Sudan quruya keçid: ağciyərli balıqlar

0

Bunlar ağciyərli balıqlardır. Sudan quruya keçiddəki ən bariz ara keçid növlərindən birini təmsil edirlər. Balıqlardan quruya keçid edən canlıların necə təkamül keçirmiş ola biləcəyinə dair canlı-qanlı dəlillər də demək olar.. Çünki bu balıqlar digər balıqların əksinə, yalnız üzgəclərə deyil, ağciyərlərə (daha doğrusu ağciyərə-bənzər meydana gəlmələrə) malikdirlər.

 

Bunun sayəsində quruda da nəfəs almağı bacarırlar. Lakin bu tip tənəffüs onlar üçün kifayət qədər məhsuldar olmadığı üçün (çünki tam quru həyatına hələ adaptasiya olmayıblar və bu daha çox uzun bir zaman ala bilər) sularda yaşamağı seçirlər. Yenə də bir balıqda su içərisindəki yüksəkliyi nizamlayan hava kisələrinin fərqlənməsi nəticəsində ağciyərlərin təkamül keçirtdiyini görmək, təkamül dəyişməsinin ən dəqiq dəlillərindən biridir.

Xüsusilə Afrika ağciyərli balıqlarının çox maraqlı bir xüsusiyyəti vardır: Hibernasiya ( “qış” yuxusu) Eynilə ayılardan ya da ilanlardan gördüyümüz kimi, ağciyərli balıqlar da suların tamamilə yox olduğu quraq yay aylarında ətraflarına dərilərindən ifraz etdikləri bir “qabıq” hörərək “yaz yuxusuna” yatırlar. Bu şəkildə qorunan ağciyərli balıqlar, yalnız ağciyərlərini istifadə edərək tənəffüs edirlər və heç suya və ya yeməyə ehtiyac duymadan 3 və ya 5 il arasında yaşaya bilirlər! Ətraflarındakı quraq ərazilər yenidən su ilə dolanda  bu balıqlar da təkrar aktiv hala keçirlər.
Bu videoda görülən şəxslər isə, bu balıqları yatdıqları quraq torpaqdan çıxardaraq hördükləri qabığı dağlayır. Bu isə bu balıqların ölümü deməkdir.

 

Mənbə: evrimağacı

Redaktə etdi: Şəfiqə Babayeva (26.11.2017)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin