Salvador Dali Parisdə

0

“Dali Parisdə”

1926-cı ilin aprel ayında, Dali incəsənətin qəlbinin döyündüyü şəhər olan Parisə getdi. Louvre Muzeyinə (fransızca tələffüzü: [myze dy luvʁ]) baş çəkdi və böyük ustaları araşdırdı. Bu avangard mənzərə onu çox həyəcanlandırdı. Picasso’nun yanına getdi. Picasso ona öz əsərlərini göstərdi, onlar haqqında danışdı. 1926-27-ci illər arasında Dali kubizm cərəyanından istifadə edərək natürmontlar, portretlər çəkdi və beləliklə kubizmi kəşf etdi.
Dali eyni zamanda Andre Breton daxil bir çox surrealist sənətçi ilə tanış oldu. İllər boyu Dalinin surrealist rəssamlarla mübahisəli əlaqəsi oldu ancaq öz düşüncələri ilə onların düşüncələri arasında önəmli kəsişmə nöqtələri var idi. Dali kimi surrealistlər də “qeyri-adi” olan ilə maraqlanırdılar. Breton “əvəzedilməz gözəlliyi” axtarırdı. Dali, surrealist rəsmlərin “fövqəladəliyindən” təsirlənirdi: Max Ernst və Yves Tunguy’nun həyati mənzərələrindən, Giorgio de Chirico’nun böyüyən kölgələri, açıq, sanballı qapıları və uzanan perspektivləri ilə səma rəsimlərindən.
Dali, 1927-1928-ci illər arasında surrealistlərlə aralarında olan məsafəni qorudu.
İlk dövrlərdə surrealistlər istər-istəməz şüuraltına fokuslanmışdılar. 1924-cü ildə yayımlanan ilk Surrealist Manifestində Andre Breton surrealizmi belə izah etdi: ” Surrealizm, istər söz, istər yazı, istərsə də başqa bir yolla, düşüncənin görünməyən, doğru üzünü ortaya çıxarmaq üçün müraciət edilən, içindən gəldiyi kimi yazma texnikasıdır. Ağlın nəzarəti olmadan (yuxuda olduğu kimi) hər cür estetik və mənəvi narahatlıq kənar tutularaq düşüncənin yazılışıdır.”

Salvador Dali – Honey is Sweeter than Blood (Bal Qandan Şirindir). 1926.

Dali bir tərəfdən surrealizmə qarşı təmkinli davranarkən digər tərəfdən də, bu repertuardan get-gedə daha çox istifadə etməyə başlayırdı. Surrealizmin əsas mövzusunu kəşf etməyə başlamışdı; yuxular.
Honey is Sweeter than Blood (Bal Qandan Şirindir) əsərində bir yuxunun içində özümüzü tapırıq. Hər şey yuxudadır. Əsər, bədənin yatarkən zehnimizdəki fikirləri ifadə etmək üzərinə təsvir edilib və insanın daxili dünyasını bir növ ortaya çıxarır. Bədən yuxulayaraq yerə yıxılıb və kəsilmiş başdaki gözlər bağlıdır. Bədən dincələrkən “zehin” – xəyal və yuxuların mərkəzi, parlaq rənglərlə rəngləndirilib və həyat doludur. Yuxudaki düşüncələr, çürüyən eşşək və üzən qarışqalar kimi dağınıq obrazlarla göstərilir. Dali, yaradılışın birdən çox mərhələsini göstərməyə cəhd edib.
Dalinin rəsmindəki tərtibetməsi bir il əvvəl Parisdə gördüyü Yves Tanguy’nun fövqəladə mənzərələrindəki tərtibetməyə bənzəyir. Tanguy kimi Dali də səmanı qeyri-formal mənzərədən ayırmaq üçün kəskin üfiq xətti istifadə edib; qəribə biyomorfik və geometrik formalar silsiləsi, qorxuducu kölgələr ərsəyə gətirib.

 

Tərcümə: İsmət Məmmədova

Yazılar R.M.C-nin  Düşüncəsiz səhifəsi üçün hazırlanmış,  rezonanss.com da isə arxivlənmişdir

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin