Şeir yazan Robot

0

Şeir yazan Robot

Türkiyədə maraqlı bir hadisə yaşanıb. Belə  ki,  artıq  şeir yazan Robot var. Artıq, Robotun R-sini böyük yazmağım gəlir, çünki artıq xüsusiləşir. Lakin yenə də biz köhnə üsulla davam edək. Deniz Yılmaz adını tanıyırsınız? Böyük ehtimalla xeyr, ancaq bu şairin şeirləri Türkiyənin “Posta” qəzetinin köşəsində yayımlanır və insanlar onu  normal olaraq gerçək şair sandılar. Şeirlər həqiqətən  gözəl yazılmışdı. İndi isə texnologiyanın ilhamına toxunaq, bəli, necə də mənalı ifadədir “Texnologiyanın ilhamı”. Orada “texnologiya” sözü insan ilə əvəz olunur, belə ki, Bager Akbay adlı şəxs süni intellekt (Sİ) proqramlamış və bu Sİ şeirlər yazmışdır. Şeirlərini isə saxta isimlə, qeyd etdiyim qəzetdə paylaşmışdır. Yuxarıda gördüyünüz şəkildə Deniz Yılmazdır. Bager 100 insanın ortaq görünüşünü toplayaraq belə bir foto göndərir və beləcə Deniz Yılmaz yaranır. Bager Akbay Türkiyədəki adıyla “Lise”-ni bitirmədən davam edərək, Tokioda təhsilinə davam edib və sonra geriyə qayıdaraq İTÜ Matematik Mühendisliyi  (İstanbul Texniki Üniversiteti Riyaziyyat Mühəndisliyi) ixtisasında oxumuş, sonra Avstraliyada “Dijital Sanatlar” təhsili almışdır.

Deniz Akbayın bu vasitə ilə çap etdirdiyi iki şeirlə tanış olaq:

“Yazmak cumburdamak frapan yayınlamak

Kuşbaz ödünlemek mitos adaklamak
Apul hafızlamak kriket kıtırdatmak
Kaniş indüksiyon bitey mıncıklamak”

“Çok anlaşmanın tesis sıkıntının

Güzel bürokratik şirket toprakların

Geldik açıklıyor taksim kuralların

Sulak performansla pişman çalışmanın”

 

2-sini görək:Bu iki şeir Sİ-nin ilk vaxtlarıdır. Sonra Bager Sİ-yə Markov N-qramlarını öyrətmiş ki, bu düzgün yazma modeli 9u hadisədən sonra gerçək Deniz Yılmaz meydana gəldi deyə bilərik.

Mənbə:

Webtekno.com Şiir yazan robot

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin