Şamanizm nədir?

0

Kam- Şaman

Image result for şaman

Şamanizm bütün dinlərə və xalqlara təsir etmişdir. Sir inanclardan hesab olunan şamanizmin əsasında təbiət və onu əhatə edən sehrli qüvvələr dayanır. Şamanizm dindən çox ,dini fikir sistemi hesab edilir. Dəqiq olaraq harda yarandığı bilinməyən şamanizm Orta Asiya ,Cənubi Sibir , Şimali ,Cənubi və Şərqi Asiya , Şimali ,Orta və Cənubi Amerikaya qədər yayılmışdı.

Ayin və mərasimlər təşkil edən ,xeyir və şər qüvvələrlə əlaqə yaradan ,xəstələri mülaicə edən ,fala baxıb gələcəkdən xəbər verən insanlara şaman deyilir.

ŞAMAN SÖZÜ

Şaman sözünün mənşəyi bilinmir. Tədqiqatçılar bu sözün sanskrit dilində “sırmana” və ya “çramana” olduğunu iddia edir. Qədim türkcədə “kam” adlanan şamanlara sonradan hər türk xalqı fərqli bir ad vermişdir. Anadoluda “ozan” , “aşıq” , “baxıcı” adlandırırdılar.

Maraqlıdır ki, qədim türk kitabələrində nə şaman , nə də kam sözünə rast gəlinib. Halbuki bu kitabələrdə  dini ayinlərdən çox bəhs edilir. Qırğızlar şamanı “qan” adlandırırlar.

Şaman və şamanizm adları ruslar vasitəsilə dünya ədəbiyyatına daxil olmuşdur. Ruslar Sibiri  tutduqları zaman buradakı xalqların ənənəvi dininə şamanizm adını vermişlər. Kəlmə Avropa ədəbiyyatına XVII əsrdə daxil olub.

KAMLIQ-ŞAMANLIQ

Tədqiqatçılar kamlıq və ya şamanlığı iki dövrə ayrırırlar. Birinci dövr insanlığın ibtidai dövrü ilə əlaqədardır. Şamanist inancların əsasları bu dövrdə qoyulub.

Kamlıq və şamanlığın ikinci dövrü tarixi dövrlərlə başlayır. Bu dövrdə şamanlıq bir sıra xalqlarının inancında iki şaman obrazı vardı : ağ və qara kamlar. Ağ kamlar xeyir , qara kamlar isə şər qüvvələri təmsil edir.

Amma türk və monqol xalqlarının ibtidai inancının şamanizm olduğu məsələsi mübahisəlidir. Doğrudur , türk-monqol xalqlarının inancında şamanizm ünsürləri həddindən çox olsa da bunları ümumilikdə şamanizm olaraq damğalamaq şübhə yaradır. İlk şamanların qadın olduğu qeyd edilir. Şaman olmaq insanın psixologiyasında yaranan bəzi dəyişikliklərlə əlaqədardır. Azərbaycanda belə adamlara “vergili adamlar” deyirlər. Şamanlıq irsən keçmir ,amma özü və oğlu şaman olan kamlar da var. Güclü şamanlara “ böyük kam” , cazibəsi zəif adamlara “kiçik kam” adı verilir.

Şamanın dəfni digər dəfnlərdən fərqlənir. Ölən şaman basdırılmır. Bir tabuta yerləşdirilib dörd sütun üstündə yerləşdirilir. Şamanın təbili və çoxmağı sındırılır.

ŞAMAN GEYİMİ

Şamaın geyimi 6 parçadan ibarət olur : uzun libas , qızıl başlıq , döş hissəsində yer alan zireh, əlcək, yüksək dabanlı ayaqqabı , qurşaq. Şamanın libası 30-60 hissədən ibarətdir. Paltarın yuxarısı qoyun və ya ceyran dərisindən hazırlanır. Paltarın yaxasına 9 balaca “gəlincik” tikilir. Bu xeyir tanrısı Ülgənin 9 qızına işarədir. Paltarın üzərinə kiçik zınqırovlar , zillər və yaylar asılır. Bu, şamana pis ruhlarla mübarizdə güc verir. Zınqırovlar 3 sıra halında düzülür və sayı 70 ədəddir. Yayların sayı 9 dur və və zınqırovların üstünə asılır.

ŞAMAN AYİNİ

Qədim türklərdə dini, milli ayinlər , yaslar və toylar kamların iştirakı ilə keçirilirdi. Şaman ayinləri 2 cürdür : dini və sehri ayinlər. Dini ayinlər də 2 yerə ayrılır : ailədaxili mərasimlər və bütün obanın iştirakı ilə keçirilən mərasimlər. Ayin zamanı şaman mərasimin ortasında yer alır . Böyük bir tonqal yandırılır. Şaman ağ libasını geyinir və əlində bayraq şəklində ucunda yaşıl budağı olan uzun ağac tutur. Abu onun göyə çıxma vasitəsidir. Tonqalın ətrafında təbil çalıb müxtəlif hərəkətlər edən kaş sonunda özündən keçir. Şüursuz halda yerə yıxılır və o anda bəzi sözlər pıçıldayır. Şamanın bu vəziyyətində dediyi sözlər bir hadisə haqqında qbaqcadan verilən məlumat hesab edilir. Əmir Teymur bütün hərbi səfərləri zamanı kamlara müraciət edirdi.
Müxtəlif məqsədlər üçün fala baxılır . Uşağın anadan olmasında , ona ad verilməsində ,savaş ərəfəsində ,gələcək haqqında ,yağış yağması ,məhsulun necə olması bir sözlə sosial həyatla əlaqədar hər hadisə şaman falının mövzusunu təşkil edir.

ŞAMANİZMİN TƏSİRLƏRİ

Türklər İslam dinini qəbul etdikdən sonra da kamlıq inanclarını yaşatmış və ona İslami don geyindirmişlər. Qəbirkultu, böyüklərə hörmət, pirlərə inam, seyid və dərvişlərə nəzir vermək , kəhanət , göy cisimlərinin insan həyatına təsir etməsi kimi inamlar bunların bir neçəsidir.

İslam dini ayinlərində də şaman ünsürləri tapmaq mümkündür. Müsəlman türklər arasında ölü üçün ehsan verilməsi , ölünün 7 , 40 və ilinin qeyd edilməsi ,qəbirə hörmət , şəkilli baş daşı, yas mərasimləri və məhərrəmlik ayinləri şaman inanc sisteminin təsiri altında formalaşıb .Misal üçün,məhərrəmlik ayinində mərsiyə oxunması ,yas tutmaq ,qara geyinmək ,qan axıtmaq ,ehsanların verilməsi , qətl  günü ev təmizliyi və paltar yumağın günah hesab edilməsi şamanizmin təsiri ilə xüsusilə Səfəvilər dövründə şiə inanc sisteminə daxil olmuşdur.

Şamanizm Avropa xalqlarına da təsir etmişdir. Xüsusilə yeni ilin qeyd edilməsi və Şaxta baba ( Santa Klaus) kimliyi şaman təsiri ilə formalaşıb və XII əsrdən Avropada formalaşıb.

Çöp çıxarılması , banka qoyulması , uşağın yastığənın altına dəmir parça qoymaq , paltara dua tikmək , boyuna dua asmaq ( muska) , qola ağ, qara,qırmızı parça bağlamaq kamlıq inancının günümüzdə də yaşadığına və “otaçı” deyilən şaman müalicə üsullarının həyatımızda davam etdiyinə əyani sübutdur.

 

 

Qaynaq- Kalafat Y , Doğu Anadoluda Eski Türk inançlarının İzleri , Ankara 1990 , səh.144

Əkbər N.Nəcəf – İnanc yaddaşı səh-131

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin