Rok: dünəni və bugünü

0

Bildiyimiz kimi Rok dünyaca məşhur, geniş yayılmış musiqi janrıdır və həmişə özünə məxsusluğu ilə seçilib. Amerikansayağı musiqi olaraq tanınan bu janr özündə bir sıra amerikan ənənələrini daşıyır. Kökləri XX əsrin 40-cı illərinin “rock and roll”-na gedir. Lakin bu, tam olaraq bizə rokun tarixini göstərmir. Təyin etdiyimiz mənbə isə 1730-cu illərin Amerikasındakı “böyük oyanış”dır.
“Böyük oyanış”ın əsasən 2 dalğası ayırd edilir:
1-ci oyanış Dr. İsaac Wats adındakı bir ingilisin musiqisi olan “hymms and spirituali”nin(“ilahi və mənəvi”) Londonda yayılması ilə başlamışdır və Boston təzyiqinin qalxması ilə birləşərək bütün ölkəyə yayılmışdır.
2-ci oyanış isə 18-ci əsrlərin sonları, 19-cu əsrlərin əvvvəllərində tez-tez baş verən əyləncə toplantılarında ortaya çıxan bir axındır.
Rock and roll əsasən blues(bluz) və country(kauntri) musiqi janrlarından təsirlənərək yaradılmışdır. Rok janrı isə bunlarla bərabər həm də elektro bluz, jazz(caz), classic(klassik) musiqi janrlarından da təsirlənmişdir.
Rokun əsas 3 tərzi var:
1)Normal Rock;
2)Hard Rock;
3)Heavy metal.
Qalan tərzlər isə bu 3 tərzdən törəmiş alt qruplardır.
Musiqi cəhətdən rok elektro gitara ilə ifa olunur. Əsasən elektro bas gitara və təbilin müşayiəti ilə rok qrupları tərəfindən ifa olunur. Tipik rok musiqiləri, əsasən dördün- dördə ölçüdə olur, lakin artıq gedərək ixtisaslaşan rok mürəkkəb və fərqliləşən bir hala gəlmişdir.
Ənənəyə uyğun olaraq rok musiqisinin mərkəzində elektro gitara olur. XX əsrin 50-ci illərində rock and roll’un məşhurlaşması nəticəsində modern hala gəlmiş rok elektro bluz gitaristlərinin musiqilərindən də təsirlənmişdir. Elektro bas gitara istifadəsinin öncülləri həmin dövrün caz musiqiçiləri idi. Bunlardan əlavə rok musiqisində piano və sintizator kimi alətlərdən də istifadə olunur.
Rok musiqi ifa edən musiqiçilərdən ibarət olan qruplara “rok qrupu” deyilir. Rok qrupları adətən 3 və ya 5 nəfər musiqiçidən təşkil olunur. Musiqiçilər hərəsi öz ixtisasına uyğun vəzifələri icra edirlər. Beləcə böyük bir kompozisiya əmələ gəlir.
Populyar musiqinin əvvəlki janrlarının əksinə rokun musiqi sözləri olduqca geniş mövzuya sahibdir. Sevgidən əlavə olaraq seks, sistemə qarşı üsyan, sosial problemlər və yaşayış tərzləri kimi mövzular rok qruplarının sevə-sevə ələ aldığı mövzulardandır. Rok həmçinin də propaqanda vasitəsi olaraq istifadə edilib. İstər siyasətdə, istər dinlərə qarşı, əsasən də sistemə qarşı rokerlər(rok musiqiçisi) tərəfindən çıxışlar olub. Bundan əlavə, rok musiqisinə yazılmış sözlərdə söyüş demək olar ki, bir adətə çevrilib.  Rok musiqilərinin əksəriyyətində ən azı 1 söyüş eşitmək mümkündür. Bu səbəbdən də rok marijinal musiqi janrı olaraq bilinir.
60-cı illərin sonlarında “rock and roll” yerinə sadəcə olaraq “rock” termini istifadə edilməyə başladı. Rok musiqi elə o vaxtlardan ən çox pop musiqi ilə müqayisə edilib. Bu janrlar arasında müəyyən qədər oxşarlıq olsa da, ələ alınan mövzular və toxunulan məsələlər tamam fərqlidir. Rok əksər hallarda canlı oxunur, bu da onu özünə məxsus edir və popdan fərqləndirir.
60-cı illərdən 70-ci illərə keçid edildiyində artıq Rok qrupları “super”, “mega” qruplar halına gəlməyə başladı. Bu qruplar, əsasən 60-ci illərdə qurulan qruplar idi. Onlar (Mody Blues, Pinck Floyd kimi qruplar) öz üzərində işləyərək zəifliklərini minimum səviyyəyə gətirdilər və mükəmməlləşdilər.
Bütün bu hadisələrdən və inkişafdan sonra rok artıq musiqi bazarında ən gəlirli sahəyə çevrilməyə başladı və bunu bacardı.
80-ci illərdə Heavy Metal tərzi rok janrına partlayış gətirdi. Heavy metal 60-cı illərin Hard rokuna dayanır.
Bu illərdən sonra rokun yaşadığı qalxış-düşüşlər isə onu daha da ixtisaslaşdıraraq profesionallaşdırdı. Sonralar kədərlə və pessimizmlə bəzənmiş, fəlsəfəsini Hard rokdan və “punk”dan alan bir çox Alternativ tərzdə qruplar yarandı. Bu qruplar da bir çox alt  tərzin ortaya çıxmasına və ciddi işlər görülməsinə səbəb oldu. Bugün bu rok tərzi bütün dünyada yayılmışdır. Rok dinləyicləri isə gündən-günə artmaqdadır. Çox güman ki, bəşəriyyət yaşadıqca rok janrı da musiqi sahəsində ən önəmli yerlərdə qərarlaşacaq

Faydalı ədəbiyyat: Britanicca

Yazdı: Nihad Qəhrəmanlı

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin