“Təbii-süni” anlayışı; təbiilik cəfəngiyatı

0

Təkamül biologiyası xalq arasında yayıldıqca bir çox gözlənilməz mövzu da aydınlığa çıxır. Bunların başında da “təbii-süni” anlayışı gəlir. Bir çox insan GMO-lu məhsulları “təbii olmadığı üçün”, yəni “süni olduğu üçün” istifadə etməməli olduğumuzu deyirlər. Bir çox insan isə sırf “tarladan birbaşa gəldiyi üçün” burdan alınan məhsulların “təbii”, bu səbəbdən də “sağlam” olduğunu iddia edir.
Burda GMO məhsulları sağlığımız üçün təhlükəlidir, yoxsa təhlükəsiz deyərək mübahisə etməyəcəyik.

 

Ancaq bunu dəqiq deyə bilərik ki, “təbii olan şey faydalıdır, süni olan şey zərərlidir” deyə bir ümumiləşdirmədən yola çıxaraq ortaya atılan arqumentlərin böyük bir əksəriyyəti tamamilə səhvdir. Belə ki, buna məntiq fəsləfəsində bir ad belə verilmişdir: “Təbiilik cəfəngiyatı”. Bir şeyin təbii olmasının onu avtomatik olaraq “daha yaxşı” etdiyinə dair yanılma vardır.
Qasırğalar, ölümcül vəbalar, tarantula zəhəri, Hepatit B və ya AIDS kimi xəstəliklərə səbəb olan mikroblar, canlıların öz uşaqlarını diri-diri yeməsi tamamilə “təbii” şeylərdir.

 

Ancaq bunların heç birini “yaxşı” olaraq təyin edə bilmərik. Buna qarşılıq avtomobillər, internet, evlərimiz, mobil telefonlarımız, səhiyyə təşkilatlarımız həmişə süni formalaşıb. Ancaq ağlı başında olan kimsə çıxıb bunların “zərərli” olduğunu deməyəcək. Əlbəttə ki, təbii olduğu üçün faydalı, süni olduğu üçün zərərli şeylər vardır. Ancaq bir şey, “təbii” və ya “süni” olmasına bağlı olaraq avtomatik bir şəkildə “faydalı” və ya “zərərli” olaraq adlana bilməz.

 

Hər canlı yaşadığı mühiti müəyyən sərhədlər çərçivəsində dəyişdirir və olduğu bölgəyə təsir edir. İnsanlar bu mövzuda həddindən artıq inkişaf etmiş, heç bir heyvanın edə bilməyəcəyi qədər ətrafına təsir etməyi bacarmış canlılardır. Bunu yalnız telefon, internet, kosmos səfərləri kimi texnologiyalarda deyil, sadə kənd təsərrüfatı məhsullarının başdan yaradılması kimi daha sıravi işlərdə belə görə bilirik.

 

 

Məsələn, fotoşəkildə gördüyünüz banan ilə indiki vaxtda istehlak edilən banan arasındakı fərq, bunlardan ən nəzərə çarpan olanıdır. Bananlar daha əvvəllər bildiyimiz kimi deyildilər. Son dərəcə çəyirdəkli və yeyilməsi çətin meyvələr idi. Ancaq insanlar təkamülün mexanizmlərindən biri olan “Süni Seçimi” istifadə edərək, yalnız istədiyi xüsusiyyətdə olanları bir-biriylə çütləşdirdi, digərlərini isə kənara atdılar. Bunu hər dəfə etdikləri zaman, hər nəsildə canlılar azca dəyişdilər. Çəyirdəklər azaldı, ətli qisim çoxaldı, qabıqlar incəldi, ölçülər böyüdü və s. Bunu uzun müddətdə etdikləri zaman atasal banana heç bənzəməyən yeni bir meyvə yaradılmış oldu. Banan, bu baxımdan araşdırıldığı zaman tamamilə “süni” bir meyvədir, ancaq kimsə “pis” olduğunu iddia edə bilməz. Çünki bunu iddia etsələr o zaman təbiilik cəfəngiyatına düşmüş olur.

 

Qaynaqlar;

promus

evrimağacı

Redaktə: Lalə Həsənova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin