da çox vaxt avtoportret olur, maşın-bədənə zəncirlənib yə ya konveynerin istehsalının bir hissəsini təşkil edir.  Müasir yapon həyatı İşidanın  əsərlərində izolyasiya, təcrid olmaq, insanların texnologiya cəhətdən inkişaf etmiş cəmiyyətdə özünü itirməsi kimi öz əksini tapmışdır. O, özündən sonra 180-ə yaxın əsər buraxmışdır.

“Mən rəssam-salehlərin işlərini sevirəm, elə insanlar ki, həqiqətən inanırlar ki, fırçanı hər dəfə sürtməklə dünya bir az daha gözəl olur” – Tetsuya İşida belə deyirdi.

Aşağıda Tetsuya İşidanın yaradıcılığından nümünələr görə bilərsiniz:

“Böyük çarx”, 1995-cu il, mənbə: tetsuyaishida.jp

 

 

“Tualetə qaçan bir adam”, 1996-cı il, mənbə: tetsuyaishida.jp

 

 

 

 

“Uçmaq qabiliyyətini itirmiş insan”, 1996-cu il, mənbə: tetsuyaishida.jp

 

 

“Prezidentin çətirinin altında”, 1996-cı il, mənbə: tetsuyaishida.jp

 

 

“Meduzanın yuxusu”, 1997-ci il,  mənbə: tetsuyaishida.jp

 

 

 

“Oyanmaq”, 1998-ci il,  mənbə: tetsuyaishida.jp

 

 

 

“Uzaqda”, 1999-cı il, mənbə: tetsuyaishida.jp

 

 

“Ziyarətçı”, 1999-ci il, mənbə: tetsuyaishida.jp

 

 

 

 

 “Adsız”, 2000-ci il, mənbə: tetsuyaishida.jp

 

 

 

“Adsız”, 2001-ci il, mənbə: tetsuyaishida.jp

 

 

 

“Otlatmaq”, 2003-cü il, mənbə: tetsuyaishida.jp

 

 

 

“Adsız”, 2003-cü il, mənbə: tetsuyaishida.jp

 

 

 

 

“Metastaz”, 2004-cü il,  mənbə: tetsuyaishida.jp

 

 

Mətn üçün mənbə: http://elenakuzmina.blogspot.com/2010/06/canvas-in-sadness-tetsuya-ishida-1973.html

http://www.mariatrudler.com/?p=5918

Rəsmlər üçün mənbə: http://tetsuyaishida.jp

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin