Suisid

1
ATTEMPTED SUICIDE AND DIED BY HIS OWN HAND

Hər kəs zamanla təklik,depressiya, çarəsizlik və ümidsizlik yaşayır. Ailənin bir üzvünün itirlməsi, bir münasibətin bitməsindən, , dəyərsizlikvə / və ya böyük maliyyə  itkisi, hər kəsin həyatında qarşılaşdığı ciddi problemlərdir. Hər kəsin emosional tənzimlənməsi unikaldır, hər kəs bu vəziyyətlərə müxtəlif yollarla cavab verir. Bir insanın, intihara meylli olduğunu nəzərə alsaq, böhranın bu baxımdan düzgün qiymətləndirilməsi qaçılmazdır. Gördüyünüz şey başqalarına nisbətən az məna daşıyır və sizin üçün əhəmiyyətsiz bir hadisə başqasına son dərəcə stressli ola bilər. Böhranların təbiətinə baxmadan, vəziyyətdən  çıxa bilməyəcəyini düşünən insana, intiharın cəlbedici bir həll kimi görünməsi təhlükəsi var.

İntihar bir sosial patologiyadır; şəxsin sosial-psixoloji vəziyyəti, təhsili, ailə münasibətləri və məsuliyyətləri ilə əlaqəlidir. Şiddətli psixoloji depressiya, travma və ya depressiya hallarında fərddən daha güclü bir hadisə intihar hallarını artıra bilər. İntiharın psixoloji səbəbləri arasında; xroniki çöküntülər, həddindən artıq melankolik münasibətlər, ümidsizlik, köləlik, qəzəb və s. özünü birüzə verir.. Bu məsələ ilə maraqlanan psixiatrlar intiharı problem kimi qiymətləndirdikdə ictimai şəraitə lazımi əhəmiyyət vermirlər. Psixoloqlar və psixiatrlar sosioloji izahatlara tənqidi yanaşaraq  niyə bu şəxsin yox ,filan şəxsin intihar etdiyini soruşurlar. Psixiatrın intihara qarşı tutumu olduqca maraqlıdır.Onlar İntihar fikirlərini dəlilik və ruhi xəstəliklə əlaqələndirmək üçün bir qısa yol seçdilər. Ancaq edilən araşdırmalarda intihar və dəlilik fenomeni arasında heç bir əlaqə yoxdur. Təəssüf ki, bu gün psixiatriya bu tendensiyanı davam etdirir. İntihar edən şəxs histerik, sərhədli şəxsiyyət, psikoz, manik depressiya kimi xəstəliklərdən biridir. Şəxsiyyət strukturlarının formalaşmasında həqiqətin gerçəkliyi, ailənin, ətraf mühitin və cəmiyyətin payı inkar edilə bilməzdir.

Ölüm özlüyündə həyat tsiklinin təbii sonu olub ,insan üçün nisbətən gec və qeyri-müəyyən vaxtda baş verən və onun nəzarət edə  bilmədiyi prosesdir. İntihar bu prinsiplə sanki ,ziddiyyət təşkil edir.

Qədim yunanların intihara münasibəti ambivalent idi : onlar suisidi məqbul davranış hesab etməsələr də ,müəyyən şəraitdə bəzi vətəndaşların həyatdan könüllü getməyinə pis baxmırdılar. Qədim Romalılar suisidlərə daha çox neytral ,bəzən isə müsbət münasibət bəsləyirdilər.

Yəhudilər və xristianlar isə intihara son dərəcə mədəni hal kimi yanaşmışlar. Müqəddəs Avqustin və Foma Akvitan da suisidi qətlə bərabər tutmağı təklif etmişdilər.

Müxtəlif məlumatlara görə ,suisid icra edənlərin 98%-I psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər. Eyni zamanda bir çox məsələlər tam həllini tapmamışdır. Məsələn, bəzi alimlər hesab edirlər ki, bir çox hallarda  bədbəxt hadisələrnəticəsində baş vermiş ölümlər gizli suisidal tendensiyalarla şərtləndirilməlidir.  Onu da qeyd edək ki, problem tədqiq edənlərin bəziləri ekstrimal idman növləri ilə (alpnizm, paraşütlə tullanma) məşğul olmanı ,avtonəqliyyatın ehtiyatsız idarəsini suisidal davranışın formalarından biri kimi qəbul etməyi təklif etmişlər.

Suidlərin epidemiologiyası. Suisidlərin sayı haqqında dəqiq məlumatlar əldə etmək bir sıra çətinliklərlə qarşılaşır. Belə ki, bəzi intihar halları bədbəxt hadisə kimi qiymətləndirilir, bəzən isə ölümün intihar və qəsd nəticəsində olduğunu müəyyən etmək mümkün olmur. Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) məlumatlarına görə , hər il intihardan ölüm halları 0,5 mln –a çatır. ABŞ-da intihardan ildə 30000 ölüm halı qeydə alınır, bu da hər 100000 nəfər əhaliyə 12,5 və ya gündə təqribən 75 nəfər təşkil edir, beləliklə hər 20 dəqiqədə 1 amerikalı buy olla həlak olur. Böyük Britaniyada bu göstərici 100000 nəfərə 10 nəfərdən 1 qədər az təşkil edir. Bu , əhalinin 1%-ni əhatə edir. ( Təqribən oqədər də insan ürək-damar xəstəliklərindən ölür). Almaniyada həmin göstərici xeyli yüksək olub, ildə 13000 tamamlanmış intihar, yəni 100000 nəfərə 20 nəfər təşkil edir. Bu , avtomobil qəzalarında həlak olanlardan çoxdur. Ən aşağə göstəricilər Aralıq dənizi ölkələrində (İspaniya, Portuqaliya, İtaliya) qeydə alınıb. Bu ölkələrdə hər 100000 nəfərə 3 intihar düşür ki, bu da tədqiqatçılara dini faktorlardan , daha dəqiq desək, katolizmin təsirindən danışmağa əsas verir. Lakin katolik Macarıstanda yaxın vaxtlara qədər ən yüksək intihar göstəricisi 100000 nəfərə 40 nəfər qeydə alınırdı.  Maraqlıdır ki, ABŞ –da yaşayan 11 ölkədən gəlmiş mühacirlər arasında intiharların sayının müqayisəsi onların öz ölkələrindəki göstəricilərə müvafiq olduğunu göstərdi. Keçmiş Sovet İttifaqında suisidlərin statistikası tam məxfi saxlanılırdı. Təəssüfki, buna bənzər təcrübə Azərbaycanda da davam etdirilir. Lakin bir fakt məlumdur ki, müsəlman ölkələrində bu göstəricilər çox aşağıdır və Azərbaycanda da tendensiya müşahidə edilir.

SUİSİDAL DAVRANIŞ TİPLƏRİ .

Suisidal hərəkətlərin təsnifatı barədə bir çox amillər belə bölgü verirlər:

  1. Suisidal məqsədlər- intihar haqqında fikirlər, həyatdan getmək üsullarının düşünülməsi müxtəlif hazırlıq işləri ( məsələn ,vəsiyyətnamələrin tərtibi və ya ölüm qabağı kağız yazmaq , zəhərli maddələr haqqında məlumat toplamaq) suisidal məqsədlərə aid edilir.
  2. Suisidal cəhdlər nisbətən az təhlükəli davranış formalarından ( məsələn, az miqdarda dərman qəbulu) həyat üçün təhlükəli olan autoaqressiv əməllərə qədər geniş sahəni əhatə edir.
  3. Tamamlanmış suisid- insanın həyatdan getməsi ilə əlaqədardır. Suisidal məqsəd ,cəh və tamamlanmış suisidin ümumi cəhətləri olsa da , həqiqətdə onlar müxtəlif əməllərdir. Hətta təqribi hesablamalara görə , suisidal cəhdlərə tamamlanmış suisidlərə nisbətən 4-15 dəfə çox rast gəlinir. Nəzərə almaq lazımdır ki, əksər hallarda suisidal cəhdlər qeydə alınmadığından dəqiq rəqəmlər məlum deyil.

Suisidlərin ilk təsnifatlarından biri Fransız psixoloqu  Emil Dürkqeymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını aid etmişdir.

  1. Eqoistik suisid- öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəi, dini , ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
  2. Anomik suisid- sosial və siyasi dəyişikliklər dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir.
  3. Altruistik suisid- öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup idenfikasiyasına malik şəxslərdə təsadüf edir.

Bundan əlavə , insanın həyatla hesablaşması məqsədi daşıyan sadə suisid, özünə qəsd edərək yaxınlarını da özü ilə tendensiyalı şəxslərdə genişlənmiş suisid ( məsələn, suisiddən əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti) , eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv suisid  ( belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalrının pasientlərində rast gəlinir) növləri aird edilir.

İntihar metodları sosial statusdan, cinsdn,peşə mənsubiyyətindən asılı olaraq müxtəlif olur. Odlu silah sərbəst satılan ölkələrdə (məsələn ABŞ-da) silahın istifadəsi ilə intiharlara tez-tez təsadüf eilir. Bu metoddan həmçinin hərbiçilər və polis işçiləri də istifadə edirlər. Bəzi ölkələrdə suisidlər dərman pereparatları və kimyəvi zəhərlər vasitəsilə həyata keçirilir. Özünü asma ,özünü kəsmə, hündürlükdən atılma və ya özünü hərəkət edən nəqliyyatın qarşısına atma tez-tez rast gəlir.  Azərbaycanın bəzi bölgələrində qadınlar özünü yandırma üsuluna əl atırlar. Belə fakt da məlumdur ki, kişilərdən fərqli olaraq ,qadınlar adətən daha ağrısız intihar metodlarından istifadə edirlər.

Suisidal davranışın bioloji aspektləri.

Artıq çoxdan məlumdur ki, suisidlər bir ailənin üzvlərini nəsildən –nəsilə bəla kimi izləyə bilir. Bəzi tədqiqatçıların fikrincə, intihar etmiş şəxslə yaxın qohumuğu olanlar arasında suisidal risk 4 dəfə artıqdır. Ailədəki suisidlərin təqlidi davranışla və ya irsən keçən xüsusi bioloji mexanizmlərlə bağlı olub-olmaması alimlər üçün mühüm əhəmiyyət kəsb edir. Suisidal davranışla əlaqədar olan bəzi psixi xəstəliklərdə (depressiya , şizofreniya, alkoqolizm) irsi myelin müəyyənləşdirilməsi genetic hipotezi qismən təstiq etdi. Danimarkada aparılan tədqiqatlarda himayəyə götürmüş ailədə böyümüş və intihar etmiş 57 nəfər öyrənilərkən məlum olmuşdur ki, onların 12-sinin biloloji qohumları intihar əməli yerinə yetirmişdir.

Digər tədqiqatda göstərilir ki, monoziqot əkizlər, diziqot əkizlərə nisbətən daha çox intihar edir. Alimlər dini icma nümayəndələri arasında maraqlı tədqiqatlar aparmşlar. Onlar bir neçə yüzillik ərzində sivilizasiyadan təcrid olunmuş şəkildə yaşayır ,natural təsərrüfatla məşğul olur, yalnız öz icma üzvləri arasında nigah bağlayır, alkoqol və narkotiklərdən istifadə etmir , kasıblıq və işsizliin nə olduğunu bilmir , qocaları qayğı ilə əhatə edirlər. Bununla belə son 100 il ərzində intihar etmiş 26 nəfərdə ümumi nəsil şəcərəsi aşkar olunmuşdur.

Genetik faktorlardan savayı mərkəzi sinir sistemində impulsların ötürüləsinə cavabdeh olan metobolitlərin rolu da fəal öyrənilir. Hal-halzırda suisidal əməllər törətmiş şəxslərin onurğa beyni maddəsində serotoninin 5- hidroksi-indolaset turşusu metabolitinin azalması müəyyən olunmuşdur.  Həmçinin, onurğa beyni mayesində dofaminin metabolite olan homovanil turşusunun miqdarının suisiddentlərdə adi şəxslərlə müqayisədə demək olar ki, 50% enməsi qeyd olunmuşdur.

Nəhayət, suisidal davranış modellərinin heyvanlar üzərində öyrənilməsi cəhdləri də məlumdur. Heyvanlar alminin müxtəlif nümayəndələrində, bəzi quşlar ,balinalar, meymunlarda autoaqresiyanın müxtəlif formalarına rast gəlinir. Lakin bu faktların insanların suisidal davranışı ilə müqayisəsi məqbul hesab edilə bilməz.

Aparılmış tədqiqatlar bir daha sübut edir ki, suisidal hərəkətlər haqqında bu gündəlik mövcud olan bəzi fikirləri tədqiq etməyə, onları yenidən işləməyə ehtiyac vardır. Onlardan bəzilərini nəzərdən keçirək.

  1. İntihar edən öz əməllərinə tam cavabdehdir. Və öz həyatı ilə istədiyi kimi rəftar etmək hüququna malikdir. Eyni zamanda suisidal fikirləri olan adamlar ziddiyyətli hisslərə malik olurlar. Bir tərəfdən onlar ölüm arzuladıqları halda , digər tərəfdən yaşamaq istəyirlər.
  2. Əgər insan bir dəfə həyatdan getmək qərarına gəlirsə suisid labüddür. Eyni zamanda məlumdur ki, suisidal cəhdlər daha çox kəskin həyati böhran dövründə yaranır və şəxs böhrandan tam çıxan kimi suisid ehtimalı heçə enir. Ciddi suisidal fikirləri olmuş insanların çoxu uzun illər ömür sürürlər.
  3. İntihar haqqında tez-tez danışan adamlar əslində heçvaxt özlərinə qəsd etmirlər. Buna baxmayaraq , intihar edənlərin 80%-dən çoxu həyatdan getmək istədikləri haqqında kifayət qədər ciddi xəbərdarlıqlar edirlər.
  4. İnsanla onun suisidal fikirlərinin müzakirə olunması onu özünə qəsd etmək fikrində möhkəmlədə bilər. Həqiqətdə isə intihar etmək qərarına gəlmiş şəxsə qayğıkeş münasibət və həssas söhbət onun vəziyyətini yüngülləşdirir, və intiharların qarşısını almağa imkan verir.
  5. İntihar qəflətən törədilən impulsiv aktdır. İcra olunmazdan çox-çox əvvəl müşahidə olunan yüksək suisidal iskin xeyli əlaməti təzahür edir. Bir qayda olaraq suisid cəhdlərinin əksəriyyəti qabaqcadan planlaşdırırlır.   Qaynaq:  Tərcümə – https://www.ppd.com.tr/onlenemez-bir-vaka-intihar-olgusu/ ,   http://www.psikolojistanbul.com/portfolio/intihar-hakkinda/   , Tibbi psixologiya və psixoterapiya (suisid)

1 ŞƏRH

  1. `Özünü asma ,özünü kəsmə` kimi ağrı verici intihar formalarının yaranma səbəbi yəqin ki, müəyyən dərəcədə fərqli olsun.Çünki yuxarıda qeyd olunan intihar səbəbləri arasında özünə dözülməz acı yaradacaq bir səbəb görmədim.
    Həmin səbəblərdən dolayı dünyanı tərk etmək istəyən biri, daha asan yollarla bunu edə bilər.
    Özünə ağrılı intihar seçibsə bu onun müəyyən “borc“-u qaytarmaq istəyi də ola bilər.

    Şəxsi fikirlərimdir,əlavələrə açığam.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin