Sekulyarizasiya Prosesi və Müasir Dövrdə Din

89

müəllif: s.f.d. Asəf Qənbərov

Sekulyarizasiya nədir?

Sekulyarizasiya, “institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi və ya zəifləməsi” prosesini ifadə etmək üçün sosioloqlar tərəfindən irəli sürülən tezisdir [1, s. 11; 2, s. 302]. Sekulyarizasiya terminini “dünyəviləşmə” kəlməsi ilə əvəz etmək mümkündür. Dünyəviləşmə ilə qəsd edilən məna dini norma və dəyərlərin yerinə rasional, ağıla və təcrübəyə istinad edən, ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Bu tezisə görə, cəmiyyətdə modernləşmə prosesi getdikcə dinin ictimai və mədəni rolu azalır. Nəticədə dini qurumlar çox məhdud sahədə fəaliyyət göstərirlər. Lakin daha sonra görəcəyimiz kimi, bu qanunauyğunluq, əsasən, Qərbi Avropa ölkələri üçün keçərlidir. Modernləşmə baxımından yüksək səviyyədə olan ABŞ-da din ictimai əhəmiyyətini və rolunu itirməmişdir. Bu səbəbdən də sekulyarizasiya tezisini müdafiə edənlər ABŞ-ın və müsəlman ölkələrin bir çoxunun istisna təşkil etdiyini vurğulayırlar [3, s. 22-23].

Mövzu ilə yaxından əlaqəli olan və tez-tez dünyəviləşmə prosesi ilə qarışdırılan başqa bir termin də sekulyarizmdir. Sekulyarizmi dilimizdə “dünyəvilik” termini tam qarşılayır və onu sekulyarizasiya (dünyəviləşmə) ilə qarışdırmaq doğru deyildir. Sekulyarizm dinin dövlətdən ayrı olduğunu və qanunvericiliyin dini doqmalara əsaslanmadığını ifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasında “dövlətin dünyəviliyi” [4, m. 7.1., 18.1.; 5] və “təhsilin dünyəvi xarakter daşıması” [4, m. 18.3.; 5] maddələri sekulyarizmin mənasını dəqiq təyin etmişdir. Burada işlədilən dünyəvilik, normativ termin olub siyasi-hüquqi mənaları ehtiva edir; sekulyarizasiya prosesi isə ictimai durumu təsvir edən deskriptiv (red.təsviredici anlayış) termindir.

Sekulyarizmin nəzəri əsaslarını ilk dəfə l873-cü ildə fransız mütəfəkkiri Ferdinand Buisson (1841-1932) irəli sürmüşdür. Həmçinin o, 1903-1905-ci illərdə Fransada kilsə və dövlət işlərinin bir-birindən ayrılması vəzifəsini yerinə yetirən parlament komissiyasının sədri olmuş və dövlət məktəblərinin dünyəviləşdirilməsi prosesində mühüm xidmətlər göstərmişdir [6, s. 6-7].  Buissona görə din və dövlət işlərinin ayrılması mənasında işlədilən  dünyəvilik,  dünyəviləşmənin  nəticəsidir.  Onun  fikrincə,  fransız  cəmiyyəti Avropanın yüksək səviyyədə dünyəviləşmiş cəmiyyəti olmuşdur [6, s. 9]. Buna görə də din və dövlət işlərinin ayrılması ilk dəfə Fransada həyata keçirilmişdir.

Dinin  ictimai  əhəmiyyətinin  azalması  modernləşmənin  üç  xüsusiyyəti  ilə əlaqələndirilir. Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasionallaşma prosesləridir [1, s. 9]. Modernləşmə isə dünyəviləşmənin əsas hərəkətverici amili hesab edilir. Sekulyarizasiya nəzəriyyəsinin tarixi inkişafı Sekulyarlaşma, yaxud dünyəviləşmə tezisi XIX və XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran mövzusudur. Lakin bu terminin kökləri klassik sosiologiyanın baniləri hesab edilən Ogüst Kont (red.Auguste Comte) və Emil Durkheymin (red.Émile Durkheim) çalışmalarına, Karl Marks və Maks Veberin sosial dəyişmə nəzəriyyələrinə qədər gedib çıxır.

O.Kontun (1789-1857) üç mərhələ qanununa görə insan düşüncəsi bir-birini izləyən üç mərhələdən keçir. O, teoloji dövrdə hadisələri fövqəlbəşər varlıqlara istinadən izah edir. Metafizik dövrdə mücərrəd fəlsəfi ideyalara müraciət olunur. Sonuncu pozitiv dövrdə isə insan hadisələri müşahidə edərək və aralarında sabit qanunauyğunluqları müəyyənləşdirərək onların izahına çalışır [7, s. 69]. Teoloji dövrdən metafizik dövrə, sonra da pozitiv dövrə keçid əslində cəmiyyətin getdikcə dünyəviləşdiyini ifadə etmənin başqa bir yoludur.

Maks Veber dinin tənəzzülünü “dünyanın sehrinin pozulması” şəklində ifadə edir, amma dünyəvi biliyin dinin yerini heç zaman doldura bilməyəcəyini də vurğulayır. Veberə görə din və dini dəyərlərin formalaşdırdığı davranış tiplərinin yerini ağıla və məqsədə yönəlmiş davranış tipləri almışdır. O bu davranış dəyişkənliyini kapitalizm və sənayeləşmənin ortaya çıxması ilə və ictimai institutlarda hakim vəziyyətə gəlmiş rasionallıq və bürokratiya ilə əlaqələndirir. Veber “Protestant əxlaqı və kapitalizmin ruhu” adlı klassik əsərində bu mövzunu detallı şəkildə izah edir. Protestantlığın Kalvinizm qolunun “ilahi qədər” haqqındakı təlimləri iqtisadi həyatda kapitalist münasibətlərin yaranmasında öz təsirini göstərmişdir [8, s. 85-87]. Veber “dünyanın sehrinin pozulmasını” narahatlıqla qarşılayır. Bürokratiyaya əsaslanan idarəçiləri “ruhsuz mütəxəssislərə”, rasionallığı isə “dəmir qəfəsə” bənzədir [9, s. 159].

Müasir  sosioloqlardan  Bryan  Vilson  (1926-2004)  sekulyarizasiyanı  “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. B.Vilson düşünür ki,, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir [2, s. 301].

Peter Bergerin(red.Peter Ludwig Berger) sekulyarizasiya tezisi ilə əlaqədar çalışmaları iki qismə ayrılır. Gənclik dövrlərində Berger sekulyarizasiya tezisini müdafiə edən ən əhəmiyyətli din sosioloqu olmuşdur. Xüsusilə, “The Sacred Canopy: Elements of a Sociological Theory of Religion (1967)” adlı kitabında sekulyarizasiya prosesinin başlanğıcını Yəhudi-Xristian dinlərinin köklərində axtarır. Qədim yəhudi dininin dünyəviləşməni öz içində ehtiva etdiyini belə ifadə edir: “Əhdi-Ətiq, özü yaratdığı, amma heç bir şəkildə ona nüfuz etmədiyi kainatın xaricində duran bir Tanrı anlayışını irəli sürür” [10, s. 211].Bergerin fikrincə, yəhudilərin tanrı anlayışını dünyadan uzaq və ayrı təsəvvür etmələri, dünyanı profan, yəni müqəddəslikdən uzaq hala gətirmişdir.Bergerin  çalışmalarının bir hissəsi isə bu tezisin tənqidinə həsr edilmişdir. O, “The Desecularization of the World” və “Secularizm in Retreat” adlı məqalələrində bu tezisin dünyanın əksər yerində özünü doğrultmadığını, əksinə dinin getdikçə gücləndiyini etiraf etmişdir [3, s. 11-32].

Sekulyarizasiya prosesinin mahiyyəti və aspektləri

Sosioloqlar sekulyarizasiya prosesinin mahiyyətini izah edərkən daha çox din ilə modernləşmə arasındakı əlaqələri ortaya qoymağa çalışırlar. Stiv Bryus (red.Steve Bruce) modernləşmənin yayılması ilə dini həyatın ənənəvi formalarının tərk edilməsi arasındakı əlaqələrin mənşəyini reformasiya və renessans hərəkatı ilə başlayan “individualizm və rasionalizm”də görür. Bryus individualizmin (fərdiyyətçilik) dini inanc və davranışın ictimai təməllərini sarsıdarkən , rasionalizmin dinin bir çox məqsədini ortadan qaldırdığını və inancların əksəriyyətini məntiqsiz hala gətirdiyini düşünür [11, s. 31-32].

Dünyəviləşmə prosesinin iki təməl xarakteristikası vardır. Birincisi, ictimai həyatın bir çox institutlarının bir-birindən ayrılması və fərqliləşməsidir. Sosioloqlar bu prosesi “institusional differentasiya” adlandırır. Onlara görə, bu proses modern adlandırılan cəmiyyətin səciyyəvi cəhətlərindən biridir. Digəri isə fərqliləşmiş ictimai institutların dinin nəzarətindən çıxmasıdır [6, s. 9].

Din sosioloqu Karel Dobleyr (red.Karel Dobbelare) “Sekulyarlaşmanın üç üzü: ictimai, institusional və fərdi sekulyarlaşma” adlı məqaləsində sekulyarizasiyanın üç aspektini bir-birindən fərqləndirmişdir: ictimai, institusioanal və fərdi sekulyarizasiya.

Dobleyr T.Lukmanın ictimai sekulyarizasiyanın izahını belə verdiyini qeyd edir: “İctimai sekulyarizasiya, transendental və universal dəyərlərin dindən müstəqil şəkildə yaradılmağa başlandığı prosesdir. Bu prosesin nəticəsində ənənəvi və müqəddəs kainat məfkurələrinin (red.ideologiyalarının) yerini rasional təmayüllü ideyalar tutur [12, s. 109].

İngilis Sosioloqu Qreys Deyvi isə ictimai dünyəviləşməni sosial institutların yerinə yetirdiyi funksiyalardakı  dəyişmələrlə  izah  edir.  Belə  funksional  dəyişmə  nəticəsində  daha öncə kilsənin xidmət sahəsinə daxil olan ictimai sektorlar kilsə ilə əlaqələrini kəsir və bu sektorlar avtonomluq qazanır. Nəticədə təhsil, səhiyyə və başqa sosial xidmətlərin təşkilatlanmış din tərəfindən təmin edilməsini heç kim gözləmir. Dünyəvi dövlətlərdə bu sahələr tamamilə dövlətin xidmət sahəsinə və əsas vəzifələri çərçivəsinə girir [13, s. 49].

İnstitusional sekulyarizasiya dinin öz içində rasionallaşması nəticəsində baş verir [14, s. 404]. Sekulyarizasiyanın üç növünü fərqləndirən Dobleyr, dinin institut olaraq nüfuzdan düşməsinin ictimai dünyəviləşmə nəticəsində baş verdiyini qeyd edir: “İctimai dünyəviləşməni gerçəkləşdirən sosial dəyişmələri rasional bir proses izlədi. Nəticədə bu proses iqtisadiyyatdan məişət həyatına qədər hər sahədə hakim oldu. Din də bunların təsiri altında qalaraq bir dünyagörüşü kimi özünü rasionallaşdırma ehtiyacı hiss etdi. “Sərbəst din bazarı” (din bazarı (religious economy) termini cəmiyyətdə müxtəlif dini qruplar və dini ideologiyaların bir-biri ilə sərbəst bazar prinsiplərinə görə (təklif və tələb) azad rəqabət apardıqları mühiti təsvir edən nəzəriyyədir) şəraiti dini dünyagörüşləri və ənənələri “bazara çıxarmağa” (təbliğat aparmağa) məcbur etdi. Hədəfə çatmaq üçün dini-ictimai strukturlar bürokratikləşdi, din xadimləri isə mütəxəssisə çevrildilər” [12, s. 1 17].

Fərdi sekulyarizasiya ilə ifadə edilən məna isə dinin fərdlərin gündəlik həyatında daha məhdud bir rola sahib olmasıdır [9, s. 178]. Dinin cəmiyyət içərisində gücünün  və əhəmiyyətinin azalması mütləq mənada fərdlərin dindən uzaqlaşması ilə nəticələnmir. Əksinə, burada dindarlığın nisbətən zəifləməsi və ya kilsə kimi təşkilatlanmış dini qurumlara üzv olmada azalma nəzərdə tutulur. Qısacası, ictimai və institusional dünyəviləşmə ilə fərdi dünyəviləşmə arasında səbəb-nəticə kimi birbaşa əlaqələr yoxdur. Avropa ölkələrində bəzi statistik araşdırmalar dini ayinlərdə iştirak etmə fəaliyyətinin zəiflədiyini göstərmişdir. Ötən əsrin 70-ci illərindən etibarən kilsə üzvlüyündə daimi azalma müşahidə olunmuşdur. Lakin fərdi dindarlıq tiplərini nəzərə aldıqda qəti nəticələr əldə etmək daha da çətinləşir. Avropalıların əksəriyyəti dini qurumlara uzaq görünsələr də, tam mənası ilə dinsiz də saymaq olmaz. Bir çox insan üçün din, reallığı və davranış biçimlərini anlatmaqda və özlərini anlamaqda əhəmiyyətli çərçivə təşkil etməyə davam edir [9, s. 236]. Q.Deyvi fərdi dindarlıq dediyimiz bu fenomeni “aid olmadan inanma” (beleaving witho ut belonging) adlandırmışdır.

Siyasi elmlər üzrə professor Mozer Corc (Mouser George) “Religion and Politics in Modern World” kitabında sekulyarizasiyanın beş aspektindən danışır:

  1. Konstitusional sekulyarizasiya:  dövlətin  əsas  məqsəd  və  vəzifələrinin dünyəviləşməsi, yaxud dini qurumlara rəsmi statusun (dövlət dini) verilməməsi;
  2. Siyasi sekulyarizasiya: dövlətin cəmiyyəti dini kriteriyalara görə idarə etməsinə son verməsi, daha öncə dinin nəzarətində olan sahələrin dövlətin xidmət sahəsinə keçməsi (təhsilin, siyasətin, səhiyyənin dünyəviləşməsi);
  3. İnstitusional sekulyarizasiya: dini institutların (kilsə, təriqət, dini icmalar) partiya, ictimai hərəkatlar və təzyiq qrupları (pressure group) olaraq siyasi əhəmiyyətini itirməsi;
  4. Gündəmin (ictimai problemlərin) sekulyarizasiyası: problemlər və ehtiyacların dini məzmundan uzaqlaşması,  məsələlərin  həlli  yollarının  dini  zəmində  müzakirə edilməməsi;
  5. İdeoloji sekulyarizasiya: siyasi reallığa məna qazandırmaq və dəyərləndirmək üçün fundamental dəyər və normaların yaradılması prosesində dini doqmaların təsirinin itməsi [15, s. 14-15].

Dinin deprivatizasiyası və sekulyarizasiya tezisinin tənqidi

Bu başlıqda sekulyarizasiya tezisinə yönəldilən tənqidlərə nəzər salmaq istəyirik. Keçən  əsrin  80-ci  illərindən  başlayaraq  dünyəviləşmənin  qlobal  proses  olmadığı, modernləşmənin hər zaman dünyəviləşməyə gətirib çıxarmadığı, hətta ,bəzilərinə görə, əsrin sonundan etibarən gözlənilmədən dinin populyarlaşdığı qeyd edilmişdir. P.Berger [3, s. 24], J.Kazanova və Q.Deyvi kimi müasir sosioloqlar artıq sekulyarlaşma nəzəriyyəsinin b ütün dünyaya aid olmadığını, hətta Avropa sekulyarizasiya təcrübəsinin dünyada istisna təşkil etdiyini vurğulayırlar. J.Kasanova “Public Religions in the Modern World” əsərində istər gündəlik, istərsə də ictimai-siyasi həyatda dinin artan rolunu ifadə etmək üçün “dinin deprivatizasiyası” terminindən istifadə etmişdir [16, s. 211]. Bu fikirə görə, din şəxsi məsələ olmaqdan çıxıb, getdikcə ictimai hal almaqdadır. Kazanovanın iddiasına görə, “sekulyarlaşma əfsanəsinə” artıq heç kim inanmır. Belə ki, Amerika və Avropa ölkələri daxil olmaqla dünyanın müxtəlif yerlərində dinin  ictimailəşməsi geniş vüsət almaqdadır.

Berger qeyd edir ki, dünyəviləşmə müasir cəmiyyətlərin qlobal fenomeni kimi görünsə də, hər cəmiyyətdə eyni tərzdə yayılmamışdır. Müxtəlif bölgələrdəki cəmiyyətlər dünyəviləşmə prosesindən fərqli dərəcədə təsirlənmişlər [10, s. 197-198]. Müsəlman dünyası da bu baxımdan fərqlənir. Səbəb kimi müsəlman dövlətlərin bir çoxunun ictimai sahədə əsas xidmət və vəzifələri təmin etməkdə uğursuzluğu dinin ictimai institut kimi cəmiyyətdə canlılığını qorumasına yol açmışdır [13, s. 50]. Dövlətin təmin edə bilmədiyi xidmətlər (təhsil, sosial müdafiə və s.) dini təşkilatlar tərəfindən təmin edildikcə dinin (İslamın) ictimai-siyasi həyatda nüfuzu artmışdır.

Sekulyarizasiya tezisini irəli sürənlər modernləşmə ilə din arasında birtərəfli münasibətin olduğunu hesab edirdilər. Yəni modernləşmə artdıqca din həm ictimai, həm də fərdi səviyyədə tənəzzülə uğrayacaq. Berger “Sekulyarizmin tənəzzülü” adlı məqaləsində modernləşmə ilə din arasında bu cür əlaqənin olmadığını belə ifadə etmişdir: “Modernləşmənin bəzi cəhətlərdən dünyəviləşməyə səbəb olduğu, hətta bəzi ərazilərdə bunun daha da çox hiss edildiyi bir həqiqətdir. Lakin modernləşmənin dünyəviləşməyə qarşı bir çox güclü hərəkatlar ortaya çıxartdığı görünür. Bundan əlavə, ictimai müstəvidəki dünyəviləşmənin mütləq fərdi müstəvidə də gerçəkləşməsi kimi məcburiyyət yoxdur. Bir çox cəmiyyətdə bəzi dini təşkilatlar güclərini və nüfuzlarını itiriblər, amma həm qədim, həm də yeni dini inanc və ibadət şəkilləri, bəzən yeni institusional şəkillərə, bəzən də ifrat dini ifadələrə çevrilərək fərdlərin həyatında yerlərini qorumuşdur…” [3, s. 13-14]. Bu sətirlərdən də anlaşılan odur ki, din ilə modernləşmə prosesi arasında birxətli sekulyarizasiya  münasibəti  yoxdur.  Bunun  yerinə  modernləşmə  fərqli  ölkələr  və cəmiyyətlərdə müxtəlif nəticələr doğurmuşdur.

Modernləşmə  dinin  bir  dünyagörüşü  olaraq  nüfuzunu  itirməsi  onun  ictimai funksiyalarının məhdudlaşdırılması ilə müşayiət edilir. Lakin sekulyarizasiya nəticəsində dinin, ümumiyyətlə, dünyadan yox olmasını sanmaq tamamilə səhv anlayışdır [17, 25].

Sekulyarizasiya tezisi Qərbdə inkişaf etdiyi üçün onun arqumentləri daha çox Avropa mərkəzli olduğu düşüncəsini yaradır. Avropanın iqtisadi və siyasi həyatı inkişaf etdikcə dinin ictimai nüfuzu azalmışdır. Bu prosesdə dini təmayüllər varlığını davam etdirmiş, lakin daha çox şəxsi məsələ halına gəlmişdir [11, s. 33].

Avropada müşahidə edilən vəziyyətin sekulyarizasiyadan daha çox institusional dindən qaçış olduğu nəzərə çarpır. Yəni din üçün “yox olma” deyil, yer dəyişdirmə hadisəsi baş vermişdir [3, s. 22]. Bununla yanaşı, Avropanın dünyanın digər bölgələrindən fərqləndiyini də qeyd etmək lazımdır. Məsələn, ABŞ-da din Avropa ilə müqayisə edilməyəcək  dərəcədə  güclüdür.  Dinin ABŞ-da  gücü  və  nüfuzu  özünü  həm  fərdi dindarlıqda, həm də dinin ictimai-siyasi həyatdakı fəallığında göstərməkdədir.

Ümumiyyətlə, sekulyarizasiya tezisi haqqında müxtəlif rəyləri üç qrupa ayıra bilərik. Birinci qrupa daha çox klassik sosioloqlar (Marks, Kont, Freyd və s.) daxildir. Bunlara görə,modernləşmə və dünyəviləşmə arasında yaxın əlaqə var. Dünyəviləşmə davam etdikcə din tamamilə yox olacaqdır. Bu fərziyyənin özünü doğrultmadığı artıq məlumdur. Bergerin də ifadə etdiyi kimi, bugünkü dünya ən az əvvəlki dövrlərdə olduğu qədər dindardır.

İkinci qrupda yer alan sosioloqlara görə isə (Kazanova və b.) dünyəviləşmə tezisi, ümumiyyətlə, əfsanədir və bu tezis sosiologiyadan çıxarılmalıdır. Bu görüşlə tamamilə razılaşmaq mümkün deyil. Çünki ən azı Qərbi Avropa ölkələrində dinin bir dünyagörüşü kimi tənəzzülə uğradığını müşahidə edirik.

Üçüncü qrupda yer alan sosioloqlar bildirir ki, sekulyarizasiyanın nəticəsində dinin bir dünyagörüşü kimi nüfuzdan düşdüyü həqiqətdir. Orta əsrlərdə dinin nəzarət etdiyi bir çox ictimai institutlar dünyəviləşmişdir. Təhsil, səhiyyə, siyasət və başqa ictimai institutlar dindən  ayrılaraq  müstəqillik  qazanmışdır, amma  institusional  dünyəviləşmə  fərdi müstəvidə dinin tənəzzülünə səbəb olmur. Bu məqalədə biz də nisbi bir dünyəviləşmənin yaşandığını qəbul edirik. Lakin fərdi müstəvidə din müasir cəmiyyətlərdə də insanlara dünyagörüşü, həyatda məna axtarışı və mənsubiyyət duyğusu qazandırma funksiyalarını davam etdirməkdədir.

 

Redaktə etdi: Ziya Mehdiyev

 

ƏDƏBİYYAT

  1. Wallis R., Bruce S. Secularization: The Orthodox Model, Religion and Modernization. Redaktor: Steve Bruce, Clarenton Press. Oxford: 1992.
  2. Slattery Martin. Sosiolojide Temel Fikirler. İstanbul: Sentez Yayıncılık, 2010.
  3. Berger Peter. Sekülerizmin Gerilemesi, Sekülerizm Sorgulanıyor: 21. Yüzyılda Dinin Geleceği. Türkcəyə çevirən, Ali Köse. İstanbul: Ufuk Kitapları, 2002.
  4. Azərbaycan Respublikasının Konstitusiyası.
  5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər. Bakı: 2011.
  6. Bauberut Jean. Laiklik: Tutku ve Akıl Arasında 1905-2005. Türkcəyə çevirən Alev Er. İstanbul Bilgi Üniversitesi Yayınları: 2005.
  7. Aron Raymond. Sosyolojik Düşüncenin Evreleri. Türkcəyə çevirən Korkmaz Alemdar. Ankara: Bilgi Yayınevi, 2004.
  8. Veber Max. Protestant Ahlakı ve Kapitalizmin Ruhu. Türkcəyə çevirən Zeynep Gürata. İstanbul: Ayraç Yayınları, 2008.
  9. Funset İnger, Pepsdat Pal. Din Sosyolojisine Giriş: Klasik və Çağdaş Kuramlar. Türkcəyə çevirən, İhsan Çapcıoğlu və Halil Aydınalp. Ankara: Birleşik Yayınları, 2011
  10. Peter L. Berger. Kutsal Şemsiye: Dinin Sosiolojik Teorisinin Ana Sorunları. Türkcəyə çevirən Ali Coşkun. İstanbul: Rağbet Yayınları, 2011
  11. Davie Grace. Modern Avrupada Din. Türkcəyə çevirən Akif Demirci. İstanbul: Küre Yayınları, 2005
  12. Dobbelare Karel. “Sekülerleşmenin Üç Yüzü: Toplumsal, Kurumsal ve Bireysel Sekülerleşme” Laik ama Kutsal. Hazırlayan Ali Köse. İstanbul: Etkileşim Yayınları, 2006
  13. Grace Davie. The Sociology of Religion. London: Sage Publications, 2007
  14. Akyüz Niyazi, Çapçıoğlu İhsan. Ana Başlıklarıyla Din Sosyolojisi. Ankara: Gündüz Eğitim ve Yayıncılık, 2007
  15. George Mouser. Religion and Politics in Modern World. London: Routladge, 1991.
  16. Casanova Jose. Public Religions in the Modern World. The University of Chicago Press. Chicago and London: 1994
  17. Pippa Norris-Ronald Inglehart. Sacred and Secular: Religion and Politics Worldwide. New York: Cambridge University, 2004.

89 ŞƏRH

  1. I just want to tell you that I am just very new to blogging and absolutely enjoyed you’re web blog. Most likely I’m want to bookmark your site . You certainly come with fabulous stories. Many thanks for revealing your web site.

  2. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  3. I simply need to inform you that I am new to posting and completely admired your page. More than likely I am inclined to store your blog post . You absolutely have memorable article materials. Admire it for telling with us your main web document

  4. I do not even know how I ended up here, but I thought this post was good. I do not know who you are but definitely you’re going to a famous blogger if you aren’t already 😉 Cheers!

  5. Can I simply say what a relief to seek out somebody who really is aware of what theyre speaking about on the internet. You undoubtedly know the best way to bring a problem to mild and make it important. Extra people need to learn this and perceive this aspect of the story. I cant believe youre not more widespread since you positively have the gift.

  6. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  7. I’ve been absent for a while, but now I remember why I used to love this site. Thanks, I’ll try and check back more often. How frequently you update your website?

  8. I’ve recently started a blog, the info you offer on this website has helped me greatly. Thanks for all of your time & work. “The more sand that has escaped from the hourglass of our life, the clearer we should see through it.” by Jean Paul.

  9. I like this post, enjoyed this one thank you for posting. “The reward for conformity was that everyone liked you except yourself.” by Rita Mae Brown.

  10. Some really superb articles on this internet site, thanks for contribution. “I finally know what distinguishes man from other beasts financial worries. – Journals” by Jules Renard.

  11. Good – I should certainly pronounce, impressed with your web site. I had no trouble navigating through all tabs as well as related info ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it in the least. Quite unusual. Is likely to appreciate it for those who add forums or anything, site theme . a tones way for your client to communicate. Excellent task.

  12. Its wonderful as your other content : D, thankyou for putting up. “Even Albert Einstein reportedly needed help on his 1040 form.” by Ronald Reagan.

  13. You could definitely see your enthusiasm in the work you write. The sector hopes for more passionate writers like you who are not afraid to mention how they believe. At all times go after your heart. “History is the version of past events that people have decided to agree upon.” by Napoleon.

  14. I think this is among the most important info for me. And i’m glad reading your article. But wanna remark on few general things, The website style is perfect, the articles is really excellent : D. Good job, cheers

  15. Thanks for sharing superb informations. Your site is very cool. I am impressed by the details that you have on this website. It reveals how nicely you understand this subject. Bookmarked this web page, will come back for more articles. You, my pal, ROCK! I found simply the info I already searched all over the place and simply couldn’t come across. What a great site.

  16. you’re in reality a just right webmaster. The web site loading speed is amazing. It sort of feels that you’re doing any unique trick. Moreover, The contents are masterwork. you’ve performed a great activity on this subject!

  17. You really make it seem so easy with your presentation but I find this topic to be actually something which I think I would never understand. It seems too complex and very broad for me. I am looking forward for your next post, I’ll try to get the hang of it!

  18. I haven’t checked in here for a while as I thought it was getting boring, but the last few posts are good quality so I guess I’ll add you back to my everyday bloglist. You deserve it my friend 🙂

  19. Definitely believe that which you said. Your favorite justification appeared to be on the internet the easiest thing to be aware of. I say to you, I definitely get irked while people consider worries that they plainly do not know about. You managed to hit the nail upon the top and also defined out the whole thing without having side-effects , people could take a signal. Will likely be back to get more. Thanks

  20. Unquestionably believe that which you stated. Your favorite justification appeared to be on the internet the easiest thing to be aware of. I say to you, I definitely get annoyed while people consider worries that they just don’t know about. You managed to hit the nail upon the top and defined out the whole thing without having side effect , people can take a signal. Will likely be back to get more. Thanks

  21. I just couldn’t go away your web site prior to suggesting that I extremely loved the usual information a person provide to your visitors? Is going to be back regularly in order to check out new posts.

  22. Thank you for the sensible critique. Me & my neighbor were just preparing to do some research on this. We got a grab a book from our area library but I think I learned more from this post. I’m very glad to see such great information being shared freely out there.

  23. My wife and i have been really delighted that Albert could finish up his inquiry via the ideas he acquired from your own blog. It is now and again perplexing to just possibly be giving freely instructions which often the rest might have been trying to sell. And we all do know we have got the writer to give thanks to for this. All the illustrations you’ve made, the straightforward website menu, the relationships you will make it possible to promote – it’s all incredible, and it’s really letting our son in addition to our family understand that content is excellent, and that is exceedingly mandatory. Thanks for all!

  24. Its excellent as your other content : D, appreciate it for posting . “The present is the necessary product of all the past, the necessary cause of all the future.” by Robert Green Ingersoll.

  25. I do agree with all the ideas you have introduced on your post. They are very convincing and will certainly work. Nonetheless, the posts are very brief for newbies. Could you please lengthen them a bit from subsequent time? Thanks for the post.

  26. I¡¦ve been exploring for a little for any high quality articles or blog posts on this sort of house . Exploring in Yahoo I at last stumbled upon this website. Reading this info So i¡¦m happy to show that I’ve a very good uncanny feeling I found out exactly what I needed. I such a lot indubitably will make certain to don¡¦t forget this web site and give it a look regularly.

  27. My spouse and i felt delighted Peter managed to deal with his investigations through the ideas he discovered from your very own weblog. It’s not at all simplistic to simply choose to be giving out secrets that other people may have been trying to sell. And we all acknowledge we have got the blog owner to appreciate because of that. The most important illustrations you made, the straightforward website menu, the relationships you can make it possible to engender – it’s all sensational, and it’s really helping our son in addition to our family imagine that that article is amusing, which is certainly exceedingly indispensable. Thanks for all the pieces!

  28. hello!,I really like your writing so a lot! percentage we be in contact extra approximately your post on AOL? I need an expert in this house to solve my problem. Maybe that is you! Looking ahead to look you.

  29. This is really interesting, You’re a very skilled blogger. I have joined your rss feed and look forward to seeking more of your excellent post. Also, I have shared your web site in my social networks!

  30. I haven’t checked in here for a while because I thought it was getting boring, but the last several posts are great quality so I guess I will add you back to my daily bloglist. You deserve it my friend 🙂

  31. I cling on to listening to the news lecture about receiving free online grant applications so I have been looking around for the best site to get one. Could you tell me please, where could i get some?

  32. Nice read, I just passed this onto a friend who was doing a little research on that. And he just bought me lunch as I found it for him smile Thus let me rephrase that: Thanks for lunch! “Procrastination is the thief of time.” by Edward Young.

  33. I truly wanted to type a simple comment to be able to say thanks to you for some of the marvelous guidelines you are posting on this website. My extensive internet research has at the end of the day been rewarded with good quality ideas to write about with my classmates and friends. I ‘d claim that most of us visitors actually are quite fortunate to exist in a fantastic network with very many marvellous people with very beneficial pointers. I feel quite grateful to have used your webpages and look forward to plenty of more amazing times reading here. Thanks once again for a lot of things.

  34. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  35. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  36. I¡¦m no longer positive the place you’re getting your information, however great topic. I needs to spend some time finding out much more or figuring out more. Thanks for great info I used to be on the lookout for this info for my mission.

  37. Thanks for the sensible critique. Me and my neighbor were just preparing to do some research on this. We got a grab a book from our local library but I think I learned more from this post. I’m very glad to see such great information being shared freely out there.

  38. Thank you for any other great post. Where else may just anybody get that kind of information in such an ideal approach of writing? I’ve a presentation subsequent week, and I am at the look for such info.

  39. I really desire to notify you that I am new to blogging and totally admired your write-up. Probably I am prone to store your blog post . You undoubtedly have great article materials. Be Grateful For it for giving out with us your current url post

  40. Howdy there, just started to be aware of your weblog through The Big G, and found that it is genuinely interesting. I’ll like should you continue on this approach.

  41. Thanks, I’ve just been searching for info about this subject for a long time and yours is the best I have came upon till now. But, what about the conclusion? Are you sure concerning the supply?

  42. Pretty section of content. I just stumbled upon your blog and in accession capital to assert that I acquire in fact enjoyed account your blog posts. Any way I will be subscribing to your feeds and even I achievement you access consistently rapidly.

  43. Thanks for sharing excellent informations. Your web site is so cool. I am impressed by the details that you’ve on this website. It reveals how nicely you perceive this subject. Bookmarked this web page, will come back for extra articles. You, my friend, ROCK! I found simply the information I already searched all over the place and just couldn’t come across. What an ideal website.

  44. I¡¦ve been exploring for a bit for any high quality articles or blog posts in this kind of area . Exploring in Yahoo I ultimately stumbled upon this web site. Reading this info So i¡¦m glad to convey that I’ve a very excellent uncanny feeling I discovered exactly what I needed. I most for sure will make sure to do not disregard this website and provides it a glance on a continuing basis.

  45. I am really impressed with your writing skills as well as with the layout on your weblog. Is this a paid theme or did you customize it yourself? Either way keep up the excellent quality writing, it is rare to see a great blog like this one these days..

  46. I think this is one of the most important information for me. And i am glad reading your article. But want to remark on some general things, The website style is ideal, the articles is really nice : D. Good job, cheers

  47. I have read some excellent stuff here. Certainly worth bookmarking for revisiting. I surprise how so much effort you put to create this kind of fantastic informative web site.

  48. I truly wanted to write down a quick message in order to appreciate you for all the great items you are posting on this site. My time consuming internet lookup has finally been paid with really good details to talk about with my contacts. I ‘d admit that most of us visitors are very much lucky to dwell in a really good community with so many outstanding professionals with very beneficial things. I feel quite grateful to have come across your entire weblog and look forward to some more pleasurable moments reading here. Thanks again for all the details.

  49. Thank you for the sensible critique. Me and my neighbor were just preparing to do some research on this. We got a grab a book from our local library but I think I learned more clear from this post. I am very glad to see such fantastic info being shared freely out there.

  50. Wow! This could be one particular of the most helpful blogs We’ve ever arrive across on this subject. Actually Excellent. I’m also a specialist in this topic therefore I can understand your effort.

  51. Wonderful beat ! I would like to apprentice while you amend your site, how could i subscribe for a blog website? The account aided me a acceptable deal. I had been tiny bit acquainted of this your broadcast offered bright clear idea

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin