Stiven Spilberqin ən sevdiyi 15 film

0

Stiven Spilberq (Steven Spielberg) 18 dekabr 1946-cı ildə Amerikanın Ohayo ştatında anadan olmuşdur. görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi mənşəcə yəhudidir. “Şindlerin siyahısı” və “Sıravi Ryanı xilas etmək” filmlərinə görə üç Oskar mükafatı, iki Qızıl Qlobus almışdır. Həmçinin səkkiz Emmi mükafatı və altı Saturn mükafatı qazanmışdır, o cümlədən Fəxri Legion Ordeni, Britaniya İmperiyası Ordeni və Akira Kurasova mükafatına layiq görülmüşdür.

Bundan başqa, Çənələr (1975) / Jaws, Sonuncu silah (1959) / The Last Gun, Bacarırsansa, məni tut (2002) / Catch Me If You Can, İndiana Cons və tale məbədi (1984) / Indiana Jones and the Temple of Doom, İndiana Cons və son səlib yürüşü (1989) / Indiana Jones and the Last Crusade kimi filmlərin rejissoru Stiven Spilberqin ən sevdiyi filməri bilmək hər kinosevərin maraqlandığı mövzulardandır. Hollivudun ən çox qazanan rejissorlarından Stiven Spilberqin ən sevdiyi 15 filmi təqdim edirik:

15. Qəhrəman kölgə (1943) IMDb: 7.0

II dünya müharibəsində bombardman pilotu olan mayor Pete dostunu xilas etmək istərkən öz həyatını itirir. Öldükdən sonra dünyaya ruh olaraq gələn Petenin indiki vəzifəsi arxada qoyduğu nişanlısı Dorindaya həyatını davam etdirə bilməyi üçün lazımi dəstəyi verməkdir.

14. Dünyaların müharibəsi (1953) IMDb: 7.2

Cənubi Kaliforniyada kiçik bir şəhərin yaxınlığına bir meteorit düşür. Çox keçmir ki, bunun  Marsdan gələn işğalçılara aid kosmik gəmi olduğunu başa düşürlər. Marslıların dünyanı ələ keçirmək üçün başlatdıqları birbaşa hücumun qarşısında heç bir qüvvə dayana bilməz. Atom bombası belə kosmik gəmiləri ilə şəhəri məhv edən işğalçıların yanında əksik qalır.

13. Tootsie (1982) IMDb:7.4

Maykl Dorsey özünü istedadlı bir aktyor hesab etsə də, heç cür iş tapa bilmirdi. Axırda qadın paltarları geyinərək Doroti Maykls adı ilə bir teleserialın seçimlərinə qatıldı. Özünün gözləmədiyi halda seçimlərdə qalib gəlir və əslində olmadığı bir obrazı yaşamalı olur. Üstəlik qısa müddətdə böyük uğur qazanaraq çox məşhurlaşır. Artıq geriyə qayıtmaq üçün çox şansı qalmır. Aşiq olduğu qızdan başqa heç kim onun kim olduğunu bilmir.

12. Fantaziya (1940) IMDb: 7.8

Uolt Disneyin (Walt Disney) şah əsəri hesab olunan Fantaziyada bir çox Disney qəhrəmanı klassik musiqi sədaları ilə izləyicini ovsunlu bir səyahətə aparır. Fantastik animasiya 8 bölümdən ibarətdir.

11. Cəsarətli kapitanlar (1937) IMDb: 8.0

Olduqca təkəbbürlü və dəcəl bir şagird olan Harvey Çeynin başı dərləriylə bəladadır. Harveyin yalnız qiymətləri pis deyil, eyni zamanda məktəbdə hər cür nizam-intizam cəazsını almışdır. Bərbad gedişatı atasının qulağına çatanda atası ilə birlikdə dəniz səyahətinə çıxmağı qərarlaşdırır. Dənizdə bədbəxt birqəzanın qurbanı olurlar. Harvey birtəhər xilas olmağı bacaranda həyatın gerçək üzünü kəşf edəcəkdir.

10. Tədqiqatçılar (1956) IMDb: 8.0

Kinoda irqçi bir müharibə veteranının qızıldərililərin oğurladığı qardaşı uşaqlarını tapmaq üçün yola düşməsi və illər çəkən bu axtarış ərzində onu güc verən bu məqsədin getdikcə daha münaqişəli bir hala gəlməyindən bəhs olunur.

9. Həyatımızın ən gözəl illəri (1946) IMDb: 8.0

II dünya müharibəsinin təsirləri hələ bitməmişdir. Cəbhədə döyüşən bir-birindən fərqli üç amerikan əsgəri digər əsgərlər kimi evlərinə dönmək üçün yola çıxırlar. Al Homer və Fred hər şeyin əvvəlki kimi olacağını ümid edərək sivil həyatlarına geri qayıtmağı ümid edərək aeroporta gedirlər, lakin müharibənin izləri anbaan arxalarında davam etməkdədir. Kimisi qollarını itirmişdi, geri qayıdanda onu gözləyən sevgilisinin verəcəyi reaksiyanı fikirləşməkdədir. Kimisi isə cəbhədən sivil ruhunu qoyub qayıtmışdır, bu yeni həyata uyğunlaşmaq əvvəki kimi asan deyildir.

8. Amerikan gecəsi (1973) IMDb: 8.1

Amerikan gecəsi (Fransızca Nuit Américaine) kino ilə bağlı bir texniki termindir. Gün ışığında çəkilmiş bəzı səhnelerin xüsusi kamera, effekt ve ışıqlandırma texnikalarıyla gecə çəkilmiş kimi görünməsinin təmin etdiyi əməliyyata verilen addır. İngiliscə qarşılığı “Day for night”tır.

1973-cü ildə çəkilmiş yarı avtobioqrafik kino adını bu texnikadan götürmüşdür və bir filmin çəkiliş müddəti, kamera arxasındakı hadisələr və çəkiliş komandasının poblemlərindən, daxili dünyalarından bəhs edir.

7. Ərəbistanlı Lorens (1962) IMDb: 8.3

David Lin (David Lean) filmoqrafiyasının ən məşhur əsəri olan kino Ərəb Üsyanının başlamağında xüsusi rol oynayan ingilis elm xadimi və ordu casusu Tomas Edvard Lorensin Ərəbistandakı vəzifə müddətində baş verən hadisələrdən bəhs edir. Şimali Afrikada gənc bir leytenant Lorensin bir təklifdən sonra Ərəbistana müşahidəçi kimi getməyi və vaxt keçdikcə bölgədə üsyan qaldıran ərəblərə kömək etməsilə artıq Ərəbistan torpaqlarına ingilis dəymiş olur. Osmanlı dövlətinə qarşı qızışdırıpan Ərəb xalqı İngilislərlə əməkdaşlıq edərək Osmanlı dövlətilə toqquşacağı bir müharibəyə doğru irəliləyir.

6. 2001: Kosmos Odisseyi (1968) IMDb: 8.3

Fantastika janrındakı film qısa bir hekayədən təsirlənərək çəkilmişdir. Dörd sahədə Oskar namizədliyi və vizual effekt Oskarına sahibdir. İnsanın təkamülünü, texnoloiya və süni intellekt qavramlarını işləmə tərzi, sürrealist təsvir və elmi reallığı, mədəni dəyərinə görə Amerikan Milli Arxivinə salınmışdır.

5. Qəribə həkim (1964) IMDb: 8.6


Beynəlxalq əlaqələr amerikan generalın tamamilə subyektiv hesablaması nəticəsində atom bombalarının istifadə edilməsilə çarəsiz sona doğru irəliləyir. Həyəcan və komediya sevənlər üçün idealdır. Zidd duyğuları toqquşduran bu filmdə böyük bir stress altında ikən qəhqəhə atmağa hazır olun.

4. Vətəndaş Keyn (1941) IMDb: 8.4


Tanınmış iş adamı Çarlz Foster Keyn varlı bir həyatın əhatə etdiyi hər çeyə sahibdir: çoxlu pul, şöhrət, prestij və qadınlar. Lakin ani ölümünün ardından ölmədən öncə dediyi son söz olan “Rosebud”(Qızılgül qönçəsi) bir pünhan doğurur. Yaxın çevrəsindəki heç kimin mənasını bilmədiyi bu kəlmə Keynin ölümünə və həyatına dair bəzi sirrlərin varlığına işarə edir. Bu kəlmənin mənasını aydınlaşdırmağa çalışan jurnalist Ceri Tompson Fosterin dostları, ailəsi və iş yoldaşları ilə reportajlar aparmağa başlayır. Bu şəxslər Keyn haqqındakı məlumatları anlatdıqca jurnalist tapmacanın parçalarını birləşdirməyə başlayır.

3. Psixo (1960) IMDb: 8.5


Marion Kreynə müdiriylə əməkdaşlıq edən varlı bir adam pul əmanət edir və sonra Marion yola düşür. Marionun davranışlarından şübhələnən polisdən onun arxasına düşür. Lakin Marionu axtaranlar yalnız polislər deyil, həm də tanışlarıdır. Sevgilisi ilə görüşməyi planlayan Marion gecəni bir oteldə keçirməyi qərarlaşdırır.

2. Gözəl həyat (1946) IMDb: 8.6


Ard-arda baş verən hadisələr biznesmen Corc Belini intihara sövq edir və o artıq körpünün kənarında sallanmaqdadır. Ele o vaxt Klarens adlı “qoruyucu mələk” peyda olur və Corcu intihar fikrindən yayındırmaq üçün ona kiçik bir oyun oynamağı qərarlaşdırır. Bu oyunda Corc əvvəlki həyatına geri qayıdacaq və o həyatındakı insanların Corcu heç tanımamış olsalardı, nece bir həyat yaşayacaqlarını görəcəkdir. Bu qəribə təcrübə sayəsində xeyirxahlığına görə nə qədər çox insana kömək etdiyini anlayır və həyatının dəyərini başa düşür.

1. Xaç atası (1972) IMDb: 9.2


Don Korleonun qızı Konninin toyunda ailənin kiçik oğlu və müharibə veteranı Maykl atası ilə görüşür. Bir sui-qəsd cəhdi Donu artıq işləri idarə edə bilməyəcək vəziyyətə salanda ailənin başına Maykl və böyük qardaşı Soni keçir. Müşavirləri Tom Heqnın də köməkliyi ilə digər ailələri məhkəməyə verən Korleon ailəsi köhnə üsullarını da dəyişdirməyə başlayırlar.

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin