Rəssam: “Pol Qogen” həyatı və əsərləri

0

Pol Qogen (Paul Gaugin) 1848-ci ildə Parisdə dünyaya gəlmişdir. Atası jurnalist idi. Atasının qəzetinin Napoleonu tənqid edən yazılarına görə Qogen ailəsi Peruya köçür. Ata yolda vəfat edir. Kiçik Qogen 6 yaşında Parisdə yataqxanalı məktəbdə yaşadığına görə günlərini Peruda keçirir.

Istiridyə ilə natürmort (Still Life With Oysters), 1876

16 yaşında dəniz ticarət donanmasına daxil olur və gəmilərdə zabit kimi işləyir. Səfərdə olarkən anasının ölüm xəbərini alır. Anası yaxın dostu Quvtav Arosanı uşaqlarının qoruyucusu təyin etmişdi. Arosa Qogenə birjada iş tapır. Qogen yaxşı bir rəsm kolleksioneri Arosadan təsirlənərək rəsmlə maraqlanmağa başlayır. Rəsm kurslarına gedir. Bir əsəri 1876 Paris Rəsm Salon Sərgisinə qəbul edilir. Lakin əsərləri bəyənilmir və lağ edilir.

Payız mənzərəsi (Ferma və nohur) (Autumn Landscape (Farm and Pond)), 1877

Tikməçi və ya Mette Qogen (The Embroiderer or Mette Gauguin), 1878

1876-ci ilə impressionistlərin ən vacib simalarından Pissarro ilə tanış olur. Pissarro bir çox sənətkara təsir etmişdir. Qogenə öz istifadə etdiyi üsul olan “en plain air” (açıq hava) üsulunu tanıdır və sevdirir. Pontaiosedə Qogen ilə keçirdiyi dövr, Qogenin ondan təsirlənməsinə səbəb olur. Bu dövrdə Monet, Sisley və Pissarro təsiri altında impressionist rəsmlər çəkən Qogenin bütün təndiqlərə və arvadının etirazlarına rəğmən rəsm ehtirası hər şeyin önünə keçir. Ərinin özünə və beş uşağına baxa bilmədiyindən arvadı uşaqlarını da götürüb ailəsinin yanına qayıdır.

Pəncərə kənarında vazada güllər (Vase With Flowers On The Window), 1881

Əsər Qogenin Karsel küçəsindəki evində çəkilmişdir. Bu əsərdə bir-birindən ayrı kimi görünən rəsmin sağ və sol parçaları ortadakı vaza sayəsində birləşir ya da obrazlar ənənəvi rəsmdəki üstünlüklərini itirərək əşyaların arxasında gizlənirlər. Rəssamın texnikasına uyğun qısa və sərt fırça zərbələri əsərə dərinlik qazandırır. Qogen bu işlərində özünəməxsus tərzinin ilk siqnallarını verir.

Yatan uşaq, 1881

Qadınlar çiməndə, 1885

Qogen onu qəbul etməyən Paris sənətkarlarından uzaqlaşmaq üçün 1886-cı ildə aylardır planladığı səyahətini həyata keçirir. Britaniyaya gedir. Sonrakı illərdə çəkəcəyi Taiti mənzərələrinin ilk əlamətləri burada çəkdiyi əsərlərdə nəzərə çarpır. Rənglərin istifadə tərzi və fırça zərbələri erkən dövr əsərlərinə nisbətən daha fərqli, özünəməxsus formaya düşür.

Brettonlu kəndli qadınlar, 1886

Qogenin təxminən 6 ay keçirdiyi Pont-Aven-də ərsəyə gətirdiyi ən vacib əsəri “Bretonlu kəndli qadınlar”dır. 1886-cı ildə çəkilən rəsm dekorativ ünsürlər ehtiva edir. Bəyaz şapka və yaxaları ilə fərqli naxışlarla çəkilmiş ətəklər Qogenin Emili Bernardla birlikdə təşəbbüsçüsü olduqları sentetizm tərzini əks etdirir. Ətəklər və yaxalarda istifadə edilən xüsusi xarici qat vaxt keçdikcə yerini kontorlara buraxaraq Yeni Incəsənətin (Art Nouveau) təməllərini atmışdır.

Dəniz kənarı, 1887

1887-ci ildə Panamaya, oradan isə Martinika adasına gedir. Buradakı rəsmləri impressionizmdən ayrılışını da bərabərində gətirir. Canlı rənglər və rəsmlərdə əks olunan coşqunluq Qogenin burada nə qədər xoşbəxt olduğunu göstərir. Ancaq, maddi problemlər və xəstəliklər səbəbindən Parisə qayıtmağa məcbur olur.

Donuzotaran, Brittani, 1888

Rəqs edən Brettonlu qızlar, 1888

Qogen 1888-ci ildə Arla gedir və bir müddət Van Qoqun yanında qalır. Lakin iki sənətkarın arasında çıxan münaqişələr üst səviyyəyə çıxdığı üçün oranı tərk edir. Iki rəssamın birlikdə keçirdiyi dövrdə en plain air (açıq hava) rəsmləri çəkən sənətkarların tərzlərinin bir-birinə yaxınlaşdığı görünür. Mövzular yerli mənzərələrdən və fermerlerin yaşayışlarından götürülmüşdür. Sentetizmin təsiri Qogenin əsərlərindən yenə ortaya çıxmışdır.

Rəssamın öz portreti: Səfillər, 1888

Qogenin bu rəsmi Van Qoqa bir hədiyyədir. Van Qoq Qogendən Pont-Avendəki digər rəssamlardan portretlərini özünə yollamalarını xahiş edir. Bu əsər hazırda Amsterdamda Van Qoq muzeyində nümayiş olunur. Qogen bu portreti Viktor Hüqonun “Səfillər” romanındakı baş qəhrəmanından ilham alaraq çəkmişdir. Qogen də eynilə Jan Valjan kimi özünü cəmiyyətin təzyiqi altında hiss edirdi. Vinsentə belə yazmışdır: “Başıma hücum edən qan və gözlərimin çevrəsindəki rənglər dəmirçi ocaqlarındakı rəngləri xatırladır. Beləcə, qızmar lavalar ruhuma doğru axır və burnumun ətrafındakı cizgilər mənə Iran xalçalarındakı çiçəkləri xatırladır. Bunda abstrakt rəsmin və simvolizmin təsiri var. Arxa plandakı sadəlövh çiçəklər isə bədii saflığımızı əks etdirir”.

Qogen sonradan Taitidə çəkəcəyi rəsmlərdə istifadə edəcəyi dekorativ ünsürlər üzərində əvvəldən işləməyə başlamışdı. Arxa planda dostu Emili Bernardın (Emilie Bernard) portretinin kiçik bir eskizi vardır.

Van Qoq günəbaxanları çəkərkən, 1888

Hamburqlu incəsənət tarixçisi Rita Vildeqansın (Rita Wildegans) “Spiegel” jurnalına verdiyi reportajlarda Pol Qogenin yazdığı xatirələrdə Van Qoqun qulağını kəsənin bilinənin əksinə özü olduğuna işarə etdiyini vurğulamışdır. Vildeqansın fikrincə, Arlda eyni evi paylaşdıqları 8 həftə boyunca hər gün Van Qoq və Qogen qarşısıalınmaz aqressiya və yaddaş itkisinə səbəb olan “Absent” cinsi içki içirdilər və şəkil çəkərkən belə ayıq deyildilər.

Yaqubun mələklə mübarizəsi (Moizədən sonrakı xəyal), 1888

Qogenin 1888-ci il tarixli “Moizədən sonrakı xəyal: Yaqub ilə Mələyin mübarizəsi” adlı əsəri impressionizmin simvolizmə keçidini göstərən güclü bir əsərdir. Torpaq mövzuya uyğun olaraq qırmızı rəngdədir. Yaqub ilə Mələk arasında keçən mübarizəni ayindən sonra bir qrup qadın maraqlı izləməkdədir. Sağ tərəfdə Qogenin özünə bənzəyən rahib də mübarizəni izləməkdədir. Qogen bu əsərlə gerçək bir hadisəni yox, ayin sonrası hiss ediləni çəkməklə incəsənətə baxışını açıqca ortaya qoyur: “Sənətkar, ancaq öz-özünə yeni bir dünya yarada bilən insandır”.

1888-ci ildə Povendə gənc sənətkar Emil Bernard ilə birlikdə sentetizm adını qoyduqları yeni rəsm üsulunu inkişaf etdirmişdir. Bu 2 həcmli əsərdə 3 həcm hissini vermək üçün istifadə edilən göz qamaşdırıcı texnikaları bir yana buraxan dekorativ bir üslubdur. Rəng 2 həcmli təbəqə olaraq obrazın əhatə etdiyi sahəni örtəcək şəkildə yaxılır və qalın xarici cizgilərlə sərhədlənirdi.

Arlda Roubine Du Roidakı yuyucu qadınlar, 1888

Arlda gecə kafesi (Madam Jinu), 1888

Qogen Parisdə qaldığı dövrdə yenidən Bretona qayıtmış və bu dövrdə şah əsərlərindən biri olan “Sarı İsa”nı çəkmişdir.

Sarı Isa, 1889

İstifadə etdiyi tünd və xəyali rənglər, geniş dairəvi sahələr və rəsm etdiyi mistik mövzular özünəməxsusdur. “Sarı İsa” əsəri tərzinin ən tipik örnəklərindəndir. Əsər Pont-Aven yaxınlarında Tremalo kapellasındakı çarmıxda İsa heykəlindən təsirlənərək çəkilmişdir. İsa əsərdə başı yana əyilmiş formada çəkilmişdir. Qogenin öz portretini çəkərkən tez-tez istifadə etdiyi yanaşma bu rəsmdə də görülür.
Nəhayət 1891-ci ildə Taitiyə getmək üçün Fransanı tərk edir. Taitinin paytaxtı Papeetenin çox mədəniləşməsindən narahat olur və Mataieyaya gedir. Burada qaldığı müddətdə özünün gənc qızlarından xeyli sevgilisi olur. Bu qızlardan Teha’amana rəssamın həyatında xüsusi yer tutur. Rəssam 43 yaşında ikən Teha’amana 13 yaşında idi. Taitidə yaşadıqları və bu mələz qızla tanış olduğu barədə “Noa Noa” adlı kitabında bəhs edir.

Taitili qadınlar dənizdə, 1891

Qogenin Taiti rəsmlərindəki bu qadınlar sağlam və əzələli bədənləri ilə qarışıq çəhrayı, bənövşəyi və mavi rəngli isti və parıltılı rəng tonları içində təsvir edilirlər.

Melanxolik (Faaturuma (Melancholic)), 1891

Manqolu qadın (Vahine No Te Vi, Woman With A Mango), 1892

1893-cü ildə Taitini tərk edir və Parisə qayıdır. Açdığı ilk sərgi həmin dövrdə sensassiya yaradır. Rəsmləri kobud və bəsit hesab olunur. Bu dövrdə ailəsindən qalan miras ona maddi cəhətdən kömək olur. Emalatxana açır. Annah adından gənc bir qızla yaşamağa başlayır. Yaramaz davranışları ətrafın reaksiyasına səbəb olur. Buna görə 1895-ci ildə yenidən Taitiyə qaçır. Ayaq biləyindəki qırıq, alkoqoldan asılılıq, yoluxduğu sifilis (frengi) ona dözülməz ağrılar verirdi. Tez-tez xəstəxanaya aparılırdı, lakin pulu ödəyə bilmirdi. Üstəlik yerli xalq ona əvvəlki kimi maraq göstərmir. Ən sevdiyi qızı Alinenin ölümü isə onu məhv edir. Intihara cəhd edir, amma bacarmır. Son bir cəhdlə, bəlkə də ən yaxşı əsəri olan və insanın həyat prosesindəm bəhs edən 1898-ci il tarixli “Haradan gəlirik? Kimik? Haraya gedirik? adlı əsərini ərsəyə gətirir. Bu əsəri barədə 1901-ci ildə dostu Çarlz Moriseye yazdığı məktubda belə deyir: “Ölmək istəyirdim. Ümidsizliklə əlimə keçən bir kisə parçasına bu mövzunu bir dəfəyə köçürə bildim. Arsen içdim, amma yenə də ölmədim. Sadəcə iztirabım artdı…”

Haradan gəlirik? Kimik? Haraya gedirik?, 1898

Qogenin Taitiyə ikinci gedişində çəkdiyi bu rəsmdə olan çeşidli fiqurlar insan mövcudluğu ilə bağlı sualları təmsil edir. Rəsmə bu formada baxanda sağ tərəfdəki körpə yeni başlayan həyatı təmsil edir. Cinsiyyəti bəlli olmayan, arxası rəsmə baxan şəxsə çevrili oturan və qoltuq altını təhlil edir kimi görünən fiqur fərdin  öz cinsiyyətini anlamasını təmsil edə bilər. Alma yığan oğlan və solundakı almanı yeyən qız Adəm və Həvva hekayəsini yenidən səhnələyir. Ən soldakı yaşlı qadın ölümün eşiyindədir və ən sağdakı körpə ilə paralel olaraq çılpaqdır. Rəsm təhlil olunanda rəsmin adı olan “Haradan gəlirik? Kimik? Haraya gedirik?” sualları rəsmə baxan şəxsi həyatın mənası üzərində düşünməyə vadar edir.

Məryəm ayı (Te Avae No Maria (The Month of Mary)), 1899

Əsərləri kolleksionerlər tərəfindən maraq görməyə başlayanda Vollard adlı rəsm taciri şəkillərini çəkməsi üçün Qogenə aylıq müəyyən maaş ödəməyi vəd edir. Maddi problemi qalmayan Qogen Taitidəki ikinci ailəsini tərk edərək 1901-ci ildə Markiz adalarına yola düşür. Burada çəkdiyi rəsmləri daha durğun əsərlərdir. Xəstəliyinə və idarə ilə yaxşı yola getməməsinə baxmayaraq rəsm çəkməyə, heykəl düzəltməyə, yazı yazmağa davam edən Pol Qogen 1903-cü ildə ürəktutmasıdan vəfat etmişdir.

Iki qadın, 1901

Mənbə: http://www.leblebitozu.com/tahitili-kadinlariyla-paul-gauguinin-22-essiz-tablosu/

Redaktə etdi: Lalə Yusifova

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin