Siqaret çəkməyin orqanizmə zərəri DNT-yə qədər uzanır

0

Nobel mükafatı laureatı professor Əziz Sancarın rəhbərliyi altında UNC School of Medicine`in alimləri tərəfindən hazırlanmış yeni texnika, kanserogenezin başlıca səbəbi olan genomik DNT zədələrindən bəhs edir. Alimlər onilliklər ərzində siqaretin DNT-yə zərər verdiyini və bu zərərin ağciyər xərçənginə səbəb olduğunu bilirdilər. UNC Tibb Fakültəsində elm adamları, DNT zədələnməsini yüksək dəqiqliklə və əhatəli şəkildə incələmək üçün yeni bir üsul təyin etdilər.

Bu yenilik professor Əziz Sancarın laboratoriyasının məhsuludur. Proceedings of the National Academy of Sciences’da yayımlanan məqalədə Əziz Sancar və onun həmkarları tez-tez DNT-nin zədələnməsinin ardından bərpadan keçən genomun xəritəsini çıxarmaq üçün çox faydalı bir üsul hazırladılar. Daha sonra tədqiqatçılar bu üsulu istifadə edərək  əsas kimyəvi konserogen olan benzo[α]pyrene  səbəbindən zədələnmiş bölgələri təyin etdilər.

UNC Lineberger Comprehensive Cancer Center’ın də üzvü olan Əziz Sancara görə, bu kanserogen maddə Amerikada xərçəng xəstəliyi səbəbi ilə baş verən ölüm hadisələrinin təxminən 30% -dən çoxuna səbəb olmuşdur. Bu və belə bənzər araşdırmalarda əldə edilən genom xəritələri alimlərin siqaret nəticəsində yaranan xərçəng xəstəliyinin kökünü və nə üçün bəzi insanlar xərçəngə daha dözümlü  bəzləri isə daha həssas olmalarını müəyyən etməkdə önəmli  rola sahibdir. Əziz Sancara görə siqaret çəkmənin zərərləri ilə əlaqədar bu işdə  hüceyrə səviyyəsində qəti və spesifik dəlillər təqdim etmək siqaretdən istifadə edən insanları bu vərdişlərini buraxmaları üçün təşviq edici ola bilər. Hal-hazırda dünyada milyonlarla insan siqaret istifadə edir.

Kimyəvi Kanserogen Benzo[α]pyrene (BaP)

Benzo[α] pyrene (BaP), sadə, dayanıqlı, karbonla zəngin karbohidrogenlər olan və kosmos boşluğunda belə meydana gələ bilən çox halqalı aromatik karbohidrogenlər ailəsinin bir üzvüdür. Elm adamları bu karbohidrogenlərin sadə karbon əsaslı həyatın Yerdə ya da digər planetlərdə ortaya çıxmasında rolu ola biləcəyini düşünürlər. Lakin insan kimi daha kompleks DNT əsaslı həyat formaları üçün BaP olduqca ciddi ekoloji ziyanlara yol aça bilər. BaP tütün bitkisidəki təbii birləşmələrin yanmasının yan məhsuludur. Meşə yanğınları, dizel mühərriklərin yanması  kimi yanma reaksiyalarının gündəlik həyatda qarşımıza çıxan formalarında, BaP havaya, torpağa və qidalarımıza qarışır.
Bir toksik hidrokarbonatın insan vücuduna hava və ya qidalanma yolu ilə daxil olduğu zaman, qandakı fermentlər onu kiçik ve güvənli molekullara parçalayır. Eyni şey BaP üçün də dəyişməzdir. Lakin BaP üzərinə tətbiq olunan bu qoruma reaksiyası, Benzo [α] pyrene diol epoxide (BPDE) əmələ gəlməsinə səbəb olur. BPDE isə BaP-in özündən daha təhlükəli bir kimyəvi maddədir. BPDE kimyəvi maddə olaraq DNT ilə reaksiyaya girib “guanine nucleobase” ilə olduqca güclü bir əlaqə meydana gətirir. Bu qarşılıqlı təsir, genlərin uyğun zülalları artıq istehsal edə bilməməsi və DNT-nin hüceyrələrə bölünməsi zamanı düzgün bir şəkildə nüsxələnməməsi mənasını verir. Yəni bu qarşılıqlı təsirin reallaşmasının nəticəsi xəstəlik olur. Əgər BPDE qarşılıqlı təsiri bir zəif gendə meydana gələrsə və vaxtında müalicə olunmazsa, bu vəziyyət qalıcı mutasiyaya yol açıb xərçəngli hüceyrənin ortaya çıxmasını təmin edər. Əlavə olaraq, ağciyər xərçənginin də ən əsas səbəbinin BaP olduğu düşünülür.

Əziz Sancarın BaP-in səbəb olduğu DNT zədəsinin xəritələnməsi üzərində inkişaf etdirdiyi yeni üsul sayəsində, elm adamları artıq hüceyrələrin zədələnmiş bölgələrini müəyyən edə bilirlər.

Bu proses DNT manipulyasiya edən nükleotid eksizyonu bərpası (nucleotide excision repair) olaraq bilinən xüsusi proteinlərin alınmasını nəzərdə tutur. Bu zülallar zədələnmiş DNT zəncirini çıxarır. Hər şey müsbətə doğru yön alırsa, DNT sintezi ilə məşğul olan fermentlər DNT-nin bu itkin hissəsini təsirsiz zəncirdən çıxarır. Yer üzərində meydana çıxan bütün hüceyrə əsaslı həyatın cüt zəncirli DNT olması bu bərpanın mümkün olmasını təmin edir. Bu dövrdə, DNT-nin kəsilmiş və tükənən hissəsini məhv edən molekulların bu bölməni parçalamasına qədər sərbəst dolaşır. Bu zədələnmiş DNT parçaları sərbəst dolaşan zaman genomdakı zərərin təsvir edilməsini istəyən elm adamları üçün qızıl dəyərindədir. İnkişaf etmiş yeni metodda, elm adamları bu parçaları öz genom xəritələrinə çıxarmaq üçün qeyd edir, toplayır, yenidən təşkil edir və sonra uyğunlaşdırırlar. Nəhayət, zədələnmiş DNT bərpasının başlanğıc hissələrinin tam xəritəsini əldə edirlər.

Davam edən təqiqatlar:

2015 və 2016-cı illərdə nəşr olunan araşdırmalarda, Sancarın və həmkarlarının texnikalarının ilk versiyasını iki növ DNT-iştirak zədə tipini xəritələnməsi üçün istifadə edirdilər. Bu xəritələmə işləri bu sahədə əlavə bir  addım atmağı tələb edirdi. Bu addım ilk olaraq, sıralama öncəsi kəsilmiş parçada olan zərərin təmizlənməsindən ibarət idi. Sıralama prosesində lazım olan DNT-oxuma fermenti əksinə maneə ola bilərdi. Lakin bu yeni üsulda “translesional” fermentlər istifadə olunur və bu fermentlər BPDE iştirakı olsa belə DNT zəncirinin oxunmasına imkan verir.  Əziz Sancarın sözlərinə görə, bu yeni metod nükleotid eksizyonu da daxil olmaqla hər cür DNT zədəsinə tətbiq edilə bilər. Sancar, Li və həmkarları indi digər toksinlərlə əlaqəli DNT zədəsinin bərpası üçün hazırladıqları yeni metodu istifadə edirlər. Növbəti proyektdə  qoz-fındıqlar və taxıl üzərində tapılan və kif əmələ gətirən molekullar ailəsi olan aflatoksinlər diqqət mərkəzində olacaq. Bu toksinlər DNT-yə zərər verir və inkişaf etməkdə olan ölkələrdə qaraciyər xərçənginə səbəb olan əsas səbəblərdən biridir.

“ Bütün bu məlumatlar nə üçün bəzi insanların xərçəng xəstəliyinə tutulma hallarının çoxaldığını və siqaret ilə hansı mutasiyaların ağciyər xərçənginə xüsusilə yol açdığına daha yaxşı anlaşılmasını təmin edəcək” – Əziz Sancar

Mənbə:

Human genome-wide repair map of DNA damage caused by the cigarette smoke carcinogen benzo[a]pyrene Doi: 10.1073/pnas.1706021114 Where Cigarette Smoking’s Damage is Done . . . Down to Your DNA, UNC Health Care, Retrieved from http://news.unchealthcare.org/news/2017/june/where-cigarette-smoking2019s-damage-is-done-down-to-your-dna
https://bilimfili.com/sigara-icmenin-vucuda-zarari-dna-ya-kadar-uzaniyor/

 

Müəllif: Şıxəmməd Əyyubov

Redaktə: Aytac Şirinova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin