“Əgər quş çəkmək İstəyirsənsə, gərək quş olasan.”

katsusika Hokusay

Katsusika Hokusay (yap. 葛飾 北斎, ing. Katsusika Hokusai) Yaponiyanın ən böyük ukiye-e rəssamlarından biri, Edo periodu qravüraçısı, illusturator olmuşdur. Bir çox ləqəblərdən istifadə etmişdir. Qərbdə tanınan ən böyük qravüraçıdır və yapon ksiloqrafiyasının bitmə dövrünün ən diqqətəlayiq ustasıdır.

1760-cı ildə Edoda (indiki Tokio) sənətkar ailəsində doğulmuşdur. Ailə Katsusika adlanan kasıb rayonda yaşayırdı. Onun əsl adı Tokirato olmuşdur, lakin yaradıcılıq illərində o, bir çox psevdonim istifadə etmişdir. Belə düşünülür ki,  onun atası sequnlar (yapon tarixində Yaponiyanı bir dövr idarə etmiş şəxslərə verilən ad) üçün güzgü istehsal edən  Nikadzima İse olmuşdur. Hokusay öz atasının varisi olmamışdır, ona görə ehtimal edilir ki,  onun anası konkubina (lat. concubina, qədim Romada kişi ilə qanundan kənar əlaqəsi olan aşağı sinifdən subay qadın)  idi. Hokusayın yaradıcılığının araşdırılması haqda nüfuza sahib olan Naradzaki Munesiqenin versiyasına görə, Nikadzima İse onun əsl atası deyildi, onun ögey atası idi. Onun əsl atasının Kavamuradan adi kəndli olduğu düşünülür, ailə həddən artıq kasıb olduğundan 3-4 yaşında Hokusayı başqasına veriblər, burdan da Hokusayın böyük uşaq olmadığına inanmaq olar, çünki adətən ilk uşaqları başqasına vermirdilər. O, altı yaşından etibarən rəsm çəkməyə başlamışdır.

1770-ci ildə kiçik Hokusay Yekomotodakı kitab dükanında satıcı işləməyə başlayır.  Bu periodda onu Totsudzo deyə çağırıdılar.  Onun ögey atasının yanından gedib niyə satıcı işlədiyi məlum deyil. Təxmin edilir ki, Hokusay kitab mağazasında işləyərkən oxuyub yazmağı, həmçının çin dilini öyrənib, rəssamın sonradan qravüraçının emalatxanasında işləməyi (təhminən 1773-ci il) də yəqin ki, təsadüf olmayıb. Həmin dövrdə yapon qravürasının çiçəklənməsi baş verirdi, bu vaxt Yaponiyada mədəniyyət sferasının – teatr, yaradıcı incəsənət, yeni metodlara əsaslanan ədəbiyyat, yeni stillər inkişaf etdirilirdi. Kitab nəşriyyatında sıçrama baş vermişdi. Baş verən inkişaf ilə yapon incəsənətinə xas olan sintezizm – incəsənətin ayrı qollarının sıx əlaqə ilə münasibətdə olması özünü göstərirdi, Yaponiyada teatr yalnız ədəbiyyat ilə əlaqəli deyildi, həm də musiqi ilə də əlaqəsi var idi. Qravüra ayrılmaz şəkildə kitab nəşri ilə, parça üzərində rəsm yaratmaq və s. ilə əlaqəli idi.

Uşaqlıqda və gənclikdə Hokusaya  bir çox qravüra ustaları: Harunobunun (ing. Suzuki Harunobu), Katsukava Syunsenin (ing.Katsugawa Shunshō), Utagava Toyoharunun (ing. Utagawa Toyoharu) yaradıcılığı ilə tanış olmaq nəsib olmuşdu. Ksiloqrafiya həm incəsənət tərəfdən, həm də texniki tərəfdən mərhələ adlamışdı. Qravüraçı emalatxanasında Hokusaya əsasən taxta üzərində işləmə öyrətmişdilər. Lakin oymaçı-qravüraçı peşəsi rəssam üçün həmişə məhdud bir peşə idi. Texniki ifaçı kimi oymaçı rəssamın fikrindən kənara çıxa bilməzdi. Hokusaya oymaçı peşəsinin sərhədləri dar gəlirdi  və o öz rəsmlərindən qravüra yaratmaq imkanları axtarırdı.

1778-ci ildə Hokusay ukiye-e rəssamı, kubuki aktyorlarının portretləri ilə məşhurlaşan Katsukava Syunsenin (1726-1792) studiyasına şagird kimi daxil oldu. Onun emalatxanası Edodakı ən böyük emalatxanalardan biri idi. Hokusayın bu perioddakı yaradıcılığı adətən onun o dövrdə imzaladığı ad –  “Syunro periodu” adlandırılır. 1779-cu ildə gənc rəssam olduqca özünə inamlı teatral portretlər seriyası çəkmişdi.

Hokusaya müstəqil işlər etməyə icazə verilmişdi, onun ilk təcrübəsi 1784-1785-ci illərdə  yakusya-e janrında (teatral qravüranın növlərindən biri) çəkdiyi qravüralar idi. Qravüralar əsasən xoso-e tipinə (bir aktyoru təsvir edən diptixlər və triptixlərdən ibarət dar qravüra) aid idi. Hokusay bu dövrdəki məşhür rəsmləri o dövrün məşhur aktyorları olan V İtikava Dandzyuronun (ing.   Ichikawa Danjūrō V), Seqavu Kikudzironun portretləri olmuşdur.

Syunro dövründə Hokusay kitab illustrasiyası üzərində çox çalışırdı. Onun böyük hissəsi “kibesi” (“sarı üzlü kitablar”) adlanan ucuz nəşrlər idi.

1792-ci ildə Syunsenin ölümündən sonra Katsuqavanı Syunsenin digər bir tələbəsi – Katsuqava Syuney (1762-1819) idarə etməyə başladı. Təxminən 1795-1796-cı illərdə Hokusay Katsuqavanın evini tərk edir.

1793-1794-cü illər rəssam üçün ağır olmuşdur. Müstəqil həyata başlamaqla ac qalmamaq üçün kiçik ticarət ilə məşğul olmağa məcbur olmuşdu. Lakin elə həmin illərdə də Hokusayın bir usta kimi formalaşması baş verir. O, fərqli məktəblərin rəsmlərini araşdırmağa başlayır: Kano məktəbindən əlavə, onu həm də Yamayo-e rəsmlərinə aid olan Sotatsu məktəbi (və ya Koetsu, ing. Rimpa school) də maraqlandırırdı.

Rəssam publikanın o dövrdəki ukiye-e janrında adi rəsmlər tələbatına hörmət etməkdən imtina etdi və bir neçə yapon məktəblərinin stillərini birləşdirərək və əlavə olaraq Avropa stilini də bura qataraq  öz stilini yaratmağa başladı.

1795-ci ildə onun  “Keka Edo murasaki” – poetik antologiyanın illustrasiyaları nəşr edilir. 1796-1799-cu illər arasında Hokusay albom vərəqləri üzərində tənha qravüralar çəkməyə başlayır. “Surimonolar” – onun sifariş ilə etdiyi basmalar böyük müvəfəqqiyət qazandı. Beləliklə, digər rəssamlar da onu təkrarlamağa başladılar. Elə 1796-ci ildə rəssam hamıya tanış olan Hokusay adını daşımağa başlayır.

1812-ci ildə onun rəssam Bokusen (1775-1824) ilə dostluğu başladı, bunun sayəsində  1814-1834-cü illər arasında Naqoya şəhərində onun “Hokusay manqa” (“Hokusayın şəkilləri”, ing. “Hokusai manga”) illustrasiya albomu seriyası dərc olundu. Məşhur peyzaj qravüraları seriyası “Fuqaraki sandzyurokkey” (“Fudzi dağının 36 forması”) 1831-ci ildə dərc olundu. 1830-cu ildən etibarən isə Hokusay indi ən çox tanınan məşhur şəlalələrin, körpulərin, quşların və ruhların qravüralarını çıxartmağa başladı.

1836-cı ildə rəssam Edoya qayıtdı, bu zaman rayon kasıblamışdı və o öz rəsmlərini sataraq dolanmağa başladı. 1839-cu ildə Hokusayın emalatxanasında onun bütün işlərini və materiallarını məhv etmiş yanğın baş verdi. Bundan sonra Hokusay olduqca az rəsm çəkirdi və tamamilə qravüra çıxartmırdı. Onun ən məşhur tələbələrindən biri Totoya Hokkey (1780-1850) olmuşdur, o “surimono” stilində kitab illustrasiyası ilə məşğul olurdu.

Aşağıda Katsusika Hokusayın yaradıcılığından bir neçə nümunəyə baxa bilərsiniz:

“Qalxan əjdaha və Fuji”, mənbə: jaodb.com

“Qarda alov”, mənbə: jaodb.com

“Gül” (“surimono” stilində), mənbə: jaodb.com

“Əlində fənər olan gözəl gavalıya baxır”, 1804-cü il, mənbə:artsy.net

“İşiyamada payız ayı”, 1810-cu il, mənbə:artsy.net

“Kanagavanın böyük dalğası”, 1829-cu il,mənbə:artsy.net

“”Qızıl tüklü köpək” ləqəbli Dan Keiju və “Atəşli şimşək” ləqəbli  Şin Mei”, 1829-cu il, mənbə:artsy.net

 

“Fudzi dağının 36 forması: Tatomi dağında”,1930-cu il, mənbə:artsy.net

“Şəlaləyə səyahət”, 1832-ci il, mənbə:artsy.net

“Sınmış qablar evi”, “100 ruh nağılı” seriyasından, 1831-1832-ci illər, mənbə:artsy.net

“Minamato no Yarimasa” (“Oxu hədəfləyərkən”), 1847-1848-ci illər, mənbə:artsy.net

“Hokusay manga” vol 3-dən bir neçə parçanı aşağıda görə bilərsiniz:

Mətn üçün mənbə: http://pomnipro.ru/memorypage39658/biography

Rəsmlər üçün mənbələr: http://jaodb.com

https://www.artsy.net/artist/katsushika-hokusai

“Hokusai manga” üçün mənbə:

http://www.britishmuseum.org/research/collection_online/collection_object_details/collection_image_gallery.aspx?partid=1&assetid=980460&objectid=3358006

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin