Rejissor: “Stenli Kubrik” həyatı və yaradıcılığı

0

Stenli Kubrik (Stanley Kubrick) 1928-ci ildə Nyu-Yorkun Bronks bölgəsində anadan olmuşdur. Uşaqlıq çağlarında çox ağıllı olsa da, məktəb həyatında bacarıqlı ola bilməmişdir. 12 yaşında ikən atası ona şahmat oynamağı öyrətmişdir. Şahmatı çox sevən Stenli həyatının geri qalanında da şahmatdan əl çəkmədi.

 

13 yaşında foto çəkməyə marağını görən atası ad günündə ona fotoaparat hədiyyə etdi. Bu onun həyatında rejissorluğa gedən ilk addım idi. Amma o illərdə Stenli caz davulçusu olmaq istəyirdi və bu işin texnikası ilə maraqlanırdı. Qısa bir müddət sonra fotoqraf olmaq istədiyinə qərar verdi və Nyu-Yorkda xeyli fotolar çəkdi. Çəkdiyi fotoşəkillərdən hazırladığı 2 fotoromanı “LOOK!” adlı jurnala satdı.

Orta məktəbi bitirdikdən sonra bir axşam məktəbinə yazıldı. Bu vaxt (17 yaşında idi) Look jurnalından təklif aldı və dərslərdən əl çəkib özünü istədiyi sahədə inkişaf etdirməyə həsr etdi. Bir reportajında bunun həyatda başına gələn ən gözəl şey olduğu söyləmişdir.
Burada işlədiyi bir neçə ildə Amerikanı başdan-ayağa gəzdi. Bu gəzintilərin Kubrikin tanınmasına təsiri oldu. Kolumbiya universitetinin tələbəsi olmamasına rəğmən dərslərdə iştirak etdi. Müasir Incəsənət Muzeyinin proqramı hər dəfə dəyişəndə yaxından izlədi və burada gördüyü filmlərin də təsiri ilə kinoya yönəldi.

Ilk filmi 1951-ci ildə Look jurnalında işlədiyi zamanlarda fotosunu çəkdiyi boksçu Valter Kartiyerdən (Walter Cartier) bəhs edən “Döyüş günü” (Day of the Fight) adlı 16 dəqiqəlik qısa sənədli film idi. Daha sonra “Uçan Keşiş” (Flying Padre) və “Dənizçilər” (Seafarers) adlı 2 qısa metrajlı film də çəkmişdir.
1954-cü ildə ilk uzun metrajlı filmi olan “Qorxu və arzu”nu (Fear and Desire) çəkdi. Kubrik reportajlarında bu filmini sevmədiyini, hətta adını belə ağzına almamaq istədiyini qeyd etmişdi.
Bura qədər rejissorun kino aləminə daxil olması ilə bağlı bəzi mövcud məlumatlardan bəhs etdik. Əsl hadisələr bundan sonra başlayır. Filmləri haqqında tək-tək məlumat vermədən öncə filmlər və bilmək istəyəcəyiniz bir sıra hadisələrdən bəhs edək:


1958-ci ildə “One Eyed Jacks” filmi üçün Marlon Brando (Marlon Brando) ilə birlikdə 6 ay işlədi. Lakin Kubrik və Brando arasında yaranan münaqişələrə görə proyekt ləğv edildi. Belə bir münaqişə olmasa, yəqin ki, şah əsər xarakterli bir film ərsəyə gələcəkdi.


Kubrikin tamamlanmamış bir çox layihəsi var idi. Bunların içərisində, yəqin ki, ən bilinəni “Napolyon”dur.(Napoleon) Kubrik film üçün hazırlaşdığı ərəfədə köməkçilərindən birinə Fransa imperatoru haqqında məlumatlar əldə edə biləcəyi hər kitabı alması üçün bütün kitabxanaları gəzməyini tapşırdı. Köməkçisi 100-dən çox kitabla geri qayıtdı və Kubrik onların hamısını oxudu. Bu əhatəli kəşfiyyatlardan sonra 1961-ci ildə ssenarini tamamlayan rejissor yaxşı maliyyəçi tapa bilmədiyinə görə Napolyon Kubrik arxivinin tamamlanmamış filmlərindən biri olaraq qaldı.


Umberto Ekonun (Umberto Eco) “Fukonun rəqqası” (Foucault’s Pendulum) romanının filmini çəkmək istədi, lakin Ekonun ssenariyə qatılmasına icazə vermədi. Vəziyyət belə olanda bu layihə də heç reallaşmadı. Eko öz romanının ssenarisinin yazılmasında iştirak etmək istəyirdi. Buna görə romanının istifadə edilməsini istəmədi. Bu vəziyyət barədə illər sonra açıqlama verən Eko peşmanlığını dilə gətirmişdir.
1990-cı ildə Brian Aldis (Brian Aldiss) ilə birlikdə “Al:Artifical Intelligence” (Süni Intellekt) adlı film layihəsinə başladı. Ancaq layihənin çox yavaş irəliləməsi və texnologiyanın çatışmamasına görə bu layihəni təxirə saldı.
Indi isə filmlərinə nəzər salaq. Kubrik öz hekayəsini yazan bir rejissor deyil idi. Adətən götürülmə filmlər çəkirdi, amma götürüb çəkəcəyi əsərin ssenariləşdirməsi ərəfəsində effektiv rol oynayırdı.


Kubrikin daha bir xüsusiyyəti “Kubrik” deyildiyi an ağla gələn ilk xüsusiyyəti olan mükəmməlliyyətçiliyidir. Belə ki, filmlərinin çəkiliş müddəti təxmini bir filmdən çox uzundur. Oynayan aktyor istədiyi qədər tərs olursa-olsun, Kubrik “Olmadı!” dediyi an o səhnə yenidən çəkilirdi.

Kubrik filmlərində, adətən simvolik bir ifadə istifadə etmişdir. 2001: Kosmik Odisseydən (2001:Space Odyssey) sonra, demək olar ki, hər filmində simvolizmin təsirini görə bilərik. Indi belə filmlərində müzakirə edirələr hadisələr mövcuddur.
Əsas hekayənin altında başqa bir hekayə gizlətməyi sevdiyini qeyd etmişdir.


Kubrikin filmlərində musiqinin təsiri də inanılmazdır. Tamamilə klassik musiqi həvəskarı olan Kubrik filmlərində arxa plandakı musiqini ya da mövzu olaraq müzakirə edilə bilinəcək musiqini ele ustalıqla seçmişdir ki təsirlənməmək mümkünsüzdür. 2001: Kosmik Odisseyin musiqiləri, Qurulan portağaldakı (Clockwork Orange) 9cu simfoniya, Gözləri tamamilə bağlıdakı (Eyes Wide Shut) Ikinci vals (Second Waltz) və daha çoxu. Gözlər bağlı filmindəki gizli şifrə olan “Fidelio” da Bethoven tərəfindən bəstələnən bir operanın adıdır.

Əgər bir Kubrik filmi izləyirsizsə, əmin ola biləcəyiniz şeylərdən biri filmin bir nöqtəsində mütləq sizi narahat edəcək bir şeylərin olmasıdır. Bütün filmlərinin özünəməxsus narahat edən ünsürləri mövcuddur. Kubrik xoşbəxt və klassik sonluqları heç sevməmişdir. Buna görə filmi pis sonluqla bitirməsə də, xoşbəxt bir sonluğa da yer verməmişdir. Narahat edici bir başqa ünsür də çılpaqlıqdır. Buna görə də filmləri müəyyən yaş kütləsinin üstünə xitab edir.
1999-cu ildə “Gözləri tamamilə bağlı” filminin çəkilişləri və qurğusu bitdikdən tam 3 gün sonra ürəktutmasından itirdiyimiz Stenli Kubrik hazırda bir çox rejissor və kino tənqidçilərinin heyranlıqla izlədiyi və hörmət etdiyi heyratamiz bir rejissordur. 48 illik rejissorluq həyatına 16 film sığdırmışdır və hər biri şah əsər sayıla biləcək mükəmməl filmlərdir.


Stenli Kubrikin filmlərinin siyahısı:

16. Dənizçilər (1953) IMDb: 5.5

Dənizçilərin həyatından bəhs edən rəngli çəkilmiş sənədli film.

15. Qorxu və arzu (1953) IMDb: 5.6

Rejissorun ilk uzun metrajlı filmidir.Təyyarəsi qəzaya uğrayan əsgərlərin öz cəbhələrini tapma mübarizəsi.
14. Uçan Keşiş (1951) IMDb: 5.7 
Sənədli film xarakterli qısa film. Təyyarəsi ilə yardım əlini uzatmağa gedən bir keşişin 2 günlük təcrübələri
13. Döyüş günü (1951) IMDb: 6.4
Döyüş günü rejissorun ilk filmidir. Toplandığı pulu ilə ilk aldığı kameranı necə istifadə edəcəyini soruşub öyrənir. Bir boksçunun rinqə çıxış ərəfəsindən bəhs edir.
12. Qatilin öpüşü (1955) IMDb: 6.7
Rejissorun karyera dəyişikliyiilə maraqlananlar üçün xüsusilə izləyə bilər. Ssenari moda və şəhər örnəklərini ehtiva edir. Obsessiv bir sevginin rəqqasə və boksçu üzərində reallaşmış halı.
11. Gözləri tamamilə bağlı (1999) IMDb: 7.3
Stenli Kubrik əsərlərinin sonuncusu. Sensasiya yaratmış, özünəməxsus ssenarisi ilə izləyicini məst etmişdir. Tom Kruz (Tom Cruise) və Nikol Kidman (Nİcole Kidman) baş roldadır. Evlilik, sədaqət kimi mövzularda suallar verməyə məcbur edən film bir çox fikir ayrılıqlarına səbəb olmuşdur. Psixoseksual macəralara şahid olacağımız cütlüyün yaşadığı dərin qorxu və həyəcan, görəsən, onları həyatda tuta biləcək?
10. Lolita (1962) IMDb:7.7
Yazıçı professor Humbert akademiyada dərs verməyə başlamazdan əvvəl kiçik bir qızla maraqlanmağa başlayır. Ona olan bütün arzularını qələmə alarkən marağını çəkməyi bacarır və evlənir. Lakin yazıçının dəftərini oxuyaraq qeyri-etik xəyallarını öyrənən anası baş verəcəklər qarşısında böyük bir qorxuya qapılacaqdır.
9. Spartak (1960) IMDb: 8.0
Monarxiyaya başqaldırma hekayəsidir. Həyəcan və dram dolu dəqiqələr boyun əyməyən kölənin hekayəsində həyat tapır. Üsyan əsgərlərinin mübarizəsi politik ssenarilərə qurban gedəcəkmi?
8. 2001: Kosmos Odisseyi (1968) IMDb: 8.1
Fantastika janrındakı film qısa bir hekayədən təsirlənərək çəkilmişdir. Dörd sahədə Oskar namizədliyi və vizual effekt Oskarına sahibdir. İnsanın təkamülünü, texnoloiya və süni intellekt qavramlarını işləmə tərzi, sürrealist təsvir və elmi reallığı, mədəni dəyərinə görə Amerikan Milli Arxivinə salınmışdır.
7. Son zərbə (1956) IMDb:8.1
Həyəcan və cinayət mövzusunda filmsevənlər üçün idealdır. Alcatraz  həbsxanasında cəzası bitən məhkumun evlənmədən əvvəl bir cinayətə də qarışma istəyi baş qaldırmışdır. Hadisələr isə dramatik bir formada inkişaf edəcəkdir.
6. Barry London (1975) IMDb: 8.1
Romandan kinoya köçürülən gözəl bir filmdir. Avropa burjuaziya mədəniyyətini olduqca açıq göstərən film, eyni zamanda çoxlu klassik musiqi örnəkləri ilə rəngləndirilmişdir.
5. Tam Metal Jaket (1987) IMDb: 8.3
Kubrikin bu filmi müharibədən, Vyetnam müharibəsinə hazırlıq dövründən bəhs edir. Film müharibənin nə dərəcə pis davranışlara səbəb olduğunun sübutudur. Cəbhə günləri geridə qalsa da, insan təbiətinə olduqca zidd vəhşətin sağalmaz yaralarını görmək peşman olmağa bəs edirmi?
4. Qurulan portağal (1971) IMDb: 8.4
Gənclərdən ibarət qrup liderlərinin bütün əxlaqsız tutum və davranışlarını qəbul edir və yerinə yetirir. Insanlara qarşı zorakılıqdan zövq almaqdadırlar. Vaxt keçdikcə qrup üzvləri ixtilafa düşür. Dostları tərəfindən satılan Aleks həbsə düşür. Əsas hadisələr bundan sonra başlayır. Cinayət və zorakılıq üzərində dərin düşünməyə hazır olun.
3. Zəfər yolları (1957) IMDb: 8.5
Müharibə ərəfəsində əsgərlərin hər cür psixoloji, texniki və nizami reallığından bəhs edir.
2. Parıltı (1980) IMDb: 8.5
Stefan Kinqin (Stephan King) yazıçılığını bəyənirsinizsə, bu filmi də bəyənəcəksiniz. Qış mövsümündə bağlı bir otelin qarovulçuluğunu öhdəsinə götürən ailə, eyni zamanda tətil şansı tapmış olmur. Oteldə yalnız ər-arvad və uşaqları vardır. Beləcə ataları çoxdandır yazmaq istədiyi kitabına vaxt ayıra biləcəkdir. Lakin günlər keçdikcə əsrarəngiz hadisələr onları qorxu və əsəblə qarşı-qarşıya qoyur. Ailənin psixologiyası necə olacaqdır? Qaçınılmaz dəlilik və özlərindən kim qalib çıxacaqdır? Cek Nikolsonun (Jack Nicholson) aktyorluğuna bir daha heyran olacaqsınız.
1. Qəribə həkim (1964) IMDb: 8.6
Həyəcan və komediya sevənlər üçün idealdır. Zidd duyğuları toqquşduran bu filmdə böyük bir stress altında ikən qəhqəhə atmağa hazır olun.
Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin