Şəkillərlə: Nəsli kəsilmiş heyvanlar

0

 ABŞ-lı vəhşi təbiət fotoqrafı Joel Sartore nəslitükənən heyvanları xilas etmək üçün onların şəkillərini çəkir.

Joel Sartore həyat  yoldaşı  Kathy-ə döş xərçəngi diaqnozu qoyulduğunda 15 il idi ki, National Geographic üçün vəhşi təbiət fotoqraflığı edirdi.

 

Üç uşağı da olan Sartore, xanımının  radiyasiya və xemoterapiya  müalicəsi zamanı kömək  edəbilmək üçün işindən bir illik icazə aldı.

 

Dünyanı dolaşıb şəkil çəkməyə fasilə verdiyi bu müddət ərzində gördüyü işlərin yaratdığı təəssüratları  düşünməyə vaxtı oldu.

 

Sartore, “nəsli kəsilməkdə olan heyvanların vəziyyətini gördükcə bunu dəyişdirə bilmək üçün nə edəbiləcəyimi düşünməyə başladım” deyir.

 

Təcrübəli fotoqraf, Nebraskada bir  zooparkda tüksüz köstəbək siçanının şəkilini çəkərkən ağlına şəkil seriyası fikrinin necə gəldiyini danışır.

Bu kiçik heyvanı, fon rəngi qara və ya ağ olan bir şəkil çərçivəsinə yerləşdirərək heyvanın professional bir portretini çəkməyi düşünmüşdür.

 

Sartore, “əgər heyvanlarla göz təması qursaq, şəkillərini  diqqətimizi  dağıtmayacaq bir fonda yerləşdirərək çəksək və bütün heyvanların boyu eyni olarsa, məsələn bir siçan bir fil qədər nəhəng və mükəmməl görünsə, insanların nəsli kəsilməkdə olan heyvanların vəziyyəti ilə daha çox maraqlanacaqlarını düşündüm” deyir.

 

Sartorial həyat yoldaşı sağaldıqdan sonra yenidən ona yaxın olan zooparklarda şəkil çəkməyə başladı.

 

National Geographic işçiləri də ona qoşularaq çəkiliş üçün şərait qurmağına kömək etdilər.

 

“Çox vaxt heyvanlar günorta yeməklərini yeməyə gəldiklərini düşünürlər elə də olur amma, eyni zamanda mən onların şəkillərini çəkirəm.”

 

Layihə böyüdükcə National  Geographicdəki editorların diqqətini cəlb etdi və Sartoredən yenə  bir neçə  seriya şəkil çəkməyini istədilər.

 

Bu günə qədər 40 ölkədə 6 min növün şəklini  çəkən fotoqraf, “şəkillərini çəkdiyim heyvanların çoxu azad  doğulub böyümürlər və baxıcıları heyvanların duyğularını çox yaxşı bilirlər”. Şəkil seriyası, “The National Geographic Photo Arc” adını aldı və Sartorenin portretləri National Geographic jurnalının üzərində, hətta  Birləşmiş Millətlər binasında, New Yorkdakı Empire State binasında və Vatikanda istifadə edildi.

 

Şəkilləri çəkərkən çətinlik çəkmədiyini söyləyən fotoqraf, “Bəzən aqressiv heyvanlarla rastlaşa bilirəm amma, ümumiyyətlə şəkil çəkmək çox rahat olur” dedi.

Bu il Sartore dünyada son qalmış saçaqlı ayaq ağac qurbağası Toughienin şəkilini çəkdi.

 

Toughie 2005-ci ildə Panama öldürücü bir göbələk olan chytrid göbələyindən qorumaq üçün təbiət sevənlər tərəfindən tutuldu.

 

Təbiətsevənlər onu Georgiadakı Atlanta Botanika bağına gətirdilər və Toughie burda dişi qurbağalar ilə cütləşdi, ancaq çömçəquyruqlardan heç biri həyatda qalmadı və bütün dişi qurbağalar öldü.

 

Sartore, Toughie ölmədən qısa bir zaman əvvəl şəkilini çəkməyi bacardı.

Sartore Toughienin nəslinin kəsilməsi ilə bağlı, “onun haqqında hər konferansda danışıram,  çünki insanların onun nəslinin tükənməsi haqqında üzülməsini deyil, heyvanlara qayğı göstərmələri üçün ilham almalarını ümid edirəm” deyir.

 

Sartore axırıncı ağ kərgədan olan Nabirenin şəklini çəkməyi də bacarmışdır.

Çexiya Respubilikasındakı bir zooparkda yaşayan gərgədan üçün Sartore, “vaxtında tutduq onu. Yatarkən çox gözəl bir şəkilini çəkdim, həyatının son günlərində həmişə yatırdı.”

Nabire bir həftə sonra öldü.

 

Nabire öləndən qısa müddət sonra San Diegoda başqa bir ağ kərgədan da öldükdən sonra,  bu növdən dünyada sadəcə üç ədəd qaldı və hamısı təhlükəsiz vəziyyətdə Kenyada yaşayırlar. Ancaq çox yaşlı olduqları üçün cütləşmirlər.

Sartore, “təkcə kiçik heyvanların nəsli tükənmir təəsüf ki, böyük heyvanlarda tükənir” deyir.

Sartorenin layihəsinin məqsədi 12 min növün şəkilini çəkmək və gələcək nəsillərə bir qaynaq saxlamaqdır. Həm də başqa heyvanların nəslinin kəsilməsinin  qarşısını almaqdır.

Qütb ayıları, pələnglər kimi böyük heyvanların nəsillərinin tükənməsindən insanların çox vaxt xəbərlərinin olduqlarını söyləyən Sartore, “ şəkillərini çəkdiyim heyvanların hardasa 80%-nin nəslini xilas edə bilərik. İnsanların onların varlığından xəbərlərinin olması və onlara aşiq olmaları lazımdır ki, kömək etmək istəsinlər” deyərək daha kiçik heyvanlara diqqət cəlb etmək istədiyini göstərdi.

Sartore, “Photo Arkın məqsədi kiçik, böyük bütün canlıların varlığını insanlara xatırlatmaqdır. Bu varlıqlar xilas etmək insanların əlindədir,  sağlam bir dünyaya sahib ola bilmək üçün bəzi  şeyləri xilas etməliyik” deyir.

Mənbə: BBC

Redaktor: Vəliyeva Fatimə

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin