Suda atəş açsaq nə baş verər?

0

Hər şeydən əvvəl bir silah necə olur ki, suyun içərisində ya da vakuumda atəş açır, ya da aça bilərmi?
Bunu düşünməliyik. Əslində hər ikisində də silah atəş aça bilir. Yaxşı, necə olur ki, oksigensiz şəraitdə reaksiya baş verə bilir?

Əslində, mühitdə oksigen var, yəni, əslində mühitdə deyil, barıtın içərisində. Bu səbəbdən tətiyə basılmasıyla barıtın içərisində başlayan reaksiyalar yanmanın reallaşması üçün lazımlı oksigeni təmin etmiş olur. Bunun sayəsində silah həm boşluqda, həm də suda atəş aça bilir.

Yaxşı su altında atəş açmanın nə fərqliliyi var?

Aşağıdakı linkdəki videoda bir hovuzun içərisində atəşin açılma anını görürük.

 

Əgər diqqətlə və elmi bir maraqla tədqiq etsək, çıxan havanın maraqlı hərəkəti diqqətinizi çəkəcək. Burada möhtəşəm bir fizika var. Çaşdırıcı bir şəkildə burada reallaşan hadisəni ulduzların daxili strukturlarından kainatın meydana gəlmə mexanizmlərinə qədər çox geniş bir sahədə görə bilərik. Videoda silah atəş açdığı anda, bir hava qabarcığı meydana gəldiyini və bunun şişdiyini görürük. Bu olduqca ağla batandır, çünki çox miqdarda qaz xaricə çıxır. Sonra olan şey isə, bu qazın öz üzərinə doğru çökməsidir. Bununla da qalmır, müəyyən bir miqdar çökdükdən sonra təkrar şişir! Burada reallaşan fiziki mexanizm həqiqətən maraqlıdır. Başda olan şey qazın şişərək böyüməsidir. Əlbəttə, olduqca isti bir qaz qısa müddətdə ətrafındakı özündən daha soyuq olan suya bir miqdar istilik köçürür. Böyük bir sürətlə genişlənir və bunun təsiri olması lazım olandan böyük bir həcmi örtür, üstəlik bu zamanda da soyuyur. Bu səbəblə çöldəki su təzyiqi buna qalib gələrək havanın büzüşməsinə səbəb olur. Lakin büzüşdükcə istiliyi yenidən artır və yenə olması lazım olandan çox təzyiq meydana gəlir. Yəni mühitdə tarazlıq qurulmağa çalışılır, lakin tarazlıq vəziyyətini elə böyük bir sürətlə keçirlər ki, tarazlığa gələ bilmirlər. Bu səbəblə istiliyi artan qaz təkrar genişlənir, sonra soyuyur və proses əvvələ qayıdır. Əslində, bu proses sonsuza qədər bu şəkildə davam edir. Bu hadisənin bir neçə təkrar halına yavaşladılmış çəkilişdə baxa bilərsiniz.

https://youtu.be/OubvTOHWTms

İşin bir digər gözəl tərəfi də bunun homogen bir şəkildə reallaşmamasıdır. Yəni bir miqdar qaz çölə kiçik qabarcıqlar halında çıxır. Eyni zamanda suyun içərisindəki təsadüfi hərəkət bir turbulensə səbəb olub qarışma yaradır və ikinci şişib çökmədən sonra bu prosesin itib getdiyini görürük. Hovuz tamamilə bağlı bir qab olmadığı üçün yaranan qaz təzyiqi suyu bir az yuxarıya qaldıraraq enerjisini hovuzdan xaricə, yəni havaya ötürə bilir. Beləliklə, sistem enerjisini öz içərisində itirir və hərəkət, nəhayət, qısa müddətdə bitir. Hadisənin tapançadan qaynaqlanan bir şey olmadığını anlamaq üçün aşağıdakı su altında partlayış videosuna da baxa bilərsiniz.
Su altında partlayış:

https://www.youtube.com/watch?v=E5rGFZWQfzk#action=share

Bəzi ulduzlar, eynilə bu prosesdə olduğu kimi həqiqi mənada şişib sıxılır. Bənzər şəkildə kainatın meydana gəlməsi əsnasında da belə hadisələr görərik. Sadə bir sual, sadə bir təcrübə, lakin kainat haqqında inanılmaz dərəcədə əhəmiyyətli şeylər izah edir. Əlbəttə doğru şəkildə baxmağı bilsəniz!

Mənbə:
http://rasyonalist.org/yazi/su-altinda-ates-edersek-ne-olur/
Referanslar
1. De Boer, K. ., & Seggewiss, W. (2008). Stars and Stellar Evolution.
2. Liddle, A. (2015). An Introduction to Modern Cosmology. Wiley.
3. Coles, P., & Lucchin, F. (2002). Cosmology: The Origin and Evolution of Cosmic Structure. Wiley.
4. UCLA, “Listening for the size of the universe”, <http://www.astro.ucla.edu/~wright/BAO-cosmology.html&gt

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin