Sevgi dilləri.Sevgi yoxsa Eşq

0

“Eşq bir bəladır ki,girifdar olmayan bilməz.” Eşqi və sevgini bu cür poetik və gözəl sözlərlə ifadə edən dahi Füzuli eşqin və sevginin həyatda nə cür dərin və möhkəm duyğular olduğunu vurğulamışdır.Müdriklər sevginin həyatda əsas rol oynaması barədə həmfikirdirlər.Biz sevginin mükəmməl başgicəlləndirən bir duyğu olduğu düşüncələrlə böyüdük.Psixoloqlar sevginin son dərəcə vacib insan ehtiyacı olduğu qənaətinə vardılar.Şifahi xalq ədəbiyyatında xüsusi ilə dastanlarda sevgi üçün dağları aşmaq,dənizlər və səhraları keçmək,inanılmaz çətinliklərə qatlanmaq təsvir və təlqin edildi.Əsrlər boyu sevgi ilə əlaqələndirilməmiş bütün insan uğurlarının mənasız olduğu deyilərək sevgi ucaldıldı.Sevgi sözü yalnız aşiq olduğunuz insana aid edilmir.Çox geniş miqyasda istifadə olunur.Psixoloji tarazlığı yerində olması arzulanan uşağın emosional ehtiyacları təmin edilməlidir.Uşaqlıq illərində kifayət qədər sevgi və şəfqət görməyənlər böyüdükdən sonra sosial və emosional problemlərlə üzləşirlər.Anadan olanda hamı sevgi anbarı ilə doğulur.Hər birimiz daxilimizdəki sevgi anbarının dolu saxlanılmasını istəyirik.Sevgi anbarı boş olduğu zamanlarda uşaqları yanlış davranışlar sərgiləyəcəklər.Bir uşaq həqiqətən sevildiyini hiss edərsə,normal böyüyəcək.Uşaqların xoşagəlməz davranışlarına yol açan səbəb onların sevgi anbarlarının boş olmasıdır.Onların yaramazlıqları əslində hiss etmədikləri sevgi axtarışlarının təhrif olunmuş formasıdır.Onlar sevgini yanlış yerlərdə,yanlış şəkillərdə axtarırlar.Sevgi sadəcə uşaqların ehtiyacı deyil.Bu ehtiyac yetkin insanlarda da özünü göstərir.Ailələrin qurulmasıma,inkişafına və tənəzzülünə təsir edir.Eşqlə sevgi hər nə qədər bir çoxları tərəfindən eyni mənalı sözlər olaraq qəbul edilsədə,onlar bir-birindən fərqli anlayışlardır.Eşq insanın əlavə cəhd,enerji sərf etmədən reallaşdırdığı bir instinktdir.Bu instinkt canlının öz nəslini bioloji olaraq davam etdirməsi üçün mövcuddur və yalnız insana aid deyil.Canlılar arasında da cütləşməli həyata keçən bu güclü cazibə eşq vasitəsi ilə həyata keçir.Tamamilə  qeyri-şüuri bir prosesdir.Eşq olmasa,varlıqların bioloji dövriyyəsi dayanar,nəsillər kəsilər.Eyni zamanda eşq daimi deyil.Öz funksiyasını yerinə yetirdikdən sonra sona çatır.Eşq müxtəlif canlılarda müxtəlif müddətlərdə olur.Araşdırmalara görə insanda eşqin müddəti maksimum 2 il 6 aya qədər uzanır.Köhnə bir metaforada deyilən “sevginin ömrü 3 ildir”ifadəsində nəzərdə tutulan şey sevgi yox, eşqdir.Sevgi isə sırf sosial ehtiyac və bəşəri dəyərdir.İnsanlar sevgiyə ehtiyacları olduğu zaman aşiq olurlarsa,eşq bu ehtiyacı müvəqqəti ödəyir.Lakin bu qaçınılmaz olaraq müvəqqətidir.Təsiri məhduddur.Eşqin müddəti sona çatdıqdan sonra insan həzzin zirvəsindən enir və sevgiyə olan ehtiyac qabarır.Çünki bu ehtiyac təbiətimizin əsasında mövcuddur və hislərimizin mərkəzində dayanır.Aşiq olmadan əvvəl sevgiyə ehtiyac duyduq və yaşadıqca duyacayıq.Evlilikdə partnyorların bir-birləri tərəfindən hiss etmək istədikləri sevgi ailə binasının sementidir.Bu sevgi ailəni bütöv tutan başlıca faktordur.Sevgi eşqdən fərqli olaraq bir instinkt deyil,sadəcə dəyərdir.Xüsusi davranışlarla insanlar tərəfindən qavaranılır.İnsan zəkasının əsasən yönlədiyi məqam duyğulardan ibarətdir.Dünyanı idarə edən şeylər duyğulardır.Nə ediriksə,əvvəlcə bir şeylər hiss eliyib sonra hərəkətə keçirik.Səhər bizi yuxudan oyandıran,dərsə tələsdirən,saatlarla kitab arxasında saxladan şey duyğulardır.İki təməl duyğunun üzərində dayanırıq.Qorxu və sevgi.Ya ağrıdan qaçırıq,ya da həzzə yönəlirik.”Mən bunları etməsəm mənim başıma problemlər gələ bilər” bu ağrıdan qaçmaqdır.”Mən bunları etsəm bu mükafata nail olacam” deyirik,bu isə həzzə yönəlməkdir.İnsan əsrlər boyu sevginin sirrini həll etməyə,onu açmağa çalışıb.İbtidai icma dövründən indiyə qədər dəyişilməz olan bir məqam-sevgi var.İnsan XVII əsrdə necə sevirdisə,indidə elə sevir.Amma burada bir az qarışıq  məqamlar ortaya çıxa bilər.Yəni,qarışıq məqamlar nədən ibarətdir? Bəzi hallarda heç bir şeyi görmür,ancaq onu düşünürük,onun haqqında fikirləşirik,gecələr yuxumuz ərşə çəkilə bilir.Sadəcə onun haqqımda düşünərək onun xəyalı ilə yaşayırıq.Bunun adı sevgidir mi ya başqa bir şey? Burada sevgi ilə eşqi bir-birindən ayırmaq lazımdır.Eşq yarandıqda ilk anda insan bədəninə adrenalin,noradrenalin,testosteron,dopamin və  bir çox maddələr ifraz olunur.Elə bir miqdarda maddələr ifraz olunur ki,insanda güclü bir həzz yaranır.Bu maddələr insanda başqa insana qarşı maqnit cazibəsi yaradır.Eşq əgər sevgiyə çevrilərsə, davamlı olaraq gedə bilər.

İnsanlarda sevgi anbarının dolu olması lazımdır.Sadəcə olaraq uşaqlara  deyil,böyüklərə də aiddir.Sevginin cürbəcür növləri var.Vətənə,valideynə,Allaha və ya məşğuliyyət sevgisi mövcuddur.Lakin bu sevgi növləri  bir-birindən struktur baxımından və dünyanı qavrama baxımından fərqələnsələrdə yaranan duyğuların arasınada bənzərliklər var.Biz orada sevgini tapmış oluruq.Abraham Maslovun “Ehtiyacların piramidası” haqqında əsərində xüsusi bölmə “sevgi və aid olma tələbatına” yer ayrılıb.Sevgi ehtiyacı insanların ən təməl ehtiyaclarından biridir.Ünsiyyət ehtiyacını təmin edən şey sevgi ehtiyacıdır.İnsanlar əgər sevgiyə olan ehtiyacını təmin etmək istəyirsə,o zaman bunları axtarırlar.Axtarışda olurlar.Hətta bu ehtiyacı bilən və fərq edən bir çox şirkətlər bununla bağlı çox böyük sosial şəbəkələr meydan gətirdilər və dünyanı dəyişdirən texnologiyalar orta çıxartdılar.Təməldə yatan şey insanın ehtiyaclarını təmin etməkdir.İstər uşaq olsun, istər yetkin şəxs olsun hər bir insanın sevgiyə ehtiyacı var.Ancaq bu ehtiyac insanlarda müxtəlif olur.Bir qrup insanlar diqqətini güc qazanmağa verir,daha güclü olmaq istəyir.Digər qrup insanlar isə uğur qazanmaq istəyir.Üçüncü qrup insanlar isə sevgi qazanmaq istəyir.Bu 3 insan qrupunda həm gücə,həm sevgiyə ,həm də uğura ehtiyac var.Sadəcə bunlardan biri prioritetdir.Daha çoxdur.İnsan var ki,sevgi onun üçün hər şeydən önəmlidir.Siz bunu insanların davranışlarından görə bilərsiniz.Güc axtaran insanlar döyüş idman növlərini izləyir,səs tonu amiranə olur,hakim mövqedə olmağa çalışırlar.Digə qrup insanlar uğur üçün,əldə edəcək nəticələr üçün yola çıxır.Üçüncü qrup insanlar sevgi verməyə çalışırlar.Bu insanları əllərində bir iş varsa,dostu,tanışı onlara zəng edib probleminin olduğunu deyərlərsə,artıq bu qrup insanlar işlərin kənara qoyur,dostunun problemləri ilə məşğul olmağa çalışırlar.Sevgi-metaproqrama,yəni davranış qəlibi güclü olan insanlarda müşahidə edə bilərsiniz.İnsanların hər birində mütləq sevgi ehtiyacı var.Beş ədəd sevgi dili (kanalı) var.

  1. Xidmət davranışları
  2. Dəstəkləyici sözlər
  3. Birlikdə olmaq,birlikdə zaman keçirmək
  4. Toxunma təması
  5. Hədiyyə vermək

Biz bir-birimizə sevgini bu kanallardan hər hansısa biri ilə alırıq və ya veririk.Bu beş kanalın beşi də hər birimizdə var.Lakin bir kanal prioritetdir.

(1) İlkin olaraq xidmət davranışlarına baxaq.İnsan başqa bir insana xidmətini göstərərək,adətən insanlardan bunu götürə bilərik ki,ailələrdə xanımın öz həyat yoldaşına qulluq göstərməsi və ya bəylərin ev işləri ilə məşğul olması və s xidməti göstərək sevgini verdiyini zənn edə bilər.Qarşı tərəf isə sevgini onun kimi anlayırmı yoxsa anlamır?

(2) Digər sevgi kanalı dəstəkləyici sözlərdir.”Sən bir dənəsən”,”Səndən yoxdur”,”Səni çox sevirəm” bu cür ifadələrlə sevgini göstərə bilər.Cəsarətləndirici sözlər,təqdir edici sözlər və ya komplimentlər də ola bilər.Bunlar  dəstəkləyici sözlərdir.Sevgi dili dəstəkləyici sözlər olan insanlar daha çox sevgini eşitmək istəyir.Daha çox qarşı tərəfə vermək istəyir.Xanımlar tez-tez “sən məni sevirsən?” kimi suallar verir.Qarşı tərəf bunu anlaya bilmir.Sevgi dili başqa bir kanal olduğu üçün onun tez-tez bu sualları niyə verdiyini anlaya bilməz və anlamırda .Fərqində olmadığı üçün belə olur.Hər dəfə də dəfələrlə “Mən sənə 100 dəfədə dedim sevirəm”  desə də qarşı tərəf bu sözləri davamlı olaraq eşitmək istəyir.

(3) Üçüncü sevgi dili birlikdə zaman keçirməkdir.Bərabər bir yerdə olmaq,kafeyə getmək,söhbət etmək,gəzinitiyə çıxmaq və s.Ailə daxili münasibətlərdə birlikdə nə qədər çox zaman keçirilərsə daha çox sevgi alıb və yaxud verdiyini hiss edə bilər.

(4) Dördüncü sevgi dili toxunma təmasıdır.Bəzən elə ola bilərki,bir tərəfin sevgi dili dəstəkləyici sözlər olsun,daha çox kompliment deyə bilər,amma qarşı tərəf üçün bundan önəmlisi bir sığal,tumar və ya əlini tutmaq,toxunmaq daha önəmli olsun.Qarşı tərəfin sevgi dilini anlayarıqsa,o zaman biz onu öz kananlı ilə verə bilərik.Biz nə veririksə verək önəmli deyil.Önəmli olan qarşı tərəfin nə alacağıdır.Qarşı tərəfin qavrama filtrləri bizim sözlərimizi tərcümə eliyərək qavrayır.Verənin verdiyi ilə alanın aldığı tamamilə başqa şeylər olur.

(5) Beşinci sevgi dili isə hədiyyə verməkdir.Burada daha çox bahalı hədiyyələrdən söhbət getmir.Pul azdırsa,1,2 manatlıq hədiyyə də qarşı tərəf üçün kifayət edər.Maddi imkan yoxdur,o hədiyyəni özünüz də hazırlaya bilərsiniz.Məsələn xoş sözlərlə zəngin olan bir məktub ola bilər.Fərq eləməz.Lakin onun kanalı ilə verdiyiniz üçün o xoşbəxt olacaq.Ancaq insanların dəyərləndirmə sistemləri də var.Milyonerin bir dollarlıq hədiyyə verməsi fərqli qavranıla bilər.İnsanın maddi səviyyəsinə uyğun bir şəkildə sevgisini ifadə etməsi mümkündür.Bu hər zaman mümkündür.Hətta maddi imkan olmasa belə.Hədiyyə vermək dedikdə,hər kəs hədiyyəni sevə bilər,lakin  qarşı tərəfin birinci sevgi dili nədirsə ona diqqət etmək lazımdır.

Eşq gəldiyi zaman insan beyni dumanlanır,kilidlənir “onda nöqsan yoxdur”,”o dünyada 1 dənədir və ən mükəməlldir” kimi ifadələr yaranır.Zaman keçdikcə artıq özümüzə qayıdırıq.İlk dövrlər ondan ötrü hər şeyi etməyə hazırıq,hətta özümüzü fərqli bir səviyyəyəm gətiririk,qürurumuzu tam sıxırıq,yox eliyirik.Eqo ortadan qalxır.”Nə əmr eləsən,sənin üçün edərəm deyirik”.Zaman keçdikcə eqo yavaş-yavaş yerinə gəlir.Buludlardan enirik,ayağımız torpağa dəyir.O zaman münasibət bir az sərtləşir.”Ayaqqabını burada çıxart özləri bura gələ bilməz” və ya “Götürdüyün əşyanı yerinə qoy” deyirik.Qarşı tərəfdə artıq nöqsanları axtarmağa başlayırıq,tapdıqca da arada münaqişələr çıxır,sıxıntılar yaranır.Ünsiyyət problemləri meydana çıxır.

Dünyada bütün problemlərin kökünə yendikdə əsasında dayanan problemin ünsiyyət problemləri olduğunu görərik.İnsanlar bir-birlərini dilini anlamdıqları üçün daha mənasız bir hala gəlirlər.O zaman sıxıntılar başlayır.Əgər sevgini necə alırıqsa,necə veririksə ,bunu biləriksə xüsusən də övladların və yaxud partnyorların sevgi dillərini biləriksə həyat dəyişir.Sevin və sevilin…

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin