Saxta uçan boşqab və yadplanetli şəkilləri

0

 

Bu pozanı kim, nə üçün versin? Biri belə bir kadrı niyə qursun?
 
Elm sevərlər həyatlarının bir dövründə kainatda tək olmadığımız fikrindən və yadplanetlilərin dünyanı bəzən ziyarət etmiş ola biləcəyi fikrindən həyəcan keçirtmişlər. Hətta uşaqlığınız Erich Von Danikenin kitabları ilə keçmişsə, uzun bir müddət qədim sivilizasiyaların əsərlərini yadplanetli ziyarətləri ilə əlaqələndirmiş ola bilərsiniz.
 
Bilinməyənə olan maraq təbii bir refleksdir. Üstəlik “elmi sevmək” də eyni refleksdən yaranan hissdir. Təbiətdə son dərəcə maraqlı şeylər vardır. Auroralar, supernova partlamaları kimi nə olduğu bilinən fenomenlərdən əlavə, Tunguska hadisəsi kimi hələ də aydınlığa qovuşmamış gerçək hadisələr də bura aiddir.
 
Elmi-fantastik filmlərin mövzusu ilə insanların maraqlarının paralel olduğunu fərz etsək- nəticədə kinoteatr da bir sənaye növüdür və daha çox satış etmək istəyir- yadplanetlilərin, qiyamət günü ssenarilərinin və zaman səyahətlərinin elmin ən maraqlandıran hissələri olduğunu iddia edə bilərik.
 
Yadplanetlilər, bugünkü populyar deyişlə UFO-lar, hər dövrdə insanların marağını cəlb etmişdir. Bunun səbəbini isə istər yalnızlıq hissi deyin, istər maraq deyin, istərsə də qorxu deyin, insanların böyük bir hissəsinin istər inansın, istər inanmasın bu mövzüya maraq göstərdiyi aşkardır. Bəlkə də buna görə hər ay bir-iki xəbər ajansı bu haqda yazır.
 
İlk öncə bir termin səhvindən bəhs etməkdə fayda vardır. UFO ( Unidentified Flying Object), hərfi mənada “ uçan naməlum cisim” deməkdir və ABŞ hava qüvvələrindəki bir ehtiyacdan əmələ gəlmişdir
Ondan əvvəl “Sirli hava gəmiləri” (20. əsrin başlanğıcları) , Foo savaşçıları (II dünya müharibəsi) , Uçan boşqablar ( Flying Saucers, II dünya müharibəsindən sonra) kimi cisimlər də olmuşdur. 1952-ci ildə polkovnik Edüard J. Ruppert tərəfindən UFO olaraq adlandırılmasıyla bu ad bu anlayışa yapışdı. Texniki mənada nə olduğu anlaşılmayan uçan cisimlərə verilən bu ad bu gün “yadplanetlilərə məxsus hava vasitəsi” mənasında işlənir.
 
Nə ad verildiyi əsas deyil. Həqiqətən də bizdən başqa, bizim qədər ağıllı, hətta bizim planetimizi ziyarət edə biləcək gədər inkişaf etmiş canlılar ola bilər, amma bunu qeyd edək ki, bu günə qədər konkret, heç kimin inkar edə bilməyəcəyi bir sübut aşkar edilməmişdir. Yadplanetlilərin varlığı fanatik bir şəkildə inanmış şəxslər digər bir çox sübut edilməmiş şeydə olduğu kimi, dövlətlərin əllərində sübutların olduğunu, lakin onu gizlətdiklərini iddia edə bilirlər. Biz işin bu qismi ilə maraqlanmayacağıq və sadəcə inanan insanların ortaya atdığı saxta şəkillərdə diqqət edilə biləcək bir neçə nöqtəyə baxacağıq.

Bir neçə püf nöqtəsi

Saxta şəkilləri ayırd etmənin bir neçə püf nöqtəsi vardır. Bəzi şəkillərdəki uyğunsuzluqlar isə yalnız daha dərin araşdırma ilə tapıla bilir.

Şəkilləri mütləq dövrünə görə araşdırmaq lazımdır. Rəqəmsal şəkil texnologiyası və kompüterlərimizdəki görüntü emal proqramları və texnologiyası əlbəttə çox şeyi dəyişdirdi.  Ona görə də köhnə şəkillərin saxtalığını aydınlaşdırmaq yenilərinə nisbətən daha asandır. Yeni şəkillərə isə daha dərindən baxmaq lazımdır.

Ən azından köhnə şəkillərin saxtalığının aydınlaşdırılmasında istifadə olunan bir neçə püf nöqtəsindən bəhs edək.

Tək sübut

Şəhər, stadion, qəsəbə, yol kimi yerlərdə çəkilmiş çox sayda uçan boşqab şəkilləri vardır.

Birincisi insanların sıx yaşadıqları bölgələrdə sadəcə bir dənə UFO videosu və ya şəkli çəkilmiş olması heç də inandırıcı gəlmir. Köhnə şəkillər üçün eyni çeyi deməsək də hamımızın cibində kameralı telefonların olduğu bir dövrdə uzun müddətli və qalıcı UFO görüntüsünün sadəcə tək bir insan tərəfindən çəkilmiş və ya videoya alınmiş olması imkansızdır.

Bir çox şəkillərdə UFOnun çox sürətli olduğu, şəkli birdən-birə çəkildiyi iddia edilə bilər. Belə hallarda aşağıda bəhs etdiyimiz digər problemlər ortaya çıxır.

Tək bucaq

     Rus bir qadın iki il soyuducusunda saxladığını iddia etdiyi yadplanetli yaratıq.

Xüsusilə durğun, yəni cisimin varlığını həmişə qoruduğu saxta şəkillərlə əlaqədar cisimin tək bucaqdan şəkilləri. Bu cisimin saxta olduğuna aid sübutları gizlətmək məqsədilə cisimin ən yaxşı göründüyü bucaq istifadə olunur.

Xüsusilə “yadplanetli yaratıq” görüntülərində buna daha çox rast gəlinir. Böyük ehtimalla onun ibarət olduğu bağlantılar müəyyən bir bucaqdan görünməyəcəkdir və bu bucaq onun ən yaxşı göründüyü bucaq olduğundan şəkil də bu bucaqdan çəkilir.

Yuxarıda gördüyünüz şəkil rus bir qadının baxçasındakı bir dağıntıdan çıxardıb soyuducusunda saxladığı bir naməlum məxluqa aiddir.  2011-ci ilin sonlarında bu xəbər saytlarda həddən artıq tirajlanmışdı.

(Mövzu ilə əlaqədar Yalansavar yazısı: https://yalansavar.org/2012/02/14/buzdolabinda-uzayli/)

Kadr

Bəzən elə şəkillərlə rastlaşa bilərsiz ki, şəklin həm UFOnu və ya yaratığı ehtiva etməsi, həm də adi bir şəkil kimi görünməsi üçün üzərində xüsusilə əlləşiblər və bu məntiqsizlik bir kadrı əmələ gətirir. Hətta bəzən bu kadrlar olduqca gülməli də ola bilir.

Bu tip şəkillərlə bərabər hər zaman ” burada çəkmişdik, evə gələndən sonra gördük” kimi bəhanələr deyilir. Xəbərsiz çəkilən kadrın niyə elə çəkildiyini açıqlamaq çox çətindir.

İləridəki sətirlərdə nümunələr olduqca gülməli olan kadr vəziyyətlərini əks etdirir.

Sürət və hərəkətli cisimlər

Sürətlə uçduğu iddia edilən bir uçan boşqabın şəklini düzgün bir şəkildə çəkmək heç də asan deyildir.

Bilindiyi kimi hərəkətli cisimlər şəkillərdə hərəkət yönündən bulanıqlıq yaradır, çünki, fotoaparatın diafraqmanı açılıb bağlanana qədər cisim yer dəyişdirir və buna görə poza zamanı içərisində sabir durmayan cisimin görüntüsü çıxa bilməz.

Enstantan dəyəri çox aşağı tənzimləndikdə hərəkətli cisimin görüntüsü yaxşı şəkildə çəkilə bilər, ancaq bu dəfə də şəkil yetərli miqdarda işıq ala bilmir və aydın çıxmır.

Çox sürətli hərəkət etdiyi iddia edilən bir cisimin həm görüntüsü təmiz, həm də şəkil aydındırsa bu şəkildə rahatlıqla şübhələnə bilərsiz.

İşıq və kölgələr

İndilərdə isə komputerlərdəki görüntü emalı edən proqramları şəkilə əlavə edilmiş bir cisimin işıq və kölgə vəziyyətini möhtəşəm bir şəkildə tənzimləsə də, keçmişdə bunu tənzimləmək o qədər də asan deyildi.

Köhnə şəkillərdə işıq və kölgə xətası bir çox dəfə edilmişdir. İşığın gəldiyi istiqamətin daha aydınlıq olmalı olduğu, ya da metal və dairəvi olduğu iddia edilən cisimin işığı o qədər də metal və dirəvi əks etdirməməsi bu şəkillərin boşluqlarıdırlar.

 Bilərəkdən bulanıqlaşdırmaq

“Sürət və hərəkətli cisimlər” altbaşlığı altında yazdıqlarımızın əksinə, bəzən montajın ya da saxtalığın aydınlaşdırılmaması üçün cisim bilərəkdən bulanıqlaşdırılır. Digər cisimlərin netliyi ilə UFOnun netliyini qarşılaşdırmaq bir çıxış yolu olduğu kimi, əgər bütün şəkillər net deyilsə, durğun şəkillərin niyə net çıxmadığı soruşulmalıdır.

Nümunələr:

Cənubi Fransada çəkilmiş bir şəkil. (UFOevidence.org)

Bu şəkil ufoevidence.org  veb saytında göydə 9 ədəd cisimin təsbid edildiyi edildiyi şəklində izah edilir. Fotoaparata aid ləkə və ya pixel itkisi kimi görünən cisimlərin nə olduğu vacib deyil, ancaq başqa heç kimin bu 9 cisimdən birini belə təsbid etməmiş olması olduqca düşündürücüdür.

Kanada 2004, çəkən şəxs evdə şəkillərə baxarkən fərqinə vardığını söyləyir.

Bu şəkil yenə ufoevidence.org veb saytındandır. Quebecdə çəkilən şəkildə göydəbir cisim görünür. Şəkli çəkən şəxs şəkildəki cisimə evdə fərqinə vardığını deyir. Bu səbəbdən cisimin göydə uzun müddət qaldığını deyə bilmərik, ancaq əgər elədirsə, şəkli şəkən şəxsin nəyi çəkdiyini sorğulaya bilərik; çünki, çəkməyə dəyər tək bina olan kilsə tamailə kadra girməyib.

Vancouver adasından. İl 2005 (UFOevidence.org)

Eyni veb saytından bir başqa şəkil. Vancouver adasındakı liman üzərində çəkilmiş olduğu iddia edilən şəkil onsuzda perspektiv olaraq xətalıdır. Üstəlik netliyi də səhvdir və qəribə bir şəkildə heç kimdə fotoaparatı yoxmuş, başqa heç kim cisimin şəklini çəkməyib və bu hadisədən geriyə qalan tək sübut Robs adlı şəxsin şəkli olub.

Qar adamı ilə bədii şəkillər. Mənbə: Sirius UFO araşdırma mərkəzi şəkil galereyası

Türkiyədə fəaliyyət göstərən Sirius UFO və Kosmik Elmlər Araşdırma Mərkəzinin şəkil galereyasındandır. Çəkən şəxs qar adamını ortalasaydı həqiqi bir şəkil ola bilərdi. Qar adamı bir UFO mənzərəsində kənara qoyulmuş bir bəzək kimi durur. Yadplanetliyi çəkərkən niyə qar adamını şəklə almaq ehtiyacı duyulmuş ola bilər ki? Yox əgər qar adamı çəkilərkən UFO təsadüfən orada yer alıbsa, qar adamını kadra almamaq ehtiyacı nədən gəmişdir?

Mənbə: siriusufo.org

Möhtəşəm şəkillərdən daha biri. Bu şəkildəki məntiqi anlamaq çox çətindir. Anlayışı olmayan biri tərəfindən çəkilmiş bir kadr olduğu söylənə bilər. Şəkildəki uşaq fotoaparatın başqa bir yerə dönmüş olmasına heç bir reaksiya vermir. Çəkən şəxsin bir anda cisimi görüb onu çəkməyə qərar verdiyini düşünmək olar, amma bir sırada mütləq dostunu da şəklə daxil etmək istəyinə nə demək lazımdır?

Uçan gümüş qab!

Bu şəkil doğrudan da UFOlar haqda elmi çalışmalar etdiyini iddia edən bir qurumun saytında yer alır! Bu qədər açıq bir şəkildə, evdən götürülüş bir bəzək əşyası olduğu anlaşılan cisim onsuzda fotoaparatdan bir və ya iki metr məsafədə yerləşır. Nə şəklə oturub, nə də həqiqiliyi var. Yadplanetlilərə aid bir uçan boşqab olduğu iddiası mütləq doğru çıxsacaqsa, bu cisim onların ən yaxşı sənətkarının əlindən çıxmış olmalıdır.

İndi isə bir gerçəklik testi:

Aşağıdakı şəklə diqqətlə baxın:

Olduqca həqiqi görsənir elə deyilmi? Bir qazetdə və ya internet saytında “2012 ilində Adapazarı səmalarında çəkdim. Cisim bir müddət yavaşca uçduqdan sonra qeyb oldu” deyilsəydi, bir an üçün inanmağı düşünərdiz bəlkə də. Ancaq… Belə həqiqi görsənən şəkli necə asanlıqla düzəltməyi göstərən bir məqalə:

http://www.instructables.com/id/How-To-Fake-A-UFO-Picture/?ALLSTEPS

Metal bir duş başlığı nələrə qadirdir!

Komputer texnologiyası ilə metal bir duş başlığı möhtəşəm bir UFOya çevirmək olur. Bu da bir başqası:

http://www.instructables.com/id/UFO-Hoax-Picture/?ALLSTEPS

Nəticə

Planetimizdə özünü Ufoloq kimi tanıdan insanlar var. Ufologiya elm sahəsi kimi səslənsə də, Ufologiya psevdoelm kimi qiymətləndirilir.

Əslində belə olmaya bilərdi. Ufologiya həqiqətən də elmi araşdırma sahəsi ola bilərdi, amma özlərini Ufoloq olaraq tanıdan şəxslər bu tip şəkillərə şübhə ilə yaxınlaşmaq və onların səhvlərini tapmaq yerinə konkret bir sübut olmadan onların həqiqətən də yadplanetlilərə aid uçan boşqablara aid olduğunu iddia edərək sübut etməyə çalışırlar.

Həmçinin, planetlərarası səyahət etmək, radarlar və daha bir çox başqa hərbi texnologiyaya düşməyəcək qədər inkişaf etmiş bir texnologiyaya sahib bir irqin, heç cür bizim kamera və fotoaparatlarımıza düşmə mövzusunu həll edə bilməmələri,  bu gün karbon və kompozit kimi metaldan daha möhkəm və yüngül materialların texnologiyası əlçatan olmuşkən, onların hələ də metal istifadə etmələri çox da real görünmür.

Bu yazıda ortaya qoyduğumuz heç bir iddia yoxdur. Mən şəxsən kainatda bizdən başqa varlıqların olduğuna  və onların planetlər və ulduzlar arası səyahət etmə qabiliyyətinə sahib texnologiyaya sahib olma ehtimallarının olmasına inanıram. Hətta və hətta bu kainat həmşəhərlilərimiz doğrudan da Dünyayı ziyarət etmiş də ola bilərlər. Hər hansı birinin “mütləq etməmişdir” ya da “mütləq etmişdir” deyə bilməsi mümkün deyildir, ancaq ortaya qoyulan şəkillər, boşqab təsəvvürləri boyük ölçüdə saxtadır və heç biri konkret sübut təşkil etmir.

Əmin olun ki, bir çox alim həqiqətən də konkret bir şəkildə əldə ediləcək o sübutun gələcəyi günü gözləyir.

 

 

Tevfik Uyar, “Saxta uçan boşqab və yadplanetli şəkilləri”, Açıq Elm, Aprel 2012

Açık Bilim | Bilim yeterince heyecanlıdır…

Mənbə: Sahte Uçan Daire ve Uzaylı Fotoğrafları | Yalansavar

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin