SİRİ, CORTANA, ALEXA, ALLO, BİXBY səsli köməkçilər

0

SİRİ, CORTANA, ALEXA, ALLO, BİXBY səsli köməkçilər

Mövzuya ilk topluca əmək xərcləyən şirkətlərdən biri Appledir. Belə ki, Apple mövcud səsli köməkçilərin vəziyyətini və keyfiyyətini yüksəltdi. Belə ki, yuxarıda gördüyüz fotoda olan bir filmdir, adı isə “SİRİ WILL BE CO” adlanır. Baş rolda isə Rock ləqəbiylə tanıdığımız Dwayne Johnson  oynayıb. Filmdə səsli köməkçilərin nə dərəcə aktiv istifadə olunduğu vurğulanır və bu həyatın hər anında sadəcə səslə edilən əmrlərin gerçəkləşdirilməsi həyatımızı asanlaşdırır, ancaq sual “Necə edirlər ki, danışdığımıza cavab verirlər?” çox sadə çox ehtimalları hesablayaraq və əksəriyyətə tətbiq edərək. Vacib mövzulardan biri düzgün alqoritmin qurulmasıdır ki, bəzən cümlələr qəribə olsa da düzgün təxmin edə bilir, ancaq bəzən olmursa deməli hələ bir neçə yüksəltmə daha olacaq. Səsli köməkçilərə suni intellekt demək olar. Bu intellekt sizdən gələnlərə əsasən serverdən uyğun cavabı sizə təqdim edir. Alqortimi çətin olsa da iş sistemi sadə və izah ediləcək bir vəziyyətdədir. “Apple”-dan “SİRİ”, “Samsung”-dan “Bixby”, “Amazon”-dan “Alex”-a, “Google”-dan “Allo”,”Google Asistant”, “Microsoft”-dan “Cortana”, Türkiyəli sərbəst proqramistlər tərəfindən “Ceyda” kimi bir çox səsli köməkçi mövcuddur. Qeyd edim ki,  Sirinin hazırlanması üçün bütün suallar səsləndirilir, yəni veriləcək cavablar səsləndirilir və Türkçe “Siri”-nin səsləndiricisi olan Yelda Uğurlu bir örnəkdir. Bəzən, ümumi sualı tapmayan zaman ayrıca səsləndirilmiş sözləri əlavə edərək cümlə qurulur. Məsələn “Mənə Bakıda hava necə olacaq, onu göstər.” desəniz göstərəcək, bu məşhur sualdır, ancaq “Mənə Erbi klubun yerini göstər” desəniz, Erbi sözü ilə bağlı sual arxivdə olmadığı üçün hərf-hərf deyə, yaxud birbaşa Google Xəritələr ilə sizə yerini göstərə bilər. Səsli köməkçilər artıq həyatımıza daxil olur, ancaq metroda səsli köməkçinizə sual etsəniz, sizə qəribə baxmaya bilərlər, ancaq Azərbaycanda desəniz böyük ehtimalla elə olacaq. Xülasə, cəmiyyət də uyğunlaşmalıdır, ancaq siz “Yox, ilklərdən olacam” deyirsinizsə, buyurun siz də mənim kimi metroda internet olmadan səsli köməkçiyə sual edin. Ümid edirəm ki, insanlıq texnologiyanı xoş məqsədlər üçün istifadə edəcək. Xoş günlər diləyirəm.

Mənbə :https://www.youtube.com/watch?v=ufBLI6bB9sg

http://www.webtekno.com/samsung-galaxy-s8-ile-tanitilan-sesli-asistan-bixby-nedir-bixby-nasil-kullanilir-h27101.html

https://onedio.com/haber/turkce-siri-yi-seslendiren-kadin-yelda-ugurlu-490759

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin