Təkamül mexanizmləri:Təbii seçmə-3

0
Darvin

Təkamül mexanizmləri seriyamızın Təbii Seçməyə aid yazdığımız 3-cü yazını sizlərə təqdim edirik. Əvvəlki yazılarlara məqalənin sonundakı keçiddən keçid edə bilərsiniz.

 

Stabilləşdirici seçmə

(Şmalhauzen tərəfindən öyrənilib)

stabilləşdirici seçim evrim ile ilgili görsel sonucu

 

Əslində bu seçmə fərqlilikləri məhv edir , daha dəqiq desək populyasiyadakı kənara çıxmaları məhv edib orta normanı saxlayır desək yanılmarıq. Özünüz üçün kiçik bir ortalama çıxarın , məsələn statistik olaraq doğulan uşaqların böyük hissəsi 3-4 kiloqram və 45-55 santimetr olur , çünki uşaq ana bətnində bu ölçülərə çatana qədər rahat şəkildə böyüyür , bundan sonrası ananın sağlamlığına zərərli olduğu üçün orqanizm bu canlını kənara atır. Bu səbəbdən aciz insan övladı doğulur.Heyvanların bir çoxunda doğuş sadə ikən, insanda bu proses çox ağrılı və risklidir. Əlavə olaraq yeni doğulmuş Şimpanzə balası, doğulduqdan bir neçə gün sonra sərbəst hərəkət və ətarfı tam müşahidə edə bilərkən,  insanlarda bu uzun vaxt tələb edən prosesdir.  Qısaca, sanki insan digər heyvanlara nəzərən tam inkişaf etməmiş doğulur. Hətta doğuş zamanı ən çox problemə məruz qalan heyvanın Homo Sapiens olduğunu deyə bilərik.

İnsanlarda doğum prosesinin digər heyvanlara nisbətən çətinləşməsinin və insanın aciz doğulmasının səbəbi dik yerimə ilə əlaqələndirilirdi. Belə düşünülürdü ki, dik yerimək üçün çanağın  kiçilməsi və beyinin böyüməsiylə başın bədənə olan nisbətinin böyüməsi, doğum prosesinin embrional inkişafın bir az erkən dövrlərində başlamasına zəmin yaradır. İndi isə bütün problemin bundan ibarət olmadığını bilirik. Əslində bütün məsələ stabilləşdirici seçmənin yaratdığı o normadadır.

Doğuş çətin bir prosesdir və ölümlə də nəticələnə bilər. Dünya Səhiyyə Təşkilatının apardığı statistikaya görə, hamiləlik və doğuş zamanı yaranan  problemlər səbəbiylə hər gün ortalama 830 qadın ölür. Üstəlik bu say, 1990-cı ilə nisbətən 44% azalmışdır.

Londondakı ULC universitetindən uşaqların qidalanması üzrə mütəxəssis  Jonathan Wells deyir ki, “ Bu rəqəmlər çox qorxuncdur, dişi məməlilər arasında doğuş zamanı bu qədər qurban verən canlı növü yoxdur”

İnkişafı tamamlamadan doğulmaq.

Washburn’un nəzəriyyəsinə görə: obstetrik dilemma körpənin inkişafını tamamlamadan doğulması yolu ilə həll edilirdi. İki milyon il əvvəl insan beyni böyüməyə başlamış və buna bir həll tapmışdı: hamiləlik müddətini qısaltmaq. Beləcə, insan balası inkişafını tamamlamadan doğulur, bunun sayəsində doğumdakı çətinlik azalmış olurdu. Digər primatlar isə daha uzun bir hamiləliklə inkişafını tamamlamış balalar doğururdu.

Rhode Island Üniversitetinden Holly Dunsworth tələbə olarkən obstetric dilemmanın həllinə dair bir gün dəlilləri tapacağına ümid edirdi.

Washburn, nəzəriyyəsinində dəyişiklik etməmişdi, o elə düşünürdü ki, dölün  kəlləsi  böyük və ananın çanağı kiçik olduğu üçün doğuş inkişaf tamamlanmamış baş verirdi.

Dunsworth isə bunun qənaətbəxş açıqlama olmadığını deyir.

İnsanların çoxunda hamiləlik 38-40 həftə davam edir. Şimpanzələrin isə bu müddəti 32, qorillalarınki və orangutanlarınkı isə 37 həftədir. 2012 ci ildə Dunsworthun da iştirak etdiyi araşdırmada, insanlarda digər primatlara nisbətən bədən  böyüklüyü faktoru göz önünə alındığında belə, hamiləlik 37 gün daha uzundur və nəticəsi olaraq daha böyük beyinli bala doğulur. Bu məlumatlar Washburn’ün nəzəriyyəsinin problemli olduğunu göstərirdi.

Bir digər problem isə niyə görə təkamüldə qalça sümüyü və doğuş kanalının doğuşu asanlaşdırmamasındadır. Doğuş kanalı təkamüllə  böyüyə ya da başqa funksiya qazana bilərdi. Amma qazanmadı.

2015-ci ildə, Anna Warrener Kembric, Massaçusets  və Harvard Universitetində həmkarları ilə bunu geniş formada araşdırdı. Labaratoriyada könüllülərdən ibarət kişi və qadınları müşahidə etdilər. Digərlərinə nisbətən enli qalçası olanlar heç  də qaçmaq və ya başqa işlərdə energetik olaraq geri qalmırdılar. Yəni çanaq indi olduğundan biraz daha geniş ola və doğuş asanlaşa bilərdi. Görünür problem başqa idi.

Qadının enerji problemi.

Kanadadakı Victoria Universitetindən Helen Kurki də dar qalça sümüyünün daha yaxşı gəzməni  təmin etdiyi tezisinin doğru olmadığını söyləyir. Bundan əlavə, əgər qadınların qalça sümüyü gəzmək üçün dar, doğum üçün geniş olma kimi bir çıxmazla qarşı-qarşıya isə doğum kanalının bir qızıl standarta uyğun olması  və çanağın ölçülərinin qadından qadına çox dəyişməyəcək olması lazım idi.

Kurki, Warrenerin işindən xəbərdar olmadan özü obstetric dilemma üçün əks arqumentlərini  söyləmişdi. 2015-ci ildə yüzlərlə insan skeletini təhlil edildikdən sonra, Kurki doğum kanalı ölçüsü və formasınnın dəyişən variasiyalarının olduğu barədə məqaləsində məlumat verib. Bu hətta insanlar arasında qol və ayaq ölçülərinin bir birindən fərqləndiyi qədər fərqləndiyini deyir.

Dunsworth bu problemdə enerjinin əhəmiyyətli bir faktor olduğunu söyləyir. Hamiləliyin xüsusilə son həftələrində qadın metabolik olaraq da çox yorulur və böyüyən döl ananın bütün enerjisini istifadə edəcək hala gəlir. Çünki təkamüldə beyni böyüyən insan, enerjisinin 20%-i  hətta çoxunu beyində sərf olur. Bu səbəblə hamiləliyin bir mərhələdə sona çatması lazımdır.

Dunsworth’a görə, doğumun 39-cu həftədə reallaşmasının səbəbi beyni çox böyümədən körpənin doğum kanalından daha asan çıxmasını təmin etmək üçün deyil, qadının enerji sərhədinə gəlmiş olmasındandır. Bunu isə “energetics of gestation and growth (EGG)” olaraq adlandırır. Təkamül yolu ilə qalça sümüyü və doğum kanalı genişlənə bilərdi, amma buna ehtiyac yox idi.

Kurki də bu fikiri təsdiqləyir  və doğum kanalının çox qadında kifayət qədər geniş olduğunu söyləyir.

Lakin yenə də hər gün doğumla bağlı 830 qadın ölümü və qadınların 40%-ində doğum səbəbli ciddi dəyişməyə məruz olan incimə və xəsarətlər qeydə alınır. Bu rəqəmlər, qadınların nəslini davam etdirmək üçün böyük bir əvəz ödədiyini göstərir.

Wells bu problemin uzun müddətdə bu qədər ağır olmadığını, insan təkamülünün daha əvvəlki mərhələlərində doğumun daha asan olduğunu düşünür.

Çox köhnə dövrlərdən qalma qalça sümüyü qalıqları və uşaq kəlləsi tapmaq çətin olsa da məlumatlar insanın əcdadları Homo erectus və Neandertallarda doğumun daha asan olduğunu göstərir.

10 000 il əvvəl əkinçiliyin yaranması da doğuşun çətinləşməsinə səbəb ola bilər.

Wells, əkinçiliklə birlikdə insanda meydana gələn fiziolojik  (piylənmə, əzələlərdə atrofiya) dəyişmələrin doğumu çətinləşdirmiş  ola biləcəyi qənaətindədir. əkinçiliyə  keçilən ilk dövrlərə aid insan skeletlərinin ovçuluq və yığıcılıq vaxtlarındakıyla  müqayisədə daha qısa olduğu, bunun zülal ağırlıqlı qidalanmadan karbonhidrat ağırlıqlı qidalanmaya keçidin nəticəsi ola biləcəyi təxmin söyləyir.

Daha qısa boylu qadınlarda çanaq sümüyü də daha dar və doğum daha çətin olur. Bundan əlavə, karbohidrat dolu qidalanma dölün böyük və kök olmasına, beləcə doğumun çətinləşməsinə səbəb olmuşdur.

Bütün bu faktorlar nəticəsində milyonlarla il daha asan olan doğumlar, 10 min il əvvəl əkinçiliyə keçilməsiylə çətinləşmiş ola bilər.

Statistikalar, doğuşdan asılı qadın ölümlərinin azaldılmasında qidalanmanın əhəmiyyətli bir faktor ola biləcəyini göstərir.

Dunsworth, Wells, Kurki və başqaları onları parçalayana qədər Washburnun ideyaları, onilliklər boyunca insanlara məntiqli gəlmişdi. ” EGG perspektiv idi və nə qədər doğrudur?”-deyə Dunsworth soruşur. Əlavə də edir ki, “Biz axtarışı dayandırmamalıyıq və çoxlu dəlil toplanmaq lazımdır”. Bir alimdən də gözləniləcək söz budur.

Bu mövzudakı araşdırmalar davam edir. Məsələn Avstriya Konrad Lorenz Təkamül Araşdırmaları İnstitutundan Barbara Fişer 2015-ci ildə etdiyi araşdırmalarda qadınların baş böyüklüyü ilə qalça sümüyünün genişliyinin düz mütənasib olduğunu və bunun genetik əlaqəli olduğunu gördü.

Onlar deyirlər ki, Dunsworth’un EGG nəzəriyyəsi Washburnun nəzəriyyəsini təkzib  yox, tamamlaya da bilərdi. Müasir təkamüldə bir çox səbəb  kompleks formada təsir də edə bilər.

Fischer ve Mitteroecker, qadının kəllə ölçüləri ilə çanaq ölçüləri arasında əlaqə olduğunu 99 skelet üzərində edilən tədqiqatda təsdiqlədi. Kəllə ölçülərinin çanaq ölçüləri ilə müəyyən nisbətdə genetik əlaqəli olması daha böyük başlı qadınların doğuşda üstünlük əldə etməsi deməkdir.

“Bu, doğuş probleminin hələ də həll olunduğu mənasına gəlmir”- deyir, Fischer.

Əslində başqa bir problem daha var: qadın skeleti yaşlandıqca dəyişir.

Marcia Ponce de León və İsveçrenin Sürix Universitetindən Christoph Zollikofer tərəfindən 2016-cı ilin mayında edilən bir tədqiqatdada, 275 nəfərdən ibarət müxtəlif yaşlardakı kişi və qadın çanaq ölçüləri alındı . Tədqiqatçılar, qadınların həyatı boyunca çanaq ölçülərinin dəyişdiyini gördülər. Hamiləlik zamanı isə bu ölçü arta, klimaks zamanı isə normadan kiçilə bilir.

Kişi (solda) və Qadın (sağda) çanağı

 

Əvvəllər düşünürdülər ki, döl nə qədər döyük olsa bir o qədər sağlam, amma doğullma ehtimalı az olur. İndi isə qeysəriyyə əməliyyatları ilə ölçüsü iri olan uşaqlar da doğulur.

Başqa bir məsələ də uşaqların digər məməli heyvan balalarına nəzərən inkişaf sürətinin zəif getməsidir.

Northwestern Üniversitetindən Prof. Christopher Kuzawanın başçılıq etdiyi bir tədqiqatda müxtəlif yaş qruplarında uşaqların beyinlərini maqinit rezonans tomoqrafiyası ilə müqayisə etdilər. Müəyyən olundu ki, uşaqların beyinlərinin ən çox aktiv olduğu yaşlarda fiziki inkişafları da çox zəif gedir. Beyin isə energetik olaraq birbaşa qlükozadan istifadə edir. Tədqiqatda yer alan William Leonard bildirir ki, uşaqların beyinləri bəzi inkişaf dövrlərində normal insanlardan fərqli olaraq, bədən enerjisinin 1/5-ni yox, 2/3-ni istifadə edir.
Buna görə də insanlar digər məməlilərə görə daha passiv inkişaf edir.

İnsanın təkamülündə onu “insan” edən orqanın da, fizioloji, fəlsəfi  və sosial problemləri də ən çox ortaya çıxaran orqanının beyin olduğunu deyə bilərik.

SERİYANIN DİGƏRYAZILARI:

TƏKAMÜL MEXANİZMLƏRİ: TƏBİİ SEÇMƏ-1

TƏKAMÜL MEXANİZMLƏRİ:TƏBİİ SEÇMƏ – 2

Təkamül mexanizmləri:Təbii seçmə-4

 

Mənbə:

 

http://www.who.int/mediacentre/factsheets/fs348/en/

http://www.sciencedirect.com/science/article/pii/S0047248409002176

http://www.nature.com/scientificamerican/journal/v203/n3/pdf/scientificamerican0960-62.pdf

http://www.pnas.org/content/109/38/15212

http://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0118903

http://onlinelibrary.wiley.com/doi/10.1002/ajpa.22922/abstract;jsessionid=CA30EFD8FE268F1126B0748AC599C9A7.f02t04

http://onlinelibrary.wiley.com/doi/10.1002/oa.784/abstract

İnsan doğumu təkamüldə niyə daha çox ağrılı və riskli oldu– müəllif:Hikmət Hamdullayev , Rezonans

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin