Ritm Dəniz fillərinin ən yaxşı müdafiəsidir

0

Uzun zaman olub? Amma o səsi heç vaxt unuda bilməzdin. Ali məktəblə bağlı xatirələr – hormonlarının ən üst səviyyədə olduğu bir zamanda rəqabətə girdiyin şəxs. Onları izdiham dolu otaqda görə bilmərsən, ancaq sadəcə səsinin avazını və danışığının ahəngini eşitmək bəs edər sənə dönüb qaçmaq, görünməz olmağa çalışmaq üçün. Sadəcə o qədər də xoş olmayan xatirələrin təkrarlanmaması üçün. Dəniz filləri sənin çəkdiyini çəkir.
Son araşdırmalar göstərib ki. Erkək dəniz fillərinin ritmi və avazı ilə bir-birindən fərqlənən çoxalma dönəmlərində istifadə etdikləri və tanıdıqları öz səsli “ad”ları var. Bu qulaq məsafəsindəki hər kəsə onların kimliyini bəlli edir. Radio kanalının musiqi səsi vəya beyzbol oyunçusunun musiqisi kimi.
Lion/Sant Etin Universiteti, Santa Kruzda Kaliforniya Universiteti və Paris-Sud Universitetindən tədqiqatçılar təxminən 20 il boyunca dəniz fillərinin bu səslərini dinləyiblər – universitetdən 30 mil şimalda yerləşən Ano Neuvo çoxalma məskənində dəniz fillərinin davranışlarını izləmiş və tədqiq etmişlər. Santa Kruzda Kaliforniya Universitetinin fəlsəfə doktoru və hazırki tədqiqatın həmmüəllifi Caroline Casey bu uzunmüddətli layihəyə 2009-cu ildə qoşulub.
Casey deyir: “Demək olar, bütün erkək dəniz fillərinin çoxalma sezonunda istifadə etdikləri və tanıdıqları öz adları var. Onlar bu adları yadda saxlayır və bu onların bir-birləri ilə döyüşməsinin qarşısını aldığı üçün çox önəmlidir. Əgər onlar daha əvvəl qarşıdurma yaşamışlarsa, sadəcə bu adı çəkməklə onlar daha öncəki qarşıdurmanın nəticəsini xatırlayar və hücum etmək ya ger çəkilməyə qərar verərlər.”
Dəniz fillərinin cəmiyyətində “alfa”lar vardır ki, onlar çoxalma sezonunda 100-ə qədər dişinin olduğu bir qrupu idarə edirlər. Digər erkəklər “beta”lar adlanır. Alfalar fiziki olaraq hücum etməklə betaları çoxalma hərəkətlərindən kənar qoyur. Bir beta alfanın “ad”ını eşitdikdə, döyüşün qarşısını almaq üçün qaçır.
Dəniz fillərinin çoxalma dönəmindəki davranışlarının tədqiqatı zamanı casey və onun qrupu bu səsli “ad”ların ritminin önəmini ortaya çıxarıblar. Onlar alfa erkəyin səsini yazır və sonra onu təhrif edərək betaya ötürür. Betalar yalnızca o zaman qaçır ki, səs alfanın səsinin fərdi variyasaları daxilində ola biləcək dərəcədə az təhrif olunmuş olsun. Əgər səs kəskin təhrifə məruz qalıbsa, betalar yerindən tərpənmir. Bu,  səsin həqiqətən həmin rəqibə məxsus olun-olmadığını müəyyənləşdirmək üçün ritm və avazın önəmini ortaya qoyur.
Casey deyir: “Biz düşündük ki, ritm və avaz fərdi kimliyi ifadə etməyə kömək edən iki komponentdir. Düşünürəm ki, bu aydındır, çünki biz artıq bilirik, səsin hansı elementləri önəmlidir.”
Bu sadəcə dəniz fillərindən daha çoxu üçün önəm kəsb edir. Casey deyir ki, baxmayaraq ki, insanlar ritm və musiqi dərketməsinin məhz insan keyfiyyəti olduğunu düşünür, onların apardığı və, həmçinin, tutuquşular üzərində aparılan araşdırmalar göstərir ki, ünsiyyət sistemində ritmik komponentlər olan hər heyvan ritmi dərk edə bilir.
O deyir: “Düşünürəm ki, digər insanlar da bizim qəbul etdiyimiz yanaşmanı qəbul etməlidirlər. Biz bu erkəklərin hər birini yaxından tanıdıq, onların səsini yazdıq, onların davranışlarını müşahidə etdik və çox diqqətli və dəqiq olduğunu düşündüyüm təcrübə hazırladıq. Bu bizə onların həqiqətən ritmi dərk edə bildiyini göstərməyə imkan verdi. Ümid edirəm ki, bu ritmik keyfiyyətləri olan səslərə malik heyvanlar üzərində çalışan digər insanların da bu kimi suallar üzərində çalışmaqlarına səbəb olar.
Casey deyir ki, qrup araşdırmanı gənc erkəklərin bu səsləri həyatı boyunca necə inkişaf etdirdiklərini, hansı təsirlərin önəmli olduğunu, bu səslərin öyrənilmə olduğunu, ya genetik komponent olduğunu tapmaq üzərində davam etdirməyi planlayır.
O deyir: “Biz diqqətimizi gənc erkəklərə çeviririk və malik olduqları səslər və alfa olmağa gətirən yol haqqnda öyrənməyə çalışırıq.”

Mənbə: http://www.popsci.com/elephant-seals-rhythm

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin